525.Az

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Gəncənin yeri və rolu


 

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Gəncənin yeri və rolu <b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

 

Çar Rusiyasının Cənubi Qafqazda həyata keçirdiyi inzibati islahat nəticəsində 1868-ci ildə Yelizavetpol quberniyası yaradıldı Gəncə bu quberniyanın mərkəzi oldu. Gəncə şəhərinin əlverişli mövqedə, Bakı-Tiflis karvan yollarının kəsişdiyi bir yerdə yerləşməsi ona Şərqin böyük ticarət mərkəzləri ilə ticari əlaqələri yaratmasına imkan yaratdı. Rusiya idarəçiliyi dövründə, xüsusən 1883- ildə BakıTiflis dəmir yolu çəkildikdən sonra Gəncə şəhəri yenidən öz əvvəlki əhəmiyyətini bərpa edərək iqtisadi mədəni mərkəzə çevrildi. Ümumrusiya əhəmiyyətli iri mərkəzə çevrilən Gəncə şəhərində əhali sürətlə artmağa başladı. 1897-ci ildə Gəncə şəhərində 33.6 min əhali yaşayırdı. Bu dövrdə Gəncə ticarət mərkəzi olmaqla yanaşı, həm mühüm dəmiryol daşımaları, şərab, konyak spirt istehsalı məntəqəsi idi. Şəhərdə sənaye müəssisələrinin sayı durmadan artmaqda idi. 1900- ildə Gəncədə 1425 sənaye müəssisələri fəaliyyət göstərirdi.

 

XX əsrin əvvəllərində Gəncə şəhəri Azərbaycanın ikinci ticarət-sənaye mərkəzi idi.

 

1918-ci il iyunun 16-dan sentyabrın 17-dək Gəncə şəhəri Azərbaycan Xalq Cümhuriyyətinin mərkəzi oldu. 1920-ci ilin 28 aprelində AXC Sovet Rusiyası tərəfindən işğal edilən zaman Gəncə şəhəri Azərbaycanda bolşevik rejiminə qarşı milli-müqavimət hərəkatının mühüm mərkəzinə çevrilmişdi. May ayının 25-26-da Gəncədə general Cavad bəy Şıxlınski, general Məmməd Mirzə Qacar polkovnik Cahangir bəy Kazımzadənin başçılığı altında yeni hökumətə itaətsizlik göstərən Azərbaycan Milli ordusunun üsyanı başladı. Üsyançılar şəhərdəki XI Qırmızı ordu hissələrini tərksilah edərək dəmir yol stansiyasına nəzarəti ələ aldılar. Mayın 27- XI Qırmızı ordunun erməni dəstələrinin həmlələri dəf edildi. Düşmən böyük itki verib geri çəkildi. Bunu görən bolşeviklər Gəncə üzərinə yeni hərbi qüvvələr göndərdilər. Mayın 28- M.Q.Yefremovun komandanlığı altında 18-ci süvari 20-ci atıcı diviziyaları şəhərə hücuma keçdilər. Şəhər aramsız top atəşinə tutuldu. Üsyançılar şəhəri böyük mərdliklə müdafiə edir, düşmən hücumlarını rəşadətlə dəf edirdilər. Mayın 29-da XI Qırmızı ordu hissələri Şimal Şimal-qərb istiqamətindən şəhərin ucqar məhəllələrinə girə bildilər. Döyüşə yeni qüvvələr gətirən XI Qırmızı ordu hissələri mayın 31- şəhərə daxil oldu. Küçə, tin ev uğrunda ölüm-dirim döyüşləri başlandı. Fürsətdən istifadə edən ermənilər azərbaycanlıları qırırdı. Onlar xeyli adamı Ozan məscidinə yığaraq yandırmışdılar. Ermənilər üç gün şəhəri qarət etdilər. Güclü müqavimətə baxmayaraq mayın 31- axşam çağı şəhər XI Qırmızı ordu hissələrinin nəzarətinə keçdi. Üsyanın yatırılması zamanı milli ordunun 6 generalı, o cümlədən general-mayor C.Şıxlıncki, general-mayor Məmməd Mirzə Qacar qətlə yetirildi, 76 nəfər zabit əsgər Natgin adasına aparılaraq güllələndi. Bəzi məlumatlara görə, XI Qırmızı ordu tərəfindən 8800, üsyançılar tərəfindən isə 13 min nəfər öldürülmüşdü. Bolşeviklərin 31 may qətliamı nəticəsində Gəncə şəhərində əhalinin sayı yarıba-yarı azaldı. 1923- ilin məlumatlarına görə, şəhərdə 38 min əhali yaşayıb. Gəncə üsyanının Azərbaycan xalqının istiqlal azadlıq mübarizəsi tarixində çox mühüm yeri vardır. O, Azərbaycan xalqında istiqlal ideyalarının hələ sönmədiyini, onun azadlıq uğrunda ölümə getmək əzmində olduğunu nümayiş etdirən hadisələr kimi tariximizə daxil olmuşdur. Bu müqavimət hərəkatı xalqımızın istiqlal arzusu ilə yaşayan sonrakı nəsilləri üçün örnək rolu oynadı.

