525.Az

Gülümsəyən Amerika, yaxud səkkizinci rəng...


 

Məndən 67 yaş balaca Seyrana

Gülümsəyən Amerika, yaxud səkkizinci rəng...<b style="color:red"></b>

Gözümlə gördüyüm Amerika təsəvvürümdəki Amerikanı darmadağın elədi.

lll

Orta məktəbdə Amerikanı bizlərə xortdan cildində təqdim eləmişdilər. Sonralar universitetdə oxuduğumuz illərdə imperiyanın ideologiya maşını bu təqdimatı daha böyük maştabdauğurladavam elətdirdi xortdandı, xoxandı, qoyma gəldiovqatı varlığımıza hakim kəsildi. Hətta bəzilərimiz Amerikanı kəşf etdiyinə görə Kolumbun ölüsünü-dirisini, yeddi arxa dönənini ortalığa gətirib imperiyasayağımüzakirəeləməyə hazır vəziyyətdə idik. Kolumbun ruhu isə Amerika göylərindən gülümsəyirdi.

Mən bu ölkəyə Amerikanın məşhurForeverşirkətinin dəvəti ilə getmişdim. Bu təşkilat müalicəvi gücü olan bitkiləri tabletləşdirir dünyanın yüz altmış səkkiz ölkəsinə yaymaqla bəşəriyyətin sağlamlığına xidmət eləyir. “Foreverşirkətinin istehsal elədiyi məhsulların tayı-bərabəri yoxdur. Elə buna görə onun prezidenti yüz üç yaşlı Reks, altmış səkkiz yaşlı Seyran Səxavətdən cavan, otuz iki yaşlı oğlumdan isə bir balaca yaşlı görünür ki, bu da əsl möcüzədir. Milyonlarla insan bu şirkətdə işləyir, dünya səyahətinə çıxır, burda qəbul olunmuş dildə desək, maşın parası, ev parası alır, gözəl gün-güzəran keçirirlər. Yeri gəlmişkən, bu şirkətin Bakıda da nümayəndəliyi fəaliyyət göstərir. Yuxarıda qeyd etdiyim kimi dünyanın 168 ölkəsini özündə möhtəşəm şəkildə birləşdirən bu şirkətin əlaqələri ilə maraqlanıb işləri ilə tanış olduqca heyrətə gəlirdim. Onlara məxsus olan plantasiyaların üstündən Amerika prezidentinin təyyarəsi uça bilməz. Ekoloji prinsiplər ciddi-cəhdlə qorunur. Orasını da deyim ki, burda işləyənlərin böyük bir qismi o məhsullarla qidalandıqdan sonra şəfa tapmış adamlardıonlar bu işin fanatıdırlar əsl foreverçi özlərini hesab edirlər. “Foreverin prinsipi, adamları bir araya gətirmək bacarığı ilə tanış olduqca BMT- yazığım gəlirdi. Xüsusilə, bu təşkilatın Qarabağ problemi ilə bağlı qətnamələrinin taleyini xatırladıqca onun acizliyinə, çarəsizliyinə bir daha inandım ürək ağrısı ilə bu həqiqətlə barışası oldum. Orasını da dəqiq deyə bilmərəm ki, BMT- neçə ölkə təmsil olunur neçə ... “Foreverin keçirdiyi tədbirlərdə adamlar dinindən, irqindən, rəngindən asılı olmayaraq elə bil ki, bir-birinə oxşayırdılar. Bu oxşarlıq bütün varlığıma qeyri-adi bir rahatlıq gətirirdi. Amerikada keçmiş telejurnalist Ələddin Əsədova, Elçin Şıxlıya, Nəriman Həsənzadəyə oxşayan adamlara da rast gəldim, elə bil ki, onların kserokopiyası idilər bu, mənə daha çox ləzzət verdi. Vaqif Bəhmənlinin oxşarına isə rast gəlmədim, deyəsən, o, çox qədimdi. inandım ki, Adəm bəylə Həvva xanım, sözün bütün mənalarında, son dərəcə yaxın əlaqədə olublar...

