525.Az

I Avropa Oyunlarına nə qədər vəsait sərf ediləcək?


 

I Avropa Oyunlarına nə qədər vəsait sərf ediləcək?<b style="color:red"></b> Gələn il Azərbaycanda baş tutacaq I Avropa Oyunlarının keçirilməsi üçün 1,3 milyard manat sərf ediləcək.

Lent.az-ın məlumatına görə, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Qeyd olunan məbləğ idman infrastrukturlarının yaradılması, hazırlıq və digər təşkilatı işlərlə bağlı xərclərə ayrılacaq.

2015-ci ildə dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üçün 347,7 milyon manat vəsait ayrılıb.

Bu, 2014-cü illə müqayisədə 36,3 milyon manat və yaxud 11,7 faiz, 2013-cü ilin faktiki icra göstəricilərinə nisbətən isə 72,8 milyon manat və ya 26,5 faiz çoxdur.
 





14.10.2014    çap et  çap et