525.Az

“Hüdudsuz sərbəstlik və azadlıq yoxdur”


 

Milli Məclis (MM) sədrinin müavini Bahar Muradovanın “525”ə müsahibəsi

“Hüdudsuz sərbəstlik və azadlıq yoxdur”<b style="color:red"></b>

Bahar xanım, ölkə Prezidenti İlham Əliyevin bir müddət öncə imzaladığıAzərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqındaməlum sərəncamda hakimiyyətin bütün qollarını əhatə edən sahələrlə əlaqəli məsələlər, o cümlədən, parlament qolu ilə bağlı məsələlər öz əksini tapıb. Orada bir sıra qanunlara, xüsusilə, hərbi qanunverciliyə KİV-ə aid olan qanunlara dəyişikliklər edilməsi, onlara baxılması məsələsi önə çəkilib. İstərdik ki, həm bu məqamlara, həm bütövlükdə sərəncama münasibətinizi bildirəydiniz...

Mətbuata açıqlamamda da qeyd etdiyim ki, cənab Prezidentin məlum sərəncamına son dövrlər ərzində istər mətbuatda, istər ictimai-siyasi həyatda, istər cəbhəyanı zonalarda baş verən hadisələr kontekstindən yanaşanda, onun qədər zamanında yerində verilmiş bir sərəncam olduğunu özü-özlüyündə sübut edir. Bildiyiniz kimi, təkcə atəşkəsin çox geniş miqyasda pozulması, Ermənistanın Azərbaycan ərazilərində irimiqyaslı provakasiyalar təşkil etməsi, bununla da vəziyyəti bütün mənalarda çox əhəmiyyətli hadisələr ərəfəsində öz xeyrinə dəyişməsi, öz maraqları üçün istifadəsi cəhdlərini qarşısının alınması özlüyündə çox müsbət hadisələr kimi dəyərləndirilir. Eyni zamanda, bu hadisələrin özünü işıqlandırmaq, onları cəmiyyətə doğru-düzgün çatdırmaq, o cümlədən, bu hadisələrdə Azərbaycanın marağını gözləməli olduğumuz halda, düşmən dəyirmanına su tökmək istiqamətində hadisələrin baş verməsi belə bir sərəncamın verilməsini vacib edirdi cənab Prezident zamanında bu addımı atdı.
 
Belə düşünürəm ki, bu sərəncamın verilməsi həmçinin, müvafiq dövlət qurumlarının vəzifə səlahiyyətlərinin həyata keçirilməsinin dəqiqləşməsi, konkretləşməsi, məsuliyyətlərin müəyyənləşməsi işinə təsir göstərdiyi kimi, bu səlahiyyətlərin yerinə yetirilməsi üçün qanunvericilik sahəsində ediləcək dəyişikliklərin dairəsini müəyyənləşdirir. Çünki biz məlum avqust hadisələri zamanı gördük? Gördük ki, müvafiq bizim hərbi qurumlarımız, ordu hissələrimiz öz vəzifələrini çox yüksək səviyyədə yerinə yetirdi, həmçinin, Azərbaycanın çox geniş, müasir silahlara malik bir ordusu olduğunu nümayiş etdirdi, o cümlədən, Azərbaycan silahlı qüvvələrinin zamanında onlardan düzgün istifadəsi hədəfə yönəlmiş fəaliyyətini ortaya qoydu , amma bunların müqabilində, baş verənlərin ictimaiyyətə düzgün çatdırılması üçün nöqsanların olduğunu da üzə çıxardı. Bu, həm bəzi media qurumlarının, onların nümayəndələrinin yanlışlığı, bəzi hallarda çox kobud səhvi, yeri gələndə cinayətə gətirib çıxara biləcək bir hərəkəti idisə, həm qanunvericilik sahəsində müəyyən boşluqların olduğunu göstərdi ki, biz məqsədli fəaliyyətləri bir kontekstdən, amma ictimai-siyasi proseslərin meydana çıxardığı məsələləri isə başqa kontekstdən dəyərləndirməliyik. Bu mənada hesab edirəm ki, məlum sərəncam hər bir sahədə vəzifələrin düzgün, görüləcək işlərin dairəsinin müəyyənləşməsinə böyük kömək etdi.