Bu ölkədə cinsindən, rəngindən asılı olmayaraq hamı bir-birinə gülümsəyir, salam verirtanışdı, ya tanış deyil, kimi gördülər, salam verirdilər. Bunu görəndə özümü Amerikada deyil, doğulduğum Yağlıvənd kəndindəki kimi hiss eləyirdim ki, bunun başqa ləzzəti vardı. Ancaq iki daşın arasında orasını da fikirləşdim ki, əgər bizim kənddən bir kişi gəlib Amerikanı gəzsə ona salam verib gülümsəyən yerli qadınları görsə, geri qayıdıb kənddə deyəcəkdi ki, “sən öl, amerikalı qadınlar məndən ötrü ölürdülər”. Bu, mentalitetimizlə möhkəm bağlıdı ... elə mən bizim kənddənəm... çoxumuz bizim kənddəndi...

Qərara gəlmişdik ki, dəvət olunduğumuz vaxtdan iki-üç gün əvvəl Bakıdan çıxaq, Amerikanı gəzəkelə elədik. San-Fransisko hava limanında bizi orda yaşayan  bacım oğlu, Con Kennedi Universitetinin magistrliyini bitirmiş, Amerika vətəndaşı Fərhad qarşıladıailəlidi, iki uşaq atasıdı. Oğlu Əsgər (atamın adıdı) basketbol üzrə Kaliforniya çempionudur. Amerikalılar atamın adını daşıyan bu oğlana Oskar deyirlərkefləri belə istəyir.

Hava limanındakı isti görüşdən (elə hava da isti idi) sonra maşına əyləşdik. On altı saatlıq ağır gərgin uçuşdan sonra Fərhada dedim ki, bizi gəzdir, evə sonra gedərik. Düşdük San-Fransiskonun canına, mitilimiz çıxana qədər gəzdik. Hollivud filmlərindən bizə tanış gələn məşhur körpü, okeandakı dünya şöhrətli Alkatras dustaqxanası (indi muzey kimi fəaliyyət göstərir), qədim tramvaylar, göylərə meydan oxuyan hündür binalar, nələr... nələr... Yeri gəlmişkən, çox kiçik adada yerləşən Alkatras türməsindən fəaliyət göstərdiyi illər ərzində yalnız bir nəfər qaça bilib. Bu indiyə qədər qaranlıq qalıb amerikalılara möcüzə kimi gəlir, çünki adanın ətrafında mühafizə qayıqları gecə-gündüz fırfıra kimi fırlanıb qaraul çəkirmişlər. Məşhur Alkapone bu dustaqxanada yatıb onu törətdikləri qətllərə görə (sübut edə bilmirmişlər) yox, vergidən yayındığına görə həbs ediblərmiş. Tramvay da mənim indiyə qədər gördüklərimdən qədim fərqli idi. Belə ki, son dayanacaqda tramvayı 3-4 nəfər əlləri ilə çevirib üzünü gəldiyi istiqamətə çöndərirdilər ki, bu da mənə qəribə gəlirdi. Bir neçə il qabaq şəhər meriyası tramvayları yığışdırmaq istəyəndə sakinlər buna öz qəti etirazlarını bildirməklə tramvayları xilas etmişdilər.

San-Fransisko yer üzünün ən gözəl, bənzərsiz şəhərlərindəndir. San ispanca müqəddəs deməkdir, yəni müqəddəs Fransisko. bu müqəddəs şəhərdə dilənçilərə rast gəldim. Bizim dilənçilərlə müqayisədə onlar çox kübar görünürdülər. Sakitcə əyləşib öz qismətlərinin yolunu gözləyirdilərversən , sağ ol, verməsən prinsipi iləbalıqçı səbri ilə, elə bil qarmaqla balıq tuturdular. Tay bizdəki kimi yox eee:

Sən o yanındakı qızın canı bircəcə manat ver, – demirlər.

Görmədiyin şəhər tanış olmadığın adam kimi çox maraqlıdır. San-Fransiskonun yolları yaxşı vəziyyətdə deyil. Çünki bu şəhərdə gündə üç-dörd dəfə zəif zəlzələ olur. Yolu günorta düzəldirsən, axşam üstü təzədən korlanır. Əhali bu xırda zəlzələlərə çoxdan öyrəşib. Gülə-gülə deyirlər ki, zəlzələ olmayanda darıxırıq. Bu şəhərdə diyircəklər üzərində tikilmiş çox hündür bir bina var. Babat zəlzələ olanda bu bina küləkli havada dörd bir tərəfə əyilib dikələn ağaca oxşayırəyilir, sonra qamətini düzəldib dikəlirmöcüzədir.

