525.Az

Diqqət! Məşq gedir... - Fotoreportaj


 

“Ulduz” jurnalı ilə “525-ci qəzet”in birgə layihəsi BENEFİS PƏRVİNin təqdimatında

Diqqət! Məşq gedir... - <b style="color:red">Fotoreportaj</b>

Diqqət! Məşq gedir. Sakitliyə riayət edin! Bu cür ifadələr, əmrlər həmişə qəribə təsir edir adama. Bəlkə yeni əsərin, tamaşanın, filmindoğuluşundanxəbər verdiyinə görə, bəlkə sadəcə, yaradıcı atmosferin detalları olduğundan, bilmirəm. Bu gün Akademik Milli Dram Teatrının dəhlizindən keçib məşq otağına yaxınlaşdıqca divarlara vurulmuşxəbərlərioxuyub yığışdırıram özümü... Dikdabanlarımın səsindən tutmuş, həyəcanıma, marağıma kimi hamısını idarə etməyə çalışıram.

 

Azərbaycanda böyük bir nəslin yumor hissinin formalaşmasında, tərbiyəsində rolu olan, istər kinoda, istər televiziyada özünəməxsusluğu ilə seçilən rejissor Ramiz Həsənoğlunun məşqinə tələsirəm. Vaqif Səmədoğlunun 75 illiyi ilə əlaqədar, dövlət sifarişiylə quruluş verdiyiGeneralın son əmripyesinin məşqləri gedir. Adətən qonaqlarımUlduzdərgisininBenefislayihəsi üçün hansısa doğma yerləri, məsələn, uşaqlıq, gənclik illəri ilə bağlı küçələri, məhəllələri seçirlər. Amma Ramiz müəllim teatrı seçdi, mən sevinərək razılaşdım. Düzü onun bioqrafiyasına nəzər salanda da başa düşdüm ki, qəhrəmanımızdan ötrü ən doğma məkan, uyğun atmosfer elə teatrdı. Valideynləri görkəmli aktrisa Ətayə Əliyeva   bütün ömrünü teatra bağlamış aktyor, teatr xadimi Həsənağa Mirzəyev onu hələ uşaqlıqdan bu sirli, sehirli aləmin labirintləri, dolanbacları ilə yaxından tanış ediblər əlbəttə ki belə insanla teatrda görüşüb söhbət etməyin ayrı bir zövq olacağını da əvvəlcədən duyuram. Beləliklə, əvvəlcə bir az rejissorun prosesinə tamaşa edirəm, sonra teatrın dəhlizində gəzə-gəzə ordan-burdan, yəni Ramiz müəlliminordan-burdanları, tamaşaları, filmləri haqda söhbətləşirik.

 