Heç təsadüfi deyil, artıq ictimaiyyət xeyli müddətdir ki, mətbuat orqanlarının fəaliyyətini tənzimləyən qanunlarda müəyyən dəyişikliklərin əlavələrin edilməsinin vacib olduğunu vurğulayır. Özü maraqlısı budur ki, bu məsələni elə mətbuat orqanları özləri daha çox müzakirəyə gətirir. Müsbət məqamlardan biri kimi elə bunu qeyd etmək istəyirəm ki, artıq mətbuat öz içindən, yəni, özünü tənqid etmək, onların ümumi işinə, fəaliyyətinə mane olacaq cəhətləri müəyyənləşdirmək aradan qaldırmaq istiqamətinə özü qoşulur, təklifləri özü verir, həmçinin, qanunyaradıcılığı prosesində dəyişikliklərin olmasının vacibliyini vurğulayır ki, bu da bizə öz işimizi müəyyənləşdirməkdə yaxından kömək edir. Bu baxımdan hesab edirəm ki, biz mətbuatın işini tənzimləyən qanunlarda müvafiq dəyişiklikləri etməliyik həmin qanunları məlum sərəncamın ruhuna, onun qarşımıza qoyduğu vəzifələrə uyğunlaşdırmalıyıq...

Yeri gəlmişkən, sərəncamın verilməsindən az bir müddət sonra bu məsələlərlə birbaşa əlaqəsi olmasa da, parlamentin payız sessiyasının ilk iclasındaSiyasi partiyalar haqqındaqanuna ciddi dəyişikliklər edildi, həmçinin, QHT-lər qrantlarla bağlı qanunvericiliyə yaxın zamanlarda ciddi dəyişikliklər edilməsi nəzərdə tutulur...

Bilirsiniz, bu sərəncam ictimai-siyasi mühitin, ab-havanın müəyyənləşməsində iştirak edən bir sıra subyektlərin, o cümlədən, vətəndaş cəmiyyəti qurumlarının fəalliyyətini gündəmə gətirdi, onları da fəal müzakirə prosesinə gətirdi, bu sahədə müəyyən dəyişikliklərin edilməsinə ehtiyac olduğunu ortaya çıxardı. Bu dəyişiklikləri, təbii ki, buna qədərki mühit, ictimai-siyasi təşkilatların fəaliyyəti onun nəticələri ortaya qoymuşdursa da, məlum proseslər onu bir az da sürətləndirdi. Bu yerdə qeyd edim ki, Azərbaycanda son illər korrupsiyaya qarşı mübarizənin genişlənməsi, bütün qurumlarda, o cümlədən, dövlət qurumlarında, ictimai-siyasi həyatda, hər bir insanın həyatında şəffaflığın əldə olunmasına yönəlmiş fəaliyyətin özü bu dəyişiklikləri diqtə edir. Çünki əsas fəaliyyət istiqamətlərindən biri şəffaflığın qorunmasına xidmət etmək olan qeyri-hökumət təşkilatları bilavasitə öz nizamnamə, öz proqram məqsədlərindən irəli gələn bir fəaliyyətə daha geniş şəkildə qoşulmalıdır. Əlbəttə ki, bunun həm subyektiv məsələlərə bağlılığı var, həm obyektiv. Ona görə bu müddət ərzində bu sahədə müəyyən dəyişikliklərin edilməsinin vacib olduğu qənaətini bir daha möhkəmlətdik.
 
