525.Az

Dodaqlarda danılsam da, ürəklərdə anılıram


 

Dodaqlarda danılsam da, ürəklərdə anılıram<b style="color:red"></b>

DAR KÜÇƏLƏR


Bir
İspan şəhəri... dar küçələri,

Bu dar küçələrin kəlləri dəli.

Hardasan, hardasan Salvador Dali

Gəl mənim şəklimi çək bu şəhərdə.

     

Burda da çinar var, xan çinar deyil

Kölgəsi qonağa salmayır meyl.

Bir dəli şeytan da arxadan deyir,

Yadigar xan çinar ək bu şəhərdə.

     

Memar Qaudisi əlyetməz hünər,

Dahilər yeridib bu dar küçələr.

Düşür xatirimə İçərişəhər

Sükuta batıram tək bu şəhərdə.


Gələni
-gedəni elçisi sabit,

Evlərin, yolların ölçüsü sabit,

Şəhərin gülləri, gülçüsü sabit

Elə bil bellənib lək bu şəhərdə.

     

Dənizi qıfıldı, sahili açar,

Açarlar axtarıb sirr tapıb açar.

Hürkütmə dənizi, baş alıb qaçar

Amandı, qışqırma bərk bu şəhərdə.


Qəriblik
özü bir cür həyatdı,

Sevinc gedən yerdən kədər qayıtdı.

Bu gecə bir qərib qürbətdə yatdı,

Səhər açıldı ləng bu şəhərdə.

     

Sinəsi genişdi yolları dardı,

Gül ətirli nəfəs sinə qabardır.

Buranın qışı da bizə bahardı,

Dünyanın kefini çək bu şəhərdə.

     

Qışda gələni burda yaz anır,

Biz onu anırıq, o kimi anır.

Dəniz qazanır, yer qazanır.

Hətta qonağın da ömrü uzanır

Təkcə bu şəhərdə, tək bu şəhərdə.

                          

P.S.


Daşüzlü
küçələr göz tikib göyə

Sanki şəhər yola etibar salıb

İnsanlar mehriban dolansın deyə

Yolsalan küçəni belə dar salıb.


Barselona
-Moskva

04-13.01.2014


AYDINLIQ
 

     

Sakit Dondan dəli Kürə bir addım

Qaradəniz göy Xəzərə deyir.

Dinc okean sakit durub, andım

Aralıqda ara dəniz geyir.

     

Sona yetmir sahillərin gileyi

Günahlara üsyan edir suları.

Göylərdədi dənizlərin mələyi

Küləklərlə imzalayır qərarı.

     

Tufanın da, daşqının da payı var

Göylər durub axan sudan yuxarı.

Bu qədər ki, dənizi var, çayı var

Aydınlıqdı bu dünyanın axarı.


DƏNİZ
, DALĞIC, ALPİNİST

       

Dənizlərdi səviyyəsi dünyanın

Səviyyəsi hədiyyədi dünyanın

Alpinistlər dalğınclara desin

Sahillərdi tərbiyəsi dünyanın.

       

Dalğıcları dəniz basar bağrına

Köpək balıq həyan durur yorğuna

Neyləyirsən səviyyədən aşağı

Soruşuram cavab vermir sorğuma.

       

Alpinistə daş tullayır zirvələr

Zirvələrdə qartal-quzğun gizlənər

Həsrət ilə dəniz baxır zirvəyə

Zirvələrdən nələr desən gözlənər.

       

Dalğıcları dalğa boğsa amandı

Alpinisti zirvə qovsa yamandı

Dənizlər onda ölür deyirlər

Fəqət bir doğulması gümandı.

       

Dalğıc oldum suda qaldı ismətim

Alpinisttək quşqonmazdan küsmədim

Ha can atdım dəniz ola bilmədim

Sahil imiş demə mənim qismətim.


BƏRBƏR
İLƏ ÇƏKMƏÇİ

        

Bərbər soruşdu: Çəkməçi

Sən nəçisən, mən nəçi.

Hər gün əlim başdadı

Çəkməni kim daşladı.

Çəkməçi danışmadı

Başın sirri ayaqda,

Çəkməninki daşdadı.