 

1935-ci ildə şəhərin adı yenidən dəyişdirilərək Kirovabad qoyuldu. Yalnız 1989-cu ildə şəhərin doğma adı özünə qaytarıla bildi. 1941-1945-ci illər müharibəsində 25643 nəfər gəncəli cəbhəyə yollanıb. Gəncəli kiçik leytenant İsrafil Məmmədov Novqorod şəhəri yaxınlığında Pustınka kəndi uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif edilib. Sovet İttifaqı qəhrəmanları arasında İ.Məmmədov ilk azərbaycanlıdır. 1946 –1950-ci illərdə bütün ölkədə olduğu kimi Gəncəni repressiya, həbslər, deportasiya dalğası bürümüşdü.

 

Müstəqillik illərində Gəncə şəhəri Respublikanın Bakı Sumqayıt şəhərlərindən sonra ağır, yüngül yeyinti sənayesinin inkişaf etdiyi böyük sənaye mərkəzinə çevrilib. Gəncə Azərbaycanın əsas elm təhsil mərkəzlərindən biri olub, Bakıdan sonra elm tədrisin miqyasına görə ikinci şəhəridir.

 

Gəncədə islam dininin mövqeyi həmişə güclü olub. Əbəs yerə deyil ki, Gəncə əhali arasındaİmam Hüseyn şəhəriadlandırılıb. Gəncədə tarixin müxtəlif dövrlərində tikilən möhtəşəm məscidlər var. belə məscidlərdən biri Şah Abbas Məscididir. Bəzən Cümə Məscidi adlandırılan bu dini abidə 1606- ildə Şeyx Bahəddinin layihəsi ilə inşa edilib. Binanın tikintisində yumurta ağı ilə gil-əhəng (gəc) qatışığından qırmızı kərpicdən istifadə edilib. 1776- ildə binaya əlavə olaraq qoşa minarə tikilib. Minarələrin üstündə hicri 1271-ci il (yəni 1851-ci il) tarixi yazılıb. 1920-ci ildə bolşevik Rusiyası tərəfindən şəhərə atılan mərmilərin dağıdıcı təsirindən minarələrin birində əyilmə baş verib. Məscidin 3 yerdən daxilolma yeri, içərisində 6 metr uzunluğunda, 5 metr hündürlüyündə minbəri var. Minbər sandal ağacından düzəldilmiş, şəbəkədən pilləkənlərdən ibarətdir. Minbərin şəbəkəsi üstündə oxunuşu çətin olan yazı tarix nəzərə çarpır. Həmin şəbəkənin bir hissəsi qırılıb. Sonralar isə dağdağan ağacından düzəldilib. Şəbəkə XVII əsrin əvvəllərindən Gəncədə inkişaf etmiş sənətkarlığın gözəl nümunəsidir.