San-Fransiskoda narkotika açıq satışdadır. Açması: yaşaya bilmirsən? Buyur, çək, öl, qoy cəmiyyət təmizlənsin, başqalarına mane olma!

Bu şəhərdə küçələrdə yatan evsiz-eşiksiz adamlar üçün yataqxana tipli binalar tikib onları küçələrdən yığışdırırlar.

San-Fransisko çox təmiz, səliqə-səhmanlı bir şəhərdir, sünbülündən su damır. Elə bil, əlinə fürsət düşən kimi saatlarla güzgü qabağında güzgülənəndən, özünə sığal-tumar çəkəndən sonra sakinlərin üzünə çıxır. Hamımız ömrümüz boyu təmiz adam görmüşük. Bu şəhər həm təmiz adama oxşayır. Filankəs təmiz adamdı, San-Fransisko təmiz şəhərdi.

Bacım oğlu mənə Amerika folklorundan bir nümunə gətirdi: Problemin varsa, fikir eləmə, problemin həlli yolu yoxsa, yenə fikir eləmə. İlk baxışdan bizə qəliz görünən bu məsəlin açması: yəni problemin varsa, fikir eləmə, çalış ki, həll eləyəsən; əgər problemin çıxış yolu yoxdursa, yenə fikir eləmə, onsuz da çıxış yolu yoxdur da, barış getsin...

Bir amerikalı mənə izah etdi ki, biz bir-birimizə gülümsəməklə, əslində, bizi dünyaya gətirdiyinə görə Allaha minnətdarlığımızı bildiririk. Əgər imkanımız olsaydı, birbaşa Allahın üzünə gülümsəyərdik, təəssüf ki, bu mümkün deyil...

Həmsöhbətimin dediklərindən anladım ki, İslami dəyərlərinsani dəyərlər bu ölkədə çoxdan kök atıb daha möhkəmdir. Buna sevindim.

İkinci bir həqiqəti anladım ki, dünya siyasətçilərini birləşdirmək müşkül məsələ olsa da, dünya xalqlarını birləşdirmək çox asan görünür. Bunun üçün iki şey lazımdır: imkan istək.

Üçüncü bir həqiqətə möhkəm inandım ki, əgər yer üzündə üzdəniraq siyasətçilər olmasa, bütün xalqlar çox asanlıqla bir-birini yola verər dünya cənnətin filialına çevrilə bilər...

İnsan qanı tökülməz...

Amerikada qaldığım müddətdə mən yetənin üzünə gülümsəyirdimyetənə yetir, yetməyənə bir təbəssüm atırdım. Bu, sinoptiklərin dili ilə desək, mənim adi həyatımın illik yaşayış normasından dəfələrlə çox idi. Tez-tez görüşdüyüm adamlara deyirəm ki, əgər Bakıda da buişidavam elətdirsəm, məndən şübhələnməyin, başına hava gəlib, filan ... mənə pis baxmayın, mənə gülə-gülə baxın, məni gülə-gülə başa düşməyə çalışın...

Əlimdə əlacım olsaydı, Amerika xalqını (siyasətçilərini demirəm) bir yerə yığıb üzərrik yandırardım ki, onların xoşbəxtliyinə göz dəyməsin rəhmətlik Ziba nənəmdən eşitdiyim bir bənd folklor nümunəsini ingiliscəyə çevirib gur səslə oxuyardım:

Üzərriksənhavasan,

Yaman dərdə davasan

Üzərriklər çırtdasın,

Yaman gözlər pırtdasın.

Düzü, heç bilmirəm ki, Amerikada üzərrik bitir yoxsa yox... 

Dünya xalqlarının böyük əksəriyyətindən fərqli olaraq amerikalılar yaşamağın təhrini-töhrünü yaxşı bilirlər. Bu cəhətdən onlar favoritdironlar yaşamağa bir sənət kimi, peşə kimi baxdıqlarına görə, peşəkarcasına da yaşayırlar.

Amerikada yaşam tərzinin ritmi o qədər harmonik sərrastdır ki, hər xalq buna dözə, tab gətirə bilməz. Loru dildə desək, onların yaşam tərzinin çevik ritmi hələm-hələm özündən deyən xalqın sümüyünə düşməz, oynaya bilməzlər, çünki bu, amerikasayağıdır...