ÖLƏNLƏR

       

Gözüaçıq ölən

Gözləri açıq ölür.

Görsün ki, qalanları

Kim bölür, necə bölür.

       

Gözütoxlar öləndə

Gözü yumulu ölür.

Əvvəl üzdə ağlayır

Sonra ürəkdə gülür.

       

Korlar hər gün öləndə

Heç nəyi bölə bilmir.

Ona görə can alır

Can verir ölə bilmir. 

       

BƏXTƏVƏR

       

Çıxar qara eynəyini

Görək kimsən a bəxtəvər.

Göynət könül göynəyimi

Demə kim, sən a bəxtəvər.

       

Üz yuyanda üz bəxtiyar

Su içəndə su bəxtiyar

Dəniz bəxtəvər olar

Girib çimsən, a bəxtəvər.

       

Həsrəti var mələyin

Ətir saçan küləyin

Bir şairin ürəyində

Sarı simsən, a bəxtəvər.

       

Gözəlliyi kimdi güdən

Qoruyanlar bədnəzərdən

Görürəm ki, səxavətdən

Bir az kəmsən, a bəxtəvər.

       

QAR YERDƏ QALMIR

       

Göydə yer tapammır göylərin varı

Üz tutur torpağa qar yerdə qalmır.

Təkcə zirvələrdi saxlayan qarı

Hamıya zirvədə yurd-yer qalmır.

       

Qar  hara qayıtsın qayıda bilmir

Ağın üzü qara qayıtsın necə.

Hər yanı ağardır süpürürsilir

Gündüz qayıdammır gecə qayıtsın.

       

Yer tapa bilməsən yuxulara sər

Adını heç kəsdən xəbər almasın.

Yayda dərman üçün axtarsan əgər

izi, özü yerdə qalmasın.

                                

İLDIRIMİLAN

       

Buludlar üstə yatar

Şimşəkdən ocaq çatar.

Ürəyi su istəyir

Küləklə yağış apar.


Göydən
düşən ilandı

Ağzında zəhərandı.

Birdən şimşəyə döndü

Kim od vurdu ki, yandı.

        

Zəhər saxlayan dişin

Tale dilini yarır.

Yerlə göy arasında

Bir ömür yolu salır.

       

İndi dillərdə gəzir

İlanzəhər şəfası.

İlandan dost olarmı

Varmı onun vəfası.

       

ildırım ilan

Dünyanı yarı bölmür.

Zülmətdə yaşayanlar

Ulduz görməsə ölmür.

       

FOBİYA

       

Toyuq qorxur qaranlıqdan

Yarasalar işıqdan ....

Qazanlar çömçədən

Boşqablar qaşıqdan.

Qacar gözətçidən qorxurdu

Napoleon pişikdən.

Mən qorxuram pişikkimilərdən.


TƏKLƏNİRƏM

       

Düz deyirəm təklənirəm,

Öz-özümdən şəklənirəm.

Yazıram ki, yüngülləyim,

Tənələrlə yüklənirəm.

       

Üzsüz məni üzdən salır

Üzdən salır, gözdən salır

Söz batmağa qoymur fəqət

Gəlişini bizdən salır.

       

Addımbaşı yanılıram

Yanılıram, danılıram.

Dodaqlarda danılsam da,

Ürəklərdə anılıram.

       

TƏKAN

       

Təkan sənin, sükan sənin

Məkan yatmasın, neyləsin.

Vaxtsız qönçə dərir əlin

Tikan batmasın, neyləsin.

       

Ürək əməl əkməyəndə,

Dibinə nur tökməyəndə,

Tərəzi düz çəkməyəndə

Dükan satmasın, neyləsin.

       

Yol ayağın, taqət dizin,

Mənası var düşən izin.

Köməyinə ümidsizin

Zaman çatmasın, neyləsin.

       

Yalanlara güzgü tutan,

Daha bəsdi bir az utan.

Naşı olsa sükantutan,

Gəmi batmasın neyləsin.

       

Sirri dərintək qalanın,

Tək qalada tək qalanın,

Təkliyini tək qalanın

Tək an atmasın neyləsin.