 

12 hücrəsi olan məscidin bir tərəfində hündürlüyü 4-5 metr olan güzgü mehrabı vardır. Bundan başqa məscidin gildən hazırlanmış 5 şəbəkə pəncərəsinin arxa tərəfləri rəngli şüşələrdən sənətkarlıqla düzəldilib. Məscidin 3 yerində şəbistan, yəni gecə vaxtı yeri var. Bunlar dindar qonaq qadınların oturması üçün yaradılıb.

 

Məsciddən müxtəlif məqsədlər üçün istifadə olunub. Məscid hazırda dini ibadətgahdır.

 

Gəncənin Şahsevənlər Məscidi məşhurdur. 1882-ci ildə tikilən binanın tikintisində bişmiş qırmızı kərpic, gil-əhəngdən çay daşından istifadə olunub. Yerli əhəmiyyətli tarix-memarlıq abidəsidir. Vaxtı ilə buradaXəzinəkitabxanası fəaliyyət göstərib. Hazırda məhəllə məscidi kimi fəaliyyətdədir.

 

Şərəfxanlı Məscidi isə XIX əsrdə inşa edilib. Bu gözəl memarlıq nümunəsini yaradan ustanın adını müəyyənləşdirmək mümkün olmayıb. Lakin məlumdur ki, Mirzə Şəfi Vazehin atası Kərbəlayi Sadiq bu abidəni əsaslı surətdə təmir edib. Bu faktın doğruluğuna inanmaq olar, çünki ədəbi tarixi mənbələr XVIII əsrdə Gəncə xanının baş memarı Kərbəlayi Sadiqin bu tərəflərdə görkəmli usta olduğu, sarayətrafı kəndlərdə, xırda xanlıqlarda bir sıra binalar tikib, şöhrət qazandığını xəbər verir. “Şərəfxanlının tikildiyi sahəyə o zamanTəzə kənddeyərlərmiş, həm qeyd etmək lazımdır ki, “Şərəfxanlıarxitekturasına daxili quruluşuna görə Gəncənin digər abidələrindən tamamilə fərqlənir. Nəbati ornametlərinin olmaması onu ərəb memarlığından fərqləndirir. Bu abidənin içərisi məscidlərin içərisinə oxşamır, hücrəsi yoxdur, darovsar novdansızdır. Bunlar əsas verir deyək ki, vaxtiləŞərəfxanlıdan məscid kimi istifadə olunubsa da, bu məqsəd üçün tikilməyib. Deyilənə görə, bir nəfər imkanlı şəxs özünün yeganə qızı Şərəfxanımın şərəfinə bu mədrəsəni tikdirib, buna görə bu məscidŞərəfxanlıMədrəsəsi adlanıb. Bu məsciddən çox, evə, mədrəsəyə oxşayır. “Şərəfxanlının tavanı qamışdandır. Eyvan iki sütun üstündə dayanır, pəncərələrin oturacaq tərəfindəki kərpiclər tikinə yastısına diş-diş formasında qoyulub ki, bu da divara gözəllik verir. İstifadə olunmuş kərpiclər forma həcminə görə əsas binanın hörgüsündə istifadə olunan materiallardan fərqlənir. ÜmummiyyətləŞərəfxanlıdan məscid mədrəsə kimi istifadə olunub. Hal-hazırda burada Mərkəzləşmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialı fəaliyyət göstərir.

 

1786- ildə xalq sənətkarları tərəfindən ozanlıların məhəllə məscidi kimi tikilən gözəl dini ibadətgahlardan biri Hacı Abbas Məscididir.  Bina bişmiş qırmızı kərpic gil-əhəngdən inşa olunub. 1920-ci ildə Çar Rusiyası tərəfindən Gəncə şəhəri işğal edildikdə 500 nəfərə qədər qoca, qadın uşaqlar məsciddə olduqları zaman bina yandırılıb əhali tələf olub. Hal-hazırda məsciddə Mərkəzləşmiş Kitabxana Sisteminin 15 23 saylı kitabxana filialları fəaliyyət göstərir.

 

(Ardı var)

 

Sevinc ABDULLAYEVA

 

 





20.10.2014    çap et  çap et