San-Fransiskonun gözəlliyi, gözəlliyinin təmizliyi, təmizliyinin rahatlığı rahatlığının məhrəmliyi on altı saatlıq yol yorğunluğumuzu canımızdan çıxartmışdı. Biz yaz yağışından sonra yaz günəşinin altında buxarlanan torpaq kimi rahat arxayın idik. Şəhərdə yol boyu yüzlərlə şəkil çəkdirdik. İndi bacım oğlunun San-Fransisko altındakı balaca şəhərdəki evinə qayıdırdıq, Bakı-Mərdəkan anlamında...

Yolda rastlaşdığım bir məsələyə məəttəl qaldım, təəccübləndim. Fərhaddan soruşdum ki, bu nedə belə? O dedi:

Dayı, bax, görürsən, yolun sağıynan gedənlərin hamısı maşında təkdi, ikinci sırada gedənlər isə iki nəfərdilər. Üçüncü sıra boşdu. Bu boş yol bizim üçündü, çünki biz dörd nəfərik. Amerikada belə hesab eləyirlər ki, bir var bir nəfər yolda bir saat vaxt itirsin, bir var ki, dörd nəfərbu, dörd saat eliyir. Çox sərnişini olan maşınlara güzəşt var tək sürücülərin bizim bu boş yola çıxmağa ixtiyarı yoxdur. Ümumiyyətlə, Amerikada hərənin bir maşın sürməyinə pis baxırlar. Burda işin ekoloji ekonomik tərəfləri nəzərə alınır...

Bir daha inandım ki, bura doğrudan da Amerikadırgör nələri düşünürlər ee...

Bura gülümsəyən Amerikadır. Zəhər tuluğu olan bizimkilərdən birisini apar Amerikaya, bir neçə gündən sonra görəcəksən ki, üz-gözündən nur tökülür. Ancaq orasını deyə bilmərəm ki, ordan qayıdandan sonra bu nurun, bu işığın gözümənbəyi neçə günə quruyub cadar-cadar olacaqbu, bir az qəliz məsələdi... Mən heç nəyi şişirtmirəm, özü şişir, kim buna şübhə eləyirsə, mən dediyimi eləsin...

Amerika görüb-götürmək baxımından böyük, nadir bir məktəbdir. Bu məktəbin, hələ əlaçı tələbəsini demirəm, güc-bəla ilə oxuyub qurtaranməzunu dünyanın hər yerində baş çıxardıb özünə gün ağlaya bilərəlbəttə, söhbət normal adamlardan gedir. Yoxsa avaranın birini apar at Amerikaya ki, mən bunu adam eliyəcəmbu, mümkün deyil. Yoxsa Amerikada dilənçi, evsiz-eşiksiz adamlar olmazdı...

Foreverşirkətinin təşkil elədiyi diskotekaya qaralar, ağlar, qapqaralar, ağappaqlar hamısı bir rəngdə görünürdülərtəbəssümləri yekrəng idi. Bu, isə təzə rəng idisəkkizinci rəng. Bu rəngi almaq istəyən üçün resept belədir: qara ilə ağı, qapqara ilə ağappağı yaxşı-yaxşı qarışdırırsan, sonra ora təbəssüm əlavə eləyib yeddi dəqiqə saat əqrəbi istiqamətində tərsinə qarışdırırsanyuxarıda dediyimiz səkkizinci rəng hazırdı...

Bir neçə dəfə taksiyə mindik, bizdə deyildiyi kimi sürücü mədəniyyəti bizi valeh elədi. Ümumiyyətlə, bu ölkədə sürücü mədəniyyəti, satıcı yaxud məmur mədəniyyəti deyilən anlamlar yoxduAmerika mədəniyyəti var. Yerdə qalan varsa, hamısı onun içindədir.

Orda tək-tük rast gəldiyim polislərə diqqət yetirdim: gülümsər, hündür, enlikürək... Baxırsan, elə bil hamısı olimpiya çempionudur. Tay kabab yeyib buz kimi pivə içməkdən göbək bağlamayıblar, qarınları dizlərinə qədər piy torbası kimi sallanmayıb...

