525.Az

"Multikultural təhlükəsizliyin təmin edilməsi üçün çox böyük iş görülür"


 

"Multikultural təhlükəsizliyin təmin edilməsi üçün çox böyük iş görülür"<b style="color:red"></b>

Dünən Azərbaycan Respublikasının  Prezidenti yanında Bilik Fondunun Bərdə Rayon İcra İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bərdədə "Dini abidələrdə tarixin izləri-Bərdə imamzadəsi" mövzusunda elmi-praktik konfrans keçirilib.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı, tarix elmləri namizədi Vidadi İsayev qonaqları salamlayaraq Bilik Fondunun "Dini abidələrdə tarixin izləri" layihəsinə Bərdə İmamzadəsindən başlanmasına belə yüksək səviyyəli elmi-praktik konfransın keçirilməsinə görə layihənin ideya rəhbəri akademik Kamal Abdullayevə Bilik Fonduna təşəkkürünü bildirib.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov "Dini abidələrdə tarixin izləri" layihəsi barədə qonaqları məlumatlandırdıqdan sonra söz məruzəçilərə verilib.

AMEA-nın Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva maarifçilik məqsədilə irimiqyaslı layihələr həyata keçirən Bilik Fondunun yaradılmasını yüksək qiymətləndirib, "Dini abidələrdə tarixin izləri" layihəsinin Azərbaycan üçün tarixi, dini-mənəvi, həm tolerantlıq baxımından zəruri olduğunu deyib.

Məruzələrdən sonra akademik K.Abdullayev prezident İlham Əliyevin Fərmanına əsasən, əhalinin elmi-texniki, siyasi-ictimai, humanitar biliklərini artırmaq, Azərbaycan Respublikasının daxili xarici siyasətinin, azərbaycançılıq məfkurəsinin mahiyyətini ictimaiyyətə çatdırmaq, milli-mənəvi, dini dəyərləri təbliğ etmək məqsədi ilə Bilik Fondunun yaradılmasını alqışladığını bildirib. K.Abdullayev multikulturalizmin artıq Azərbaycanda həyat tərzinə çevrildiyini deyib. O, prezidentin ölkəmizdə tolerantlığın inkişafında rolundan danışıb.

Dövlət müşaviri onu da vurğulayıb ki, Bilik Fondunun həyata keçirdiyi "Dini abidələrdə tarixin izləri" layihəsi çərçivəsində Azərbaycan ərazisində yerləşən məscidlər, ziyarətgahlar, kilsələr, sinaqoqlar, məbədlər imamzadələrdə tarixi-elmi tədqiqatlar aparılacaq, abidələr hərtərəfli öyrəniləcək, nəticədə Azərbaycan tarixi üçün faydalı məqamlar üzə çıxarılacaq, ehtiyac olduqda müəyyən bərpa işləri aparılacaq.

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov,  Mədəniyyət Turizm Nazirliyinin "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru Telman Kərimli, AMEA-nın Arxeologiya Etnoqrafiya İnstitutunun İlk Orta əsrlər şöbəsinin müdiri, Bərdə Gəncə arxeoloji ekspedisiyalarının rəisi Arif Məmmədov, AMEA-nın Tarix İnstitutunun "Qarabağ tarixi" şöbəsinin müdiri Qasım Hacıyev, AMEA-nın Əlyazmalar İnstitutunun şöbə müdiri Möhsün Nağısoylu, Bərdə şəhər Cümə məscidinin axundu, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Ramazan Hüseynov,  Azərbaycan Respublikasının  Prezidenti yanında Bilik Fondunun Bərdə rayonu üzrə nümayəndəsi, Akademik Zərifə Əliyeva adına Bərdə şəhər Texniki Təmayüllü məktəb-liseyin direktoru Vüdadi Süleymanov, "Fərid-inşaat" firmasının direktoru Sübhan Həsənov, həmçinin Bərdə rayon ictimaiyyətinin nümayəndələri - ziyalılar gənclər iştirak ediblər.

Konfrans iştirakçıları "Bərdə İmamzadəsi", "Torpaqqala", "Bərdə qalası" nda aparılan bərpa işləri ilə tanış olublar.