       

BORC

       

istədi, aldı məndən bu dünyada

istədim, vermədi ki, yoxumdu,

Bir könül çətin ondan pay uma,

Mənə qalan çin olmayan yuxumdu.

       

Heç bilmirəm kimin kimə borcu var

Daha mənim nəyim qalıb verməli?!

Dil qədər istək dilər, borc umar,

Geri döndər görək köhnə təkəri.

       

Borc alan da, borc verən gileyli,

yaxşı ki, istəyimdən borcum az.

Borc alan da, borc verən gileyli,

Tükənməyir, sona yetmir ehtiyac.


Dünya
demir aldığımı verəcəm

Söz versəydi, gözləməyə var ki.

Etibara ümid etmə gələcəm

Dünya boşdu qaytarmağa var ki.

       

Borclu istər sağlığını borclunun

Təki dünya borclarını qaytara.

Müqəddəsdi borc ünvanı, borc unu

İnanmıram müqəddəslik qurtara.

       

SIRĞALAR ŞÖHRƏTDƏN ASILI YAŞAR


Qoruya
bilmədim əsərlərimi,

Mirvari tərimi, sərvət tərimi,

Mirzə Şəfimizin nəğmələrini

Bir alman yolçusu oğradı getdi.

       

Güldürə bilmədim arzularımı,

Öldürə bilmədim ağrılarımı,

Məhəbbət ünvanlı könül varımı

Bir hicran həsrətlə doğradı getdi.

       

Ev üçün xurcunda daşım daşındı,

Hər daş sinə daşım, ya baş daşımdı.

Tikməyə gələndə daşlar aşındı

Döndü qara quma uğradı, getdi.

       

Bəxtim əba geyib düşdü qabağa,

Məni hər yetənə verdi sadağa.

Qıymadı əl atım barlı budağa

Dedilər bu da bir darğadı, getdi.

       

Naltökən atımın nalını tökdü,

Külək qəzəblənib yəhəri sökdü.

Bu sıldırımdı, bu dik dikdi,

Qayıtdı, gördüm at yorğadı, getdi.

       

Daş daşdı, oğulsan seçməyi bacar,

Daş var ki, lal yatır, daş da var coşar.

Sırğalar şöhrətdən asılı yaşar,

Neçə ürəkləri dağladı getdi.

       

Taleyim dedi, danışdı o,

Yanına getdikcə məndən qaçdı o.

Mən elə bilirdim qızıl quşdu o,

Uçdu, gördüm qara qarğadı getdi.

       

ÜNVAN

       

Dərd dənində yedi doydu sərçələr

Dərd yeyəndə sərçələr dirçələr.

Qarışqalar gecə-gündüz car çəkir

Bu fəryadı eşidənlər külçələr.

       

Sözü tökdüm dəyirmana

Söz üyündü yana-yana

un oldu, kəpək

Nemət oldu söz duyana.

       

Dəryaların suyu yetmir günahları yumağa,

Ona görə xəcalətdən yer yığılıb yumağa.

Ha qar yağır, yağış yuyur pak edəmmir varlığı

Harda qalıb Adəm ata gəlib düşsün qabağa.

       

Bu müqəddəs yer kürəsi

Göyə verir yerkirəsi

Kim alır, kim verir

Yaxşı bilir ev yiyəsi.

       

Kimliyi yoxlara, kimlik verilir

Gözüac toxlara dimdik verilir.

Səadət nadana iki ovucla

Arifə bir çimdik, çimdik verilir.

       

Qulaqları deşib tutar sırğalar

Gecə- gündüz kəllələri yırğalar

Kim möhtacdı, kim asılı bilən yox

Unudulur deşiləndə ağrılar.

       

Tale yazısıdı səngər döyüşün

Qoruyur əsgəri deyir döyüşün

Əsgərin sinəsi səngər olanda

Qisməti talelə bölün bölüşün.

       

Ha qızıl balıq ye, diş qızıl olmaz,

Çək şişə, qoy közə, şiş qızıl olmaz.

Gərək zər suyuyla yazıla tale,

Bəxt qızıl olmasa, qızıl olmaz.

 





20.10.2014    çap et  çap et