Qaldığımız otellerin hamısında servisxidmət ən yüksək səviyyədə, lap elə getdiyim restoranlarda, maqazinlərdə . Bu insanlardakı səbr adamı valeh eləyirdi. Quranda müsəlmanlara səbrli olmaq tövsiyə olunur. Deyəsən, amerikalıların İslami dəyərlərə münasibəti, bəzi ara qarışdıranları nəzərə almasaq, çox yüksək səviyyədədir. Əlbəttə, söhbət ayrı-ayrı  dairələrdən, maraqların toqquşduğu nöqtələrdən deyil, Amerika xalqından gedir.

Otellərdə, restoranlarda, ümumiyyətlə, bu qəbildən qeyri bu qəbildən olan yerlərdə siqaret çəkmək qəti qadağandır. Bu ölkədə tualet ictimai yer hesab olunur. Əlli ildən artıq siqaret çəkən adam üçünmənə çox çətin idi. Siqaret çəkmək üçün xüsusi yerlər ayrılıb, buyur, zəhərlən. Dallasda, “Hiltonotelində siqaretlə bağlı məzəli əhvalat da oldu. Azərbaycandan bizimləForeverin tədbirinə dəvət olunmuş zərdablı balası Əjdər dözməyir, otaqda bir siqaret yandırır, bir qüllab vurandan sonra həyəcan siqnalı çalınır. Əjdər bilmir ki, siqareti hara dürtsün. Həyəcan siqnalı on dəqiqəyə qədər davam eləyir. Elə biz bu siqnalı eşidirik, ancaq ingiliscə olduğundan heç başa düşmürük. Sonra məlum olur ki, həyəcan siqnalı Əjdərinxətrinəyox, otelin elektrik sistemində yaranmış müvəqqəti qısaqapanma ilə bağlı imiş. Ancaq Əjdər bərk qorxmuşdu...

Otel-kazinonun misli yoxdurgünün iyirmi dörd saatını nəhəng qazan kimi qaynayır; burda uğurla uğursuzluq, psixoloji sarsıntılarla rahatlığın toqquşması adamların sifətində elə açıq-aydın yazılır ki, bircə qalır bu yazıları oxumaq. Burda gedən mübarizə dünyanın ayrı-ayrı bölgələrində gedən müharibələr qədər qəliz, sarsıdıcı bənzərsizdir.

İnsana insan cildini Allah verib; burdakı oyunlarda adamlar Allahın hər kəsin əyninə, sifətinə, gözlərinə biçdiyi o cildiinsan cildini soyunub pencək kimi bir kənara atırlar. Bütün bunları görüb müşahidə eləmək, duymaq Allahın qəzəbinə gəlmək qədər ağır, qəliz adı olmayandır...

Hərdən deyirik ki, yemirəm, iştahım küsüb. Amerikalılar isə iştahları ilə küsülü deyillər. Hər bir amerikalının iştahı, demək olar ki, elə Amerikanın dünyadakı məlum iştahası boydadı. Xüsusilə, işdən qayıdandan sonra Amerikanın bütün restoranlarında, teatr termini ilə desək, anşlaqdı.

Əgər qəribsənsə, şəhəri yaxşı tanımırsansa, kirayə avtomobil götürüb gəzmək istəyirsənsə, özün ingiliscə bilirsənsə, problem yoxdur. Ölkədə xüsusi pullu xidmət fəaliyyət göstərir. Əyləşirsən sükan arxasına, deyirsən ki, filan yerə getmək istəyirəm. Qısa müddətdə səni ekranda görürlər komanda verməyə başlayırlar: Düz sür! Körpünün altından keçəndən sonra sağa dön, düz sür, işıqfordan sola ... s.

Yol boyu sənə verilən komandalar səni mənzil başına çatdırır.

Bacım oğlu hələ mən Bakıdan çıxmamış mənə zəng vurmuşdu ki, dayı, sürücülük vəsiqəni götür, Amerikada da maşın sürərsən. Dedim, lazım deyil, sürə bilmərəm. Bacıoğlu dedi ki, ay dayı, sən danışırsan, Bakıda maşın sürən adam Amerikada gözü yumulu maşın sürər...