Azərbaycan Respublikasının  Prezidenti yanında Bilik Fondunun "Dini abidələrdə tarixin izləri" layihəsi Bərdə İmamzadəsindən başlayıb, kompleksin tarixi araşdırılıb, ilk dəfə olaraq daş kitabələr qəbirüstü yazılar oxunub tərcümə olunub. Əldə olunan materiallar əsasında sənədli filmin çəkilməsi, kitab hazırlanması nəzərdə tutulur.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev Şirvan şəhərində, İmişli, Saatlı, Sabirabad rayonlarında ziyalılar, dini icmaların üzvləri milli azlıqların nümayəndələri ilə görüşlər keçirib. AzərTAc-ın xəbərinə görə, dövlət müşaviri bu şəhər rayonlarda ümummilli Liderin abidəsini ziyarət edib, Heydər Əliyev mərkəzlərində ictimaiyyət nümayəndələri ziyalılarla görüşərək ölkə həyatının aktual məsələləri barədə fikir mübadiləsi aparıb.

Əsas diqqəti ümummilli lider Heydər Əliyevin siyasi əqidəyə çevirdiyi Azərbaycan dövlətinin bugünkü inkişafının ideoloji dayağı olan azərbaycançılıq məfkurəsinə yönəldən dövlət müşaviri Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil daxili xarici siyasətin, dövlət-din münasibətlərinin prioritet istiqamətləri, eyni zamanda, ölkədə ictimai-siyasi sabitliyin hərtərəfli inkişafın təminatı, milli mənəvi dəyərlərin qorunması, əhalinin rifah halının yüksəldilməsi sahəsində görülən ardıcıl məqsədyönlü fəaliyyət haqqında danışıb.

Bildirilib ki, dövlətimizin başçısının fərmanları ilə bir neçə ay əvvəl yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əsas məqsədi əhalinin müxtəlif təbəqələri arasında maarifləndirmə işi aparmaq, müasir çağırışları insanlara çatdırmaq, ölkəmizdə yaşayan bütün xalqların nümayəndələrinin sahib olduqları etnik-mədəni dəyərlərin qorunmasını təmin etməkdir. Dövlət müşaviri Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun son bir ayda həyata keçirdiyi layihələrin ictimaiyyət tərəfindən yüksək dəyərləndirildiyini bu layihələrin çox gözəl nəticələr verdiyini  diqqətə çatdırıb.

Görüşlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun layihələrində birbaşa iştirak edən rayon ictimaiyyətinin nümayəndələri bu tədbirlərin davamlı şəkildə keçirilməsinin vacibliyini vurğulayıblar.

Şəhər rayonlarda fəaliyyət göstərən mərkəzi cümə məscidlərinə, dini sitayiş ocaqlarına baş çəkən dövlət müşaviri yerli dini icma üzvləri ağsaqqallarla səmimi söhbətlər aparıb. Müzakirələr zamanı yad dini-ideoloji təsirlərə, təfriqəçi təriqət cərəyanlara qarşı mübarizənin zəruriliyi vurğulanıb, zəngin multikultural ənənələrin qorunub saxlanması inkişafı, azərbaycançılıq ideologiyasının təbliği təşviqi istiqamətində həyata keçirilən dövlət siyasətinin mahiyyəti ətraflı şəkildə izah edilib. Xüsusən gənc nəslin milli mənəvi dəyərlər Vətənə sədaqət ruhunda tərbiyə olunmasında din xadimlərinin üzərinə düşən vəzifələrlə bağlı müzakirələr aparılıb.

Bundan əlavə, K.Abdullayev Saatlı rayonunun Fətəlikənd, Sabirabad rayonunun Bulaqlı kəndlərində yığcam yaşayan axısxa türkləri ilə görüşüb, ziyalılar dindarlarla ölkəmizdəki tolerant multikultural mühitlə bağlı söhbət edib, sakinlərin fikirlərini dinləyib.

Səfər təəssüratlarını AzərTAc ilə bölüşən dövlət müşaviri K.Abdullayev deyib: "Səfər etdiyim hər bir rayonun ən ucqar nöqtələrində belə Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələrini görmək bu ölkənin vətəndaşı kimi məni çox qürurlandırır. İnsanların dövlətimizə dövlətçiliyimizə, ölkə rəhbərinə olan inamı bağlılığı deyərdim ki, Azərbaycanın davamlı inkişafının əsas qarantıdır. Azərbaycan dövləti öz vətəndaşlarının həyat, ərzaq, enerji, informasiya təhlükəsizliyini ən yüksək səviyyədə təmin edib. Bu gün isə Prezident İlham Əliyev qətiyyətlə zəngin etnik dini müxtəlifliyə malik olan Azərbaycanın multikultural təhlükəsizliyini təmin etmək məqsədi ilə çox böyük aparır.  Bu, son dərəcə lazımlı nəcib işdə etnik dini müxtəlifliyindən asılı olmayaraq hər bir vətəndaşımız Azərbaycan Prezidentinin dəstəkçisi dayağıdır".

 





16.10.2014    çap et  çap et