525.Az

ADİU Beynəlxalq “Təhsil” sərgisində sertifikata layiq görülüb


 

ADİU Beynəlxalq “Təhsil” sərgisində sertifikata layiq görülüb<b style="color:red"></b> Azərbaycan Dövlət İqtisad Universiteti 8-ci Azərbaycan Beynəlxalq “Təhsil” (“Education 2014”) sərgisində “Ən Yaxşı Universitet Təqdimatı”na görə sertifikata layiq görülüb.

525.az-ın universitetin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, universitetin hazırladığı stend həm dolğun informasiyanın əks olunması, həm də xarici görünüşünə görə fərqlənib.

ADİU-nun təmsil olunduğu sərgi guşəsində bakalavriat və magistratura, o cümlədən MBA programı barədə geniş məlumatlar əks olunub. Tədrisin Azərbaycan, rus, türk və ingilis dillərində aparılmasına dair informasiya verilib.

Sərgi iştirakçılarına ADİU nəznində fəaliyyət göstərən İnnovativ Biznes İnkubatorunun startup layihələr üçün yaratdığı imkanlar barədə məlumat çatdırılıb. Sərgi zamanı nümayiş olunan universitetin yeni loqotipi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd: 10-12 oktyabr tarixində  Bakı Ekspo Mərkəzində keçirilən 8-ci Azərbaycan Beynəlxalq “Təhsil” (“Education 2014”) və 8-ci Azərbaycan Beynəlxalq “Karyera” (“Career”) sərgisi Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunub. Ənənəvi sərgidə təhsil xidmətləri, karyera məsləhətçiliyi və gənclərin məşğulluğu sahəsində geniş imkanlar nümayiş edilib.
 





14.10.2014    çap et  çap et