525.Az

Jurnalistlər üçün “Səfərbərlik və müharibə dövründə KİV” mövzusunda treninq keçiriləcək


 

Jurnalistlər üçün “Səfərbərlik və müharibə dövründə KİV” mövzusunda treninq keçiriləcək<b style="color:red"></b> Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən jurnalistlər üçün “Səfərbərlik və müharibə dövründə KİV” mövzusunda treninq keçiriləcək.
 
Bu barədə APA-ya Xidmətdən məlumat verilib.
 
Noyabr ayında təşkili planlaşdırılan treninqdə jurnalistlərə medianın səfərbərlik dövründə fəaliyyəti, davranış qaydaları barədə məlumat veriləcək. Qanunvericilik izah olunacaq.
 
Treninqlərə bütün KİV-lərdən jurnalistlər cəlb olunacaqlar.
 





20.10.2014    çap et  çap et