525.Az

Ağcabədidə yol qəzası: 2 ölü, 2 yaralı


 

Ağcabədidə yol qəzası: 2 ölü, 2 yaralı<b style="color:red"></b>

Bu gün Ağcabədi rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Ağdam-ağcabədi yolunun 7-ci kilometrliyində 1987-ci il təvəllüdlü Muradov Sahib İnqilab oğlunun idarə etdiyi “VAZ 21015” markalı avtomobil yoldan çıxıb. Sürətlə hərəkət edən maşın əvvəlcə yol kənarındakı ağaca çırpılıb və aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlərdən 1988-ci il təvəllüdlü Məhərrəmzadə Elvin Əkbər oğlu və 1984-cü il təvəllüdlü Qasımov Arif Cümşüd oğlu hadisə yerində ölüb. Sürücü və 1985-ci il təvəllüdlü Orucov Hüseyn Nurəddin oğlu isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Məlumata görə, avtomobildə olan şəxslər Ağcabədi rayonunun Hacıbədəlli kənd sakinləridir. Qəza nəticəsində ölən A.Qasımov kənd icra nümayəndəsinin müavini imiş.

Fakt üzrə araşdırmalar davam etdirilir.

 





14.11.2012    çap et  çap et