Amerikaya gəlib çıxa bildiyimə görə açıq-aşkar sevinirdim. Hələ beş-altı yaşımda kəndimizdən Füzuli şəhərinə, benzin iyindən xoşu gələn birisi kimi, birinci dəfə gələndə necə sevinirdimsə, bax eləcə... İllər sonra Füzulidən ilk dəfə Bakıya gələndə necə sevinirdimsə, bax eləcə... Sonra Bakıdan Moskvaya... Tehrana, Londona, Parisə, Barselonaya s. gedəndə necə sevinirdimsə... Ancaq deyəsən, Amerika səfərimə daha çox sevinirəm. Hər halda mənə elə gəlir. Xortdan cildli Amerika... Orta məktəbdə oxuyanda, yuxarıda deyildiyi kimi, təhər beynimizə yeritmişdilərsə, mənə elə gəlirdi ki, Əbdürrəhim bəy HaqverdiyevXortdanın cəhənnəm məktublarıəsərini Amerika həyatından yazıb boyda yanlış...

Yeri gəlmişkən, görəsən, bizim kənddən Amerikaya neçə kilometr olar? yaxud ulu babam Hacı Muradxan qaragöz dəvəsilə Yağlıvənddən Amerikaya neçə ilə gedib çıxarmış? gedib çıxa bilərmişmi?..

Bu ölkədə mənə siqaret qadağasından daha çox əziyyət verən bir məsələ vardı. İngilis dilini bilməməyim hələ heç vaxt mənə belə yer eləməmişdi. Təyyarədə , şəhərdə özümü əlil kimi hiss eləyirdim. Taksidə isə elə bilirdim ki, əlil arabasındayam...

Azərbaycandan gedən nümayəndə heyətinin xahişi ilə Dallas şəhərindəHiltonotelinin həyətindəki dəyirmi, üstüörtülü oturacaqlarda yığışdıq, gözəl bir ədəbiyyat gecəsi keçirdik. Şeirlər, mahnılar, muğam, sual-cavab. Unudulmaz bir gecəaxşam saat 10-dan gecə saat 1-ə qədər. Bu unudulmaz gecə ingilis dilini bilməməyimi mənə unutdurmuşdu. Hamımızın əlində Azərbaycan bayrağı. Bu otelin həyətindəki söhbət yerində böyük bir Azərbaycan ab-havası yaranmışdı. Biz burda azərbaycanlı olmağımızla daha çox fəxr edirdik. Hər halda bizə elə gəlirdi...

Bir dəfə avtobusda gözlənilmədən gözəl bir şey alındı. Müxtəlif millətlərin bizim mindiyimiz bu beynəlmiləl avtobusda xorla oxuduğumuzAy bəri baxmahnısının sədaları altında əllərimizdə yellənən Azərbaycan bayraqlarının yaratdığı mənzərə, ovqat, ağlı-qaralı adamların hamısının bizə diqqətlə qulaq asmasının, lap axırda isə bütün avtobusun bizə qoşulubAzərbaycan, Azərbaycan!” qışqırmasının ləzzətini o anlarda o avtobusda olmayanların duyması o qədər asan məsələ deyildi. Bizim nümayəndə heyəti hara gedirdisərestorana, maqazinə, şirkətin tədbirlərinə, gəzməyəbayraq əllərindən düşmürdü. Amerikada əlimizdən düşməyən bayraqların hər birisi mənə doğma Bakımızda Bayraq meydanında qürurla dalğalanan bayrağımız boyda görünürdü. Bu, bir başqa hissdir...

Hiltonda mərtəbə xidmətçisinə bir nar uzatdım. Nədənsə əvvəlcə nara, sonra da mənə gülümsəyib aldı. Uzada-uzadafroomdeyib üzümə baxdı. Tələsikfrom Bakı, from Azərbaycandedim.

Oooo! Yes! – dedi.

Özümdən çox razı qalmışdım. Sizə zarafat gəlməsin, Amerikada Azərbaycanı tanıyanların biri artdı. Özü çox baha başa gəlməmişdi, cəmi-cümlətanı bir naraYaşasın Göyçay narı!