Teatrın özünəməxsus, sirli aurasına daxil olduqca bütün bunların çətinliyi, insandan sadəcə texnika, peşəkarlıq, bilik yox, həm ürək, ruh, ovqat istəməsini düşünürəm. burada rejissorun həm ruh ötürücüsü kimi əsas olmasını bir daha dərk edirəm. Ramiz müəllimin ruhu az qala silkələyir teatrın divarlarını, amma daha çox aktyorları. Deyəsən, elə aktyorlar da bir az çaşıblar, Ramiz Rövşən demişboyu uzun”, “uzaqda olanları baxıb görənrejissorun enerjisi, ovqatı məşq başlanandan beş-on dəqiqə keçməmiş hamını öz təsirinə salıb. Aktyorlar Cəfər Namiq Kamal, Füzuli Hüseynov, Əjdər Həmidov, aktrisa Mehriban Xanlarova pyesin əsas səhnələrini, Generalın guya öldürülməsi polislərin buna görə hay-küy qaldırdığı səhnəni Qız nəvənin babası ilə dialoqlarını məşq edirlər. Doğrusu, etiraf edim ki, elə məşq başlayar-başlamaz, sevinirəm. Soruşan gərək hələ tamaşa hazır deyil, nəyə sevincək olmusan?! Səviyyəni, sözün sehrini, yumorun duzunu, ifadələrin ləzzətini duymamaq bundan zövq almamaq mümkünsüzdü. Heç şübhə etmirəm ki, məhz Vaqif Səmədoğlu dramaturgiyasının, yumorunun, atmacalarının, fəlsəfəsinin növbəti dəfə Ramiz Həsənoğlu həllində  biz tamaşaçılara təqdim olunması ayrıca bir sənət hadisəsinə çevriləcək. Elə bu sevincin, gözləntinin içində məşqlərə baxır, bəzi məqamlarda gülüşümlə aktyorlara mane olacağımı düşünüb sakit dururam. Artistlər mətnin içinə, məğzinə hələ təzə-təzədaxil olurlar”, ona görə bəzi yerlərdə intonasiyaların, ləhcənin hələ tam yerini almadığı hiss olunur. Aktyorlardan biri generala nəsə izah etmək istəyəndə qışqırır. Son vaxtlarda şoulardan, əyləncəli verilişlərdən, bayağı seriallardan gələnqışqırıqlaryorub qulaqlarımızı. Hələ üstəlik teatr səhnələrimizdən qışqırsalar, lorenqoloqlar işsiz qalmaz, düşünürəm. birdən rejissorun bunu aktyora necə izah etməsini görüb heyrətlənirəm. Ramiz müəllim sadəcəqışqırma”, yaxud burdasəsini qaldırmağa ehtiyac yoxdudemir. Bəlkə yad adamın, yəni mənim zalda olduğumu nəzərə alır, bilmirəm. Sakitcə aktyora yaxınlaşır izah edir: “Elə bil ki, general bağça uşağıdı, sən ona nəsə izah etməyə çalışırsan. Bax o tonda danış”... Aktyor anındaca deyiləni anlayır səs , ton da, intonasiya da yerini alır. Sadəcə, rejissorun aktyorlarla işləməsi, prosesin özü elə ayrıca tamaşadı. Fasilədə məhz butamaşanın çətin şərəfli tərəflərindən danışırıq. Bir az söhbətdən sonra başa düşürəm ki, Ramiz müəllimi özü haqda danışdırmaq çətin məsələdi. Bütün uğurlarını işıqçıdan tutmuş, ssenaristə, operatora kimi müxtəlif adamlarınboynuna atacaqki təki özünü tərifləməsin, özündən deməsin. Əli hər yerdən üzüləndə dövr başqaydı onda”, “zamanın tələbi idifilan kimi ifadələrlə xoş sözlərimin qarşısını alacaq. Məncə, özündən deyən, təkəbbürlü insanla söhbət eləmək qədər çətindisə, təvazökar adamla ünsiyyət, hələ üstəlikUlduzüçünBenefisbir o qədərqəlizdi. birdən mən rejissor sənətinin böyüklüyündən danışmaq istəyəndə Ramiz müəllim sadə-peşə adamlarınınmüdafiəsinə qalxanda bu qəlizliyi bir daha başa düşürəm: “Rejissor sənəti çətindi əlbəttə, amma siz mənə deyin, hansı sənət asandı?! Məsələn, çörəkçi, yaxud da dülgər az əziyyət çəkir? Hər işin özünəməxsus qəlizlikləri, amma həm zövq verən tərəfləri var. Mən öz işimin məsuliyyətini başa düşürəm, ancaq prosesdən, prosesindən zövq almasam, daha çətin olar. Əslində, heç alınmaz”.

 

Azdramanın dəhlizində gəzişərək danışırıq... Uşaqlıqdan bəri dilimizin əzbərinə, ailə məclislərimizin yaraşığına çevrilmiş tamaşalardan suallar verirəm. Ramiz müəllim bəzi işlərindən, məsələn, “Evləri köndələn yar”, “Ac həriflər”, “Yaşıl eynəkli adam”, “Ordan burdan”, “Qonşu qonşu olsateletamaşalarının çəkiliş məqamlarından, soyuq povilyonlarda içkili aktyorlarla, kaprizli sənətkarlarla çəkdiyi əziyyətlərdən, sərf elədiyi zamandan, zəhmətdən danışır. Hiss edirəm ki, hamısını da sevgiylə danışır, üzündən, gözlərindən işıq axır. bütün bu əziyyətlərə baxmayaraq, rejissorun həmişə kölgədə, kadrarxasında, hardasa gizlində qalması adamı bir az təəssüfləndirir . Dünyada, Avropada belə deyil. Filmin, tamaşanın müzakirələrində rejissor əsasdı, hadisələrin, söhbətlərin mərkəzindədi. Azərbaycanda isə lap son zamanlara kimi adi, orta tamaşaçının sevdiyi, baxdığı filmin rejissorunun kimliyindən heç xəbəri olmurdu. İstənilən bəyənilən filmin aktyor oyunu, süjeti-filan təriflənirdi həmişə. Axır zamanlarda Avropanın, Qərbin təsiri ilə rejissorlar da müzakirə obyektinə çevrilir, kinoşünasların, yaxud adi tamaşaçının diqqət mərkəzində durur. Amma təəssüf ki, filmlərə, tamaşalara bütöv qiymət verməyi, bütün baxış bucaqlarından dəyərləndirməyi öyrənməmişik hələ. Yenə film yaxşıdısa, aktyor əla oynayıb, alınmayıbsa... ımmmm... kimin boynuna ataq günahı? , rejissorun. Son illərdə Ramiz müəllim ən müxtəlif adamların haqlı təriflərini , qərəzli tənqidlərini , bəzən lap mənasız rəylərini kifayət qədər görüb, oxuyub, dinləyib. Xalq yazıçısı Anarın ssenariləri əsasında çəkdiyi iki filmiCavid ömrüSübhün səfirikifayət qədər müzakirə olunublar. Bunlar haqda Ramiz Həsənoğlu özünəməxsus təmkinlə danışır: “Düzdü, bizdə rejissorlar diqqət mərkəzində olmur. Lap bu günlərə kimi çox az danışılırdı rejissor işindən. Bu, mənə qətiyyən təsir eləmirdi. Çünki hansısa tamaşanı qoyanda, əsəri çəkəndə populyarlıq, filan haqda düşünməmişəm. Ancaq ən fərqli adamların, dəyər hesab etdiyim insanların rəyləri mənim üçün çox vacib olub, ruhlandırıb məni. Məsələn, xatırlayıram teletamaşalarım haqda Bəxtiyar Vahabzadənin dediklərini, fikirlərini. Yaxud, mübahisəliKamançatamaşasının televiziyada nümayişindən öncə Anarın danışdıqlarını, əsəri necə təqdim etməsini... “Sabahyaradıcılıq birliyinin yubileyi münasibətiylə Vaqif Səmədoğlunun televiziya verilişində dedikləri mənim yaddaşımda həmişəlik qalıb.