Belə hesab edirik ki, qeyri-hökumət təşkilatlarının fəaliyyətində şəffaflığın qorunması, hesabatlılığın təmin olunması, maliyyə qaynaqları barədə doğru-düzgün, dürüst məlumatların müvafiq qurumlara verilməsi eləcə siyasi, yəni, dövlət tərəfindən maliyyələşən siyasi təşkilatların maliyyə hesabatlarının aidiyyəti quruma verilməsi, təqdim olunması onun qaydaları üzərində müzakirə aparmağa imkan verdi. Biz bu yöndə artıq müəyyən dəyişikliklər etmişik qarşıda da bizi növbəti dəyişikliklər gözləyir. Hesab edirəm ki, bu dəyişikliklər bundan sonrakı dövr üçün bütün bu sadaladığım sahələrdə işin daha səmərəli qurulmasına, daha müsbət məcraya yönəlməsinə, dövlət, eləcə vətəndaş cəmiyyəti qurumlarının hər birinin öhdəliklərinin, vəzifələrinin dürüst müəyyənləşməsinə kömək edəcək.
 
Əsas məqsədimiz bütün bunların açıq, qərəzsiz, bitərəf mövqedən işıqlandırılmasını təmin etməkdir ki, bu vəzifələr medianın üzərinə düşür. Bir sözlə, belə hesab edirəm ki, bu sərəncam bütün bu sahələrə öz müsbət təsirini göstərəcək ən əsası hərbi sirlərin, dövlət sirlərinin qorunması, bu barədə məlumatların yayılması üçün məsuliyyətli bir quruma, yoxlanmış məlumatlara istinad edilməsi işində bir qayda yaradacaq. Artıq son dövrlər mətbuata diqqət yetirəndə bu sahədə müəyyən bir normallaşma prosesinin getdiyi qənaətindəyik. Əlbəttə, bunun daha çox yaxşılaşmasına ehtiyac var ki, bunun da qanunverici əsaslarını parlamentdə müzakirə edib qəbul edəcəyik.

Əgər KİV- bağlı qanunvericiliyə ciddi sərtləşdirici dəyişikliklər edilərsə, bəs o zaman Azərbaycanın qəbulunu üzərinə götürdüyü öhdəliklərindən birinin-“Diffamasiya haqqındaqanunun taleyi necə olacaq, burada bir ziddiyyət yaranmırmı?

Bu proseslərin özü bir daha onu göstərir ki, bizDiffamasiya haqqındaqanunun qəbuluna çox tələsirik. Biz zamanı qabaqlamağa çalışırıq. Əgər bu hallar olmasaydı, hesab edirəm ki, “Diffamasiya haqqındaqanunun qəbul olunmasının vacibliyini vurğulayanların sayı daha çox olardı. Bu hadisələr o cür düşünənləri bir az daha artıq düşünməyə vadar etdi ki, bu sahədə hələ qayda yaradılmasına ehtiyac var. Bilirsiniz, bu qanunu istənilən zaman qəbul etmək olar, amma o işləyəcəkmi? Bax, sual budur. Mən düşünürəm ki, bu, o, zaman işlək olacaq ki, hər kəs öz məsuliyyətini dərk edəcək. Yəni, qanun məsuliyyətini dərk etməyənləri məsuliyyətə çağırmaq, cəlb etmək onu ona məcbur etmək üçündür. Biz bu məcburetmə hissəsini o zaman aradan qaldıra bu o zaman effektli ola bilir ki, insanlar artıq öz məsuliyyətini dərk edir.
Nəyi
demək, nəyi deməmək lazım olduğunu düzgün müəyyən edir. Çünki özlüyündə qanunların bir çəkindirici funksiyası da var. Bu gün əgər bizim müvafiq qanunlarımızda şərəf ləyaqətin alçaldılması, şəxsiyyətin təhqiri, böhtana iftiraya, yalan məlumatlar yaymağa, müəyyən məqsədlər üçün şantaja görə məsuliyyət nəzərdə tutulubsa, deməli, bu cür hallar bizim cəmiyyətdə olduğu üçün bu var bunun da mövcudluğu özlüyündə bir çəkindirici funksiya daşıyır. Amma bu o demək deyil ki, bu hallar mövcuddursa, bu elə hamıya tətbiq olunur. Qanunun gücü yalnız qanunu pozana tətbiq olunur. Onun öz işini bilən, öz fəaliyyətini düzgün müəyyənləşdirən insanlara aidiyyəti var? O, sadəcə, qanunu norma kimi, belə bir normanın mövcudluğu barədə informasiyanı qəbul edir. Amma qanun o zaman tətbiq olunur ki, o pozulur. Nəinki şəxsiyyəti alçaltmaq, ümumiyyətlə, şəxsiyyətə qarşı yönəlmiş hər hansı bir cinayət halının aradan qaldırılması üçün qanunvericilikdə məlum müddəalar var. Əgər şəxsiyyətə xətər yetirməyə, onun sağlamlığına zərər gətirməyə görə, hətta kimsənin əmlakına çox yüngül bir ziyan vurmağa görə məsuliyyət müəyyən ediriksə, o zaman nəyə görə insan üçün ən vacib olan nüfuz, onun işçi nüfuzu, onun peşəkarlığı, onun şəxsiyyəti, onun ictimaiyyət arasındakı hörməti ayaqlar altına salınsın? Nədən biz bunun məsuliyyətini müəyyən etmirik? Ona görə mən belə hesab edirəm ki, bu gün hələlik Azərbaycan cəmiyyəti o qanunun qəbuluna hazır deyil. Demokratiya, azadlıq, bütün mənalarda sərbəstlik qanunla müəyyən olunmuş dairədə çərçivədədir, çünki hüdudsuz sərbəstlik azadlıq yoxdur. Onun hüdudlarını qanunlar müəyyən edir.