Dallası gəzib dolaşdıqca hərdən güllə səsləri eşidirdim. Bu, uzun illər bundan qabaq Amerika prezidenti Con Kennediyə atılan güllələrin səsi idi. O səs təkcə Kennedini yox, bu şəhər haqqındakı gözəl təəssüratımı da güllələyirdi, deşik-deşik eləyirdi deşik-deşik olmuş bu gözəlliyə heyfim gəlirdi, mən özümü o yerə qoymurdum. O güllələrin səsini eşitdikcə gülümsəyən Amerikanın dodaqlarından axan on damla qanın (C-o-n K-e-n-n-e-d-i)=10) bu torpağa damcıladığını torpağı on yerdən deşdiyini çox aydın görürdüm ağrıya-ağrıya təəssüflənməkdən başqa əlimdən heç gəlmirdi...

Heç bu barədə yazmaq istəmirdim...

Yazmaq istəmədiyim bir şey var. Bizhəyat yoldaşım Almaz xanım, Nəzakət xanım, Turan xanım, Susana xanım Əjdər bəy, Səadət xanım, Sevil xanım, Zemfira xanım, İntizar xanım, Şəmsəddin bəy, Paşa bəy ağa çağırdığımız Hüseynəli bəy mən San-Fransiskodan Reno şəhərinə uçmalı idik. Orda bizi qarşılayıb Taho şəhərinə aparmalı idilər ki, tədbirlərə qoşulaq. Adlarını sadaladığım adamların hamısıİql menecerdiryəni qartal menecerlər. Təyyarə havaya qalxdı, lazımi yüksəkliyə qalxandan sonra müsibətli dəqiqələrimiz başladı. Mən, yəqin ki, başqa sərnişinlər heç vaxt belə şey görməmişdik. Təyyarə elə bil ki, kəl arabası idi kəndin daş-kəsəkli yolları ilə gedirdi. Qorxudan ürək-göbəyimiz düşdü. Hər an təyyarənin yerə düşüb partlayacağını gözləyirdik. Artıq o yerə gəlib çıxmışdı, doğmalarımız bir-bir gözümüzün önündən keçirdi. Ölüm qaş ilə gözün arasındakı məsafə qədər yaxın idi. Mən onun soyuq nəfəsini bütün varlığımda hiss eləyirdim. Təyyarə sürətlə üzüaşağı enirdi. Birdən təyyarənin təkəri zərblə yerə dəydi təzədən bir göyə qalxdı. Təxminən qırx dəqiqə əvvəlki kimi uçduq sonra hava limanına endik. Salamat qaldığımıza görə bir-birimizi təbrik edib, Allaha şükür eləyirdik. Bu, azmış kimi bizi qarşılamağa gələn yox idi. Bir saatdan artıq gözlədik. Xəbər-ətər çıxmadı. Sonra Almaz xanım öyrəndi ki, təyyarə bizi Reno əvəzinə tamam başqa bir şəhərəSakramentoya gətirib. Səkkiz saat gözləyəndən sonra gəlib bizi Sakramentodan birbaşa Taho şəhərinə apardılar. Tədbirlərə qoşulan kimi hər şeyi unutduq.

Hamımız şübhələnmişdik ki, yəqin pilot rusdu, özü möhkəm içib. Nəsə ağlımıza gələn bu oldu.

San-Fransiskoda hamı şortikdə gəzirdi, Tahoda isə quşbaşı qar yağırdı. Üç gün qalıb təyyarə ilə Dallasa uçmalı idik.

Taho dağlar meşələrlə əhatə olunub. Allahın fırçasından tökülən bu mənzərə, qeyri-adilik olmasaydı, insan necə şəhər tikir tiksin, bura belə mükəmməl olmazdı; mükəmməl olmasaydı, bənzərsiz olmazdı, bənzərsiz olmasaydı, dünyanın dörd bir yanından axışıb bura gəlməzdilər, gəlməsəydilər, mən bura gəlməzdim, mən bura gəlməsəydim, bu yazını yaza bilməzdim. bu yazını heç vaxt pozmayacaqlar, çünki belə yazıya pozu yoxdu... Quşbaşı qar hələ yağırdı. Bakı bu yerlərdən çox-çox uzaq olduğuna görə külək əsmirdi...

Keçmiş vətənimiz SSRİ-dən gələnlər var idi; Rusiyadan, Litvadan, Qırğızıstan, Qazaxstan, Ukrayna s. Ukraynalılarla kiçik bir söhbətim oldu. Məndən soruşanda ki, siz Ukraynada son vaxtlar baş verənlərə necə baxırsınız? Dedim ki, mən Ukrayna xalqını dəstəkləyirəm. Onlar elə sevindilər ki, elə bil Ukraynanın gələcək taleyi mənim hansı mövqedə olmağımdan asılı idi.

