525.Az

Türkiyə sevdalısı Əkbər Babayev


 

Türkiyə sevdalısı Əkbər Babayev<b style="color:red"></b>

Nazim Hikmətin oğlum dediyi görkəmli türkoloq-alim, gözəl insan Əkbər Babayevin dünyaya gəlişindən 90 il keçir. 1924- ildə Gəncədə müəllim Ağarza Molla Ələkbər oğlunun ailəsində anadan olan Əkbər Babayev qısa ömür sürüb, 55  yaşında vəfat edib. Ömrü qısa olsa da o, həm ağır, həm şərəfli həyat yolu keçib. Balaca Əkbər 5 yaşında məktəbə gedir, 15 yaşında bitirir, yaşı az olduğu üçün instituta sənəd verə bilmir, atası onun yaşını sənədlərdə bir il artırmalı olur Əkbər 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə girir.

İkinci Dünya müharibəsi başlayan kimi Əkbər Babayevi hərbi-tərcüməçilik məktəbinə, oranı bitirdikdən sonra da cəbhəyə göndərilir. 1942-ci ildə yaralanır, sağaldıqdan sonra Bakıya qayıdır təhsilini davam etdirir. 1946- ildə Moskvaya gedir Şərqsünaslıq İnstitutunun aspiranturasına daxil olur. Akademik V.Qordlevskinin rəhbərliyi altında Nazim Hikmətin həyat yaradıcılığına həsr olunmuş disertasiya üzərində işləməyə başlayır. Ancaq 1947-ci ildə atasının "pantürkist" damğasıyla  25 ilə məhkum olması, "xalq düşməni"nin oğlu Əkbər Babayevin  həyatına elmi fəaliyyətinə ciddi şəkildə təsir edir. Nazim Hikmətin 1951-ci ildə Moskvaya gəlişi onun da həyatını dəyişdirir, hazır olan dissertasiyasının müdafiəsinə imkan yaradılır, hətta Nazim Hikmətlə əlaqə yaratmağa izin verilir.

 SSRİ  Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olmaq üçün 1965-ci ilin sonlarında Moskvaya getmişdim. Mənim Əkbər Babayevlə tanışlığım da elə o vaxt olmuşdu. Həmin institutda işləyən professor Rüstəm Əliyev türk ədəbiyyatı üzərində çalışmaq istədiyimi öyrənincə, məni Əkbər müəllimin yanına apardı tanış etdi.  Onu da qeyd edim ki, o illər Moskvadakı Şərqşünaslıq İnstitutunda Rüstəm Əliyev, Qəzənfər Əliyev, Əkbər Babayev, Saleh Əliyev kimi görkəmli Azərbaycan alimləri işləyirdi.

 Mən,  əlbəttə, Əkbər Babayevi əsərlərindən, Nazim Hikmətin həyat yaradıcılığına həsr etdiyi monoqrafiyası bir çox yazılarından, tərcümələrindən tanıyırdım, Nazim Hikmətin yaxın dostu sirdaşı olduğunu oxumuşdum. Hətta bir dəfə  Nazimin ağzından onun adını eşitmişdim - 1962-ci ildə  Bakıya gəldiyi zaman Nazim vağzalda onu qarşılayan qələbəliyi görüncə, "Ah Akper, Baku`ya geleceğimi yine bütün tanıdıklara bildirmişsin" deməsi, doğrusu mənə bir az qəribə gəlmişdi.

1966- ilin martında aspiranturaya daxil olduqdan sonra Əkbər müəllim mənim elmi rəhbərim təyin edildi bundan sonra biz tez-tez ya institutda, ya da onun evində görüşər,  mənim dissertasiyam ilə bağlı məsələlərdən, ədəbiyyatşünaslıq türkologiyanın problemlərindən, günlük həyatımızda baş verənlərdən   danışardıq.

Əkbər Babayev ilk növbədə Nazim Hikmət ədəbi irsinin tanınmış araşdırıcısı təbliğatçısı kimi tanınmaqdadır. Onun hazırladığı Bolqarıstanda çap etdirdiyi Nazin Hikmətin 8 cildlik külliyyatı, nazimşünaslığın baş əsəri olmuş olmaqdadır. Nazimin əsərləri hər yerdə -  Türkiyədə, Avropada, Rusiyada  Babayev nəşri kimi bilinən bu fundamental topluya dayanaraq çap tərcümə edilməkdədir.

