525.Az

BDU ilə USAİD arasında Anlaşma Memorandumu imzalanıb


 

BDU ilə USAİD arasında Anlaşma Memorandumu imzalanıb<b style="color:red"></b>

Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndə heyətini qəbul edib.

525.az-ın məlumatına görə, BDU-nuntarixi, beynəlxalqəlaqələri, qrant və proqramlarda iştirakından danışan rektor Abel Məhərrəmov USAİD-lə əməkdaşlıqda maraqlı olduğunu və bu əməkdaşlığın gələcəkdə səmərəli nəticələr verəcəyini qeyd edib. Rektor nümayəndə heyətinə deyibki, Bakı Dövlət Universitetində  elmin və təhsilin inkişafına göstərdiyiniz qayğıya və dəstəyə görə sizə minnətdarıq. Bu, bizim ikitərəfli əlaqələrimizə yeni dinamika verəcəkdir.  Biz hüquq təhsilinin keyfiyyətinin yüksəlməsi sahəsində fikirlərinizi, səylərinizidəyərləndiririk və USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi), ABA ROLI (Amerika Hüquqşünaslar Assosiasiyası), Tuleyn Universiteti ilə birgə əməkdaşlığımız çərçivəsində Bakı Dövlət Universitetində yeni və güclü Dəniz və Enerji hüququ üzrə magistr proqramının qurulmasına ümid edirik”.

Görüş zamanı Bakı Dövlət Universiteti ilə USAİD arasında davamlı əməkdaşlıq yaratmaq məqsədi ilə anlaşma memorandumu imzalanıb.

Memorandumu BDU-nun rektoru, akademik Abel Məhərrəmov və Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan üzrə missiya rəhbəri Maykl Qrin imzalayıblar.

Anlaşma Memorandumuna əsasən tərəflər yeni magistr proqramının hazırlanması və həyata keçirilməsi, proqramı üzrə yeni fənlərin və tədris planının tərtibivə fakültə üzvləri üçün tədris planının hazırlanması, tədris metodologiyasının istifadə üzrə təlimlərin keçirilməsi istiqamətində birgə əməkdaşlığı bəyan etdilər. Onlar həmçinin yeni magistr proqramı üçün dərs vəsaitlərindən və digər müvafiq materiallardan ibarət kitabxananın qurulmasınabaşlayacaqdır. Dəniz və Enerji hüququ üzrə magistr proqramı 2 illik tədris proqramı olacaq. Bu proqram tam yeni fənlərdən ibarət olaraq hüququn Azərbaycana daha çox aidiyyəti olan sahələrinə xüsusi diqqət yetirəcək. İlk tələbələrin qəbulu 2013-cü ilin payızında planlaşdırılır. Başlanğıcda proqramın tədris dili ingilis dili olacaq.

Növbəti səkkiz ay müddətində BDU-ya texniki dəstək göstərilməsi üçün USAİD partnyoru olan Amerika Hüquqşünaslar Assosiasiyasına (ABA) qrant ayırır. Yeni proqramın hazırlanması zamanı ABA və BDU Amerikanın Tuleyn (Tulane) Universitetinin Hüquq Fakültəsi ilə əməkdaşlıq edəcəklər. Belə ki, Tuleyn Universitetinin Dəniz və Enerji hüququ magistr proqramına uyğun proqramları reallaşdırmaq təcrübəsi vardır. 

S.QARAYEVA

 





10.11.2012    çap et  çap et