Biz mütləq qalib gələcəyik! – dedilər.

Bizim uşaqlar minlərlə şəkil çəkdilər, elə bil ki, Amerikanı bütövlükdə Bakıya aparmaq istəyirdilərbunun başqa adı yox idi. Amerika isə elə Amerikanın özü boyda nəhəng bir qazan kimi şaqqır-şuqqurla elə qaynayırdı ki, bu qazanın qapağı atılıb düşür, səs salırdı bu səs dünyanın hər yerindən eşidilirdibu, Amerikanın səsi idi...

Yuxarıda da qeyd etdiyim kimi, bu ölkədə bəşəriyyətin tanıyıb etiraf etdiyi yeddi rəng o qədər aktiv deyildi az qala bu yeddiliyin Amerikaya dəxli yox idi. Rənglərin bəşəriyyətin həyatındakı taleyindəki rolu bu ölkədə get-gedə passivləşirdiaktiv olan bir rəng var idibu rəngin adı Amerikadır, Amerika!

Amerika həm çox hündür həddindən artıq kök adamlar ölkəsi kimi yadımda qaldı. Təbii ki, bu, orda yaşayan vyetnamlılara, çinlilərə bu qəbildən olanlara aid deyil. Çünki onların boyu dövri-qədimdən qısadır adama elə gəlir ki, heç vaxt boy-buxunlu, hündür olmayacaqlar.

Qaradərili bir amerikalı otelin qabağında məndən siqaret istədi. Mən qutunu çıxarıb üç dənə verdim, o, birini götürüb ikisini qaytardı. Bojena adlı polyak qızı da məndən siqaret istədi. Mən bir siqaret verəndə, o, ikisini əlavə istəyəndə vermədim, dedim ki, məndə azdı...

Siqaret çəkilən yerdə Samvel adlı bir erməni ilə tanış oldum. Rusca danışırdıq. Bakıdan olduğumu biləndə soruşdu ki, ingiliscə bilirsən? Dedim yox. Xəbiscəsinə gülümsəyib (bu, amerikalıların gülümsəməyinə qətiyyən bənzəmirdi) dedi:

Görürsünüz burda qədər erməni var, hətta zəncilərin içində erməni var. Burda yaşayanların əksəriyyəti ermənilərdi. Adamlar bir-biriylə rastlaşanda gülümsəyibhaydeyirlər.

Rus dilində ona ikimərtəbəli bir söz çırpandan sonra dedim:

Mən ingiliscə bilməsəm , onu bilirəm ki, “hayAmerika ingiliscəsində salam deməkdi, erməniyə dəxli yoxdu.

Doğrudan da, neçə gündü hay deyib, hay eşidirdim ...

Siqaretini külqabıya basıb aradan çıxdı.

Əslən Amerikadan olan göyərçinlər adamlardan qorxmur, lap yaxına gəlir. Bizim sərçələrin eyni olan amerikalı sərçələr isə adamlardan qaçır, onlara qətiyyən etibar eləmirlər, görünür, sərçələr göyərçinlərə nisbətən adamları daha yaxşı tanıyırlar. Bu ölkənin qaratoyuqları bizimkilərə nisbətən, belə demək mümkündürsə, daha yekəpərdilər. Bir quşa da rast gəldim; göyərçin idi, qumru; deyəsən, onların qarışığına oxşayırdıgörünür, Amerikada müxtəlif millətlər arasındakı cütləşmə prosesi ordakı quşlara da sirayət etmişdir belə demək mümkündürsə, quşlar arasında da heç bir irqi ayrılıq-seçkilik yoxdur...

Amerika ilə dost oldum. Mən dostluqda Amerikadan çox möhkəməm...

Mənim Amerikada olmağımdan, təbii ki, mənim xəbərim olduxəbərim oldu ki, mən Amerikadayam. Ancaq mənim Amerikada olmağımdan Amerikanın xəbəri olmadıbu, çox kədərli idi...

Bakı-Frankfurt-San-Fransisko-Dallas-London-Bakı
10 oktyabr 2014.

 





20.10.2014    çap et  çap et