 

Filmlərdən, yəniCavid ömrüSübhün səfirindən sonra fikirlər müxtəlif oldu. Bəzi xoş sözlər başgicəlləndirici, bəzitənqidlər ürəkbulandırıcı idi. Ancaq başımız gicəlləndi, əlimiz işdən soyudu. Əlbəttə haqlı tənqid, yerinə düşən irad həmişə təsir edir mənə, gələcək işlərimdə mütləq nəzərə alıram. Elə özümütənqidim, özümə tələbkarlığım bu mənada ayrıca bir mövzudu. Hələ gənclik illərimdən belə olmuşam. indi müxtəlif səbəblərdən buraxılan səhvləri, qüsurları özüm görürəm. Amma yaradıcılıq belədi, ideal, qüsursuz ortaya qoymaq mümkün deyil. Çünki bütün zövqləri oxşamaq mümkünsüzdü”.

 

Ramiz Həsənoğlununşünaslarının ən çox deyib danışdığı, əlinə bayraq alıb gəzdirdiyi məsələ rejissorun bədii filmlərdə teleekran estetikasından istifadə etməsidi. Doğrusu, çoxları sadəcə bunu kimdənsə eşidib, söz xatirinə deyir, yəni əslində heç teletamaşa estetikasından, televiziya qanunlarından xəbəri var. Bu öz yerində. Şəxsən mənim bu məsələyə baxışım fərqlidi. Ramiz Həsənoğlu az qala televiziyada böyüyüb istənilən sənətkarın yaradıcılığına doğulduğu, böyüdüyü yerlərin aurası təsir etdiyi kimi, əsərlərində göründüyü, üzə çıxdığı kimi, onun da filmlərindənteleviziyanın boylanmasıciddi mənada qüsur yox, yaradıcılıq hadisəsidi. əslində ciddi sənətşünaslar onun filmlərini məhz bu tərəfdən baxıb təhlil etməlidilər. Amma hardadı o yanaşma ciddilik?! isə... Deməyim odu ki, “Sübhün səfirindəAxundzadə ilə Zərdabinin söhbəti, sıx duman içindən iki dahinin bizə doğru addımlaması, yaxud filmin sonunda Fətəlinin  anasıyla birgə ağappaq səmanın qıpqırmızı günəşin qoynuna atılması, “Cavid ömründə Hüseyn Cavidin xanımı Mişkinaz xanımın əriylə sonuncu görüşündən sonra örpəyi rəngində daşlaraçırpılmasıtərtəmiz kinodu... bu cür, hətta Azərbaycan kinosu üçün yeni, estetik kadrlar Ramiz müəllimin filmlərində az deyil. Sadəcə yenə deyirəm ki, bunlara xüsusi baxış, yanaşma lazımdı. Məncə, elə rejissorun özü üçün bu yanaşma maraqlıdı: “Bir neçə il öncə teatrşünas Aydın Talıbzadə haqqımda, tamaşalarım barəsindəUstad Aynakitabını yazdı. Düzü, mənim üçün bu kitab xüsusi bir hadisə oldu. Aydının peşəkar sənətşünas yanaşması, tamaşalarımda hətta özümün belə fikir vermədiyim məsələləri görüb yazması sadəcə yaxşı mənada sarsıtmışdı məni. O zaman gündəliklərimi Aydına vermişdim o uyğun bildiyi fikirləri kitabda istifadə etmişdi. Uzun illərdi gündəlik yazıram. İstərdim son illərin hadisələri, əsasən bədii filmlərim haqdaUstad Aynakimi ciddi bir kitab hazırlansın. Amma təəssüf ki, gündəlikləri arıtlamağa hələ zamanım yoxdu”.