Əkbər Babayev dövrünün sxolastik elmi səviyyəsini aşan, geniş bilgiyə, eridusiyaya, orijinal düşüncə tərzinə sahib bir elm adamı, yazar idi. Əkbər müəllim hər yönüylə - elitar həyatıyla, dünyaya hadisələrə  orjinal bəzən paradoksal baxışıyla, geniş intellektiylə, dostlara, yaxınlarına olan münasibətiylə mənim o vaxta qədər tanıdığım insanlardan çox fərqlənirdi. Sosialist realizminin hökm sürdüyü, modernist, avanqard sənətin, ədəbiyyatın  yasaq olduğu bir dövrdə "zərərli burjua mədəniyyətini" özünəməxsus bir şəkildə dəyərləndirməsi, avanqard "ikinci yeni" türk şeir cərəyanı üzərində apardığım araşdırmanı dissertasiyama salma fikrimi dəstəkləməsi, Əkbər müəllimin dar düşüncə çərçivələrindən çox uzaq olduğunu göstərirdi.

Əkbər müəllim sözün tam mənasında Türkiyə sevdalısı idi. Bu sevgini ona Nazim Hikmət aşılamışdı. İstər Nazim Hikmətin əsərlərinin Sovetlər Birliyində tanınmasında, istər Türkiyə ədəbiyyatı mədəniyyətinə həsr etdiyi elmi əsərlərində, türk yazarlarından gerçəkləşdirdiyi tərcümələrində onun bu sevgisi açıqca görünürdü. Əkbər müəllimin evinə gələn özünü Türkiyədə hiss edirdi. Qonaq otağının qapısını ünlü müğənni Əməl Sayının hədiyyə etdiyi imzalı böyük posteri, Nazim Hikmətlə çəkilmiş fotoşəkli, türk yazıçılarının sayısız kitabları, hədiyyələri, İstanbulun xəritəsi süsləyirdi. Həyatın haqsızlıqlarından biri budur ki, Əkbər müəllim çox sevdiyi Türkiyəni, bütün küçələrinin adını əzbər bildiyi İstanbulu görmədən dünyasını dəyişdi. Bunun da səbəbi bir vicdanlı ziyalı kimi Sovet qoşunlarının Çexoslavakiyaya girməsini protest edən məktubu imzalaması saysız donoslar idi. Hər dəfə Türkiyəyə getdiyimdə,  "İstanbula mənim gözümlə bax!" deyərdi. Ünlü türk yazıçıları, 70-ci illərdə Türkiyə Yazarlar Sendikasının başqanı olan Əziz Nesin Fazil Hüsnü Dağlarca Əkbər Babayevə rəsmi özəl dəvətlər göndərsələr , onu Türkiyəyə buraxmadılar. Axırıncı gəlişində SSRİ Yazıçılar Birliyinin katibi Verçenko ilə mənim iştirak etdiyim görüşundə Dağlarca "Xahiş edirəm, Əkbər Babayevin mənim hesabıma bir həftəliyə Türkiyəyə getməsinə izn verin. Bu müddət ərzində mən Moskvada girov qalmağa hazıram" - desə , heç dəyişməmişdi.

Hər dəfə Əkbər müəllim haqqında düşünəndə, yadıma böyük alim insan, mənim elmi oponentim olmuş Moskva Universitetinin  professoru Əziz Şərifin "Əkbər başqa bir zamanədə dünyaya gəlməliydi, o bu dövrün adamı deyil" sözləri yadıma düşür.

Heç şübhəsiz, ağır bir  zamanda, dünyaya gəlsə ,  Əkbər Babyev öz həyatıyla, yaradıcılığıyla, insanpərvərliyilə yaşadığı dövrə möhürünü vurmuş nadir insan, böyük alim kimi  xatirələrdə yaşayacaqdır.

 





15.10.2014    çap et  çap et