525.Az

Həmsədr ölkələrin prezidentləri Dağlıq Qarabağa dəvət olundu


 

Həmsədr ölkələrin prezidentləri Dağlıq Qarabağa dəvət olundu<b style="color:red"></b>

Dağlıq Qarabağ separatçılarının rəhbəri Bako Saakyan ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin prezidentlərinə məktub göndərib.

“Media forum” saytının məlumatına görə, Bako Saakyan “Amerikanın səsi”nə müsahibəsində bildirib ki, Rusiya, Fransa, ABŞ prezidentləri – Vladimir Putin, Fransua Oland və Barak Obamanı Dağlıq Qarabağa dəvət edib: “Həmsədr dövlətlərin başçıları Dağlıq Qarabağa gəlmədən və xalqla ünsiyyətdə olmadan bizim taleyimizi həll edə bilməzlər. Beynəlxalq ictimaiyyətin işində əsas çatışmazlıq məhz bu məsələdir”.

1988-ci ildə Dağlıq Qarabağ bölgəsinin Azərbaycandan ayrılması hərəkatı başlayıb. 1991-ci ildən bu münaqişə qanlı müharibəyə çevrilib və bütün Dağlıq Qarabağ, eləcə də onun ətrafındakı 7 rayon işğal edilib. 1994-cü ildə atəşkəs müqaviləsi imzalanıb. 20 ildir aparılan sülh danışıqları bir qarış Azərbaycan torpağının azad edilməsinə gətirməyib.

54 yaşlı Bako Saakyan işğalçı müharibənin ən qanlı nümayəndələrindən biridir. O, 1990-cı ildən separatçıların formalaşdırdığı qanunsuz hərbi birləşmələrin komandirlərindən olub. Separatçı rejimə 2007-ci ildən rəhbərlik edir.

 





20.10.2014    çap et  çap et