 

Doğrusu, Aydın Talıbzadənin həmin kitabı məndə çox dərin təəssürat oyatmışdı. Əsas da şəxsiyyətlə, sənətkarın vəhdətdə təhlili çox maraqlıydı. Müəllif tamaşalarda gördüyü üstünlüklərin kökünü gündəliklərdə axtarır, tapır, problemləri söz-söz, cümlə-cümlə araşdırır. qədər qəribə səslənsə , mənə ən çox Ramiz müəllimin məhz valideynləri barədə parçalar təsir etmişdi. Bunu deməyə, bunlar haqda bəzi maraqlandıran məsələləri soruşmağa hazırlaşıram ki birdən həmsöhbətim elə bil donur yerində. Başımı qaldırıb baxıram, divarda anası Ətayə xanımın şəkli asılıb. Bir az kənara çəkilib sakitcə müşahidə edirəm Ətayə xanımın oğlunu... Deyəsən, azca qəhərlənir ... Amma tez özünü ələ alıb anasıyla bağlı bir uşaqlıq xatirəsini danışır: “Yadımdadı lap balaca idim, anamın məşqlərinə o qədər baxmışdım ki, tamaşanı əzbərləmişdim az qala. Premyerada birinci sırada oturtmuşdular məni... Mən tamaşa boyu elə hey danışır, camaata pyesin davamında nələr olacaq, bu haqda anonslar verirdim. Hətta yerimdən aktyorlara bəzidüzəlişlər edirdim. Təsəvvür edin tamaşa qaldı bir kənara, bütün zal balaca uşağınoyunlarınabaxıb gülürdü. Çox keçmədi ki, zalı tərk eləməli oldum...” Ramiz müəllim bunları danışdıqca gülürük, amma birdən düşünürəm ki, deyəsən rejissorumuzun ilk sənət addımları elə o zamandan başlanıb. Amma məgər hər sənətçi ailəsində böyüyən uşaq o yolu davam etdirə bilərmi?! “Yəqin ki yox. Şübhəsiz, ailəmizdəki mühit, şərait çox təsir edib mənə. Yəqin təsadüf deyil ki, qardaşım Rauf da rejissor oldu. Genlərin filanın rolu var. Amma sənətin sənətkarın yetişməsi xüsusi, hətta kosmik hadisədi, onu izah etmək çətindi...” – deyir Ramiz müəllim.

 

... Deyəsən, rejissoru işindən xeyli ayırdım. Aktyorların darıxdığını, hətta mənə bir az da rəqib kimi baxmalarını hiss edirəm. Onlardan bəziləri Ramiz Həsənoğlu ilə əvvəllər işləyiblər, bəziləri ilk dəfədi... Hamısını birləşdirən ümumi bir cəhət var məncə, sənətinə sevgi, peşəkar rejissorla işləməkdən zövq... Mehriban Xanlarova bunu xüsusi emosionallıqla çatdırır. Ramiz müəllimdən təklif gələndə necə həyəcanlandığını, gözlərinə inanmadığını deyir. Aktyorlarla da bir az son dövrlərin tamaşalarından danışırıq.

 

...Birdən rejissorun amiranə səsini eşidirəm: “Diqqət. Başlayaq. I pərdə, V şəkil...” məşq davam edir. Mənimsə gözümün önünə hazır dekorasiya, kostyumlar gəlir. Daha doğrusu sadəcə xəyal edirəm bunları. Bir dəcəl fikir gəlir ağlıma, deyirəm bəlkə mən premyera günü gedib birinci sırada oturub camaata bərkdən-bərkdən danışım tamaşadan?! Deyim bax indi Generalın nəvəsi deyəcəkBaba, en aşağı, gedək anamı basdıraq...” General da cavab verəcəkAy nəvə yenə gəlmisən? istəyirsən məndən?”

 

... Edərəm ey, amma nolsun, daha gecdi... məndən rejissor olan deyil, Ramiz müəllimə maneçilik eləmək mümkündü. Elə ən yaxşısı sakitcə oturub tamaşaya baxmaqdı. Vaqif Səmədoğlu sözündən, Ramiz Həsənoğlu həllindən doya-doya zövq almaqdı...

 

 





20.10.2014    çap et  çap et