Maksimum
sərbəstlik maksimum azadlıq bizim cəmiyyətin qarşısına qoyduğu hədəfdir. Biz bu hədəfə addım-addım nəaliyyətlərlə getməliyik. Yox, biz əgər bu hədəfləri qarşımıza qoyaraq, amma bütün bu problemləri nəzərə almadan, yalnız o hədəfə çatmaq naminə ona yaxınlaşmaq istəyəcəyiksə, əlbəttə, bu cəmiyyəti irəliyə yox, geriyə aparacağıq.
 
Ona görə təkamül prosesi bizim həm iqtisadi, həm siyasi, həm hüquqi, həm sosial sahədə inişaf prinsipimiz olduğu nəzərə alınaraq, bu sahədə əsas prioritet istiqamət kimi götürülməlidir. Belə hesab edirəm ki, təkamül nəticəsində biz bütün hədəflərimizə zamanında layiqincə çatmağa nail olacağıq. Ona görə ki, bu, bizim istəyimiz, arzumuz, məqsədimizdir Azərbaycan cəmiyyəti o məqsədə doğru bütün təcrübələri öyrənərək, ləng yox, daha sürətlə çatmaqda israrlıdır. Mən hər kəsə çağırış edərək, bildirmək istəyirəm ki, onlarDiffamasiya haqqındaqanunu qəbul etmək bir məqsəddirşüarından kənar duraraq, cəmiyyətimizi ona hazırlamaq işinə öz töhfələrini versinlər ki, burada da ilk növbədə yer Azərbaycan mediasına ayrılır. Media özü-özünü bu prosesə hazırlamalıdır. Odur ki, cəmiyyət , müvafiq qanunyaradıcılığı ilə məşğul olan qurumlar da gördükdə ki, Azərbaycan mediası, ümumiyyətlə, Azərbaycan ictimaiyyəti buna hazırdır, o zaman nədən onu qəbul etməyək ki? Yəni, burada ziddiyyətdən söhbət gedə bilməz, əksinə bunlar bir-birinə, necə deyərlər, şərait yaradan bir-birini şərtləndirən əsas amillərdir.

Kamil Həmzəoğlu

 





20.10.2014    çap et  çap et