525.Az

BDU-nun diplomları Türkiyədə tanınacaq


 

BDU-nun diplomları Türkiyədə tanınacaq<b style="color:red"></b> Bakı Dövlət Universitetinin verdiyi diplomlar Türkiyədə tanınacaq.

525.az-ın məlumatına görə, BDU rektoru Abel Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib ki, bu diplomların qarşılıqlı tanınması üzrə Ankara Universiteti ilə BDU arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən həyata keçiriləcək:

“Memoranduma əsasən BDU hüquq fakültəsinin 30 tələbəsi və Ankara Universitetinin 30 tələbəsi ikili diplom alacaqlar”.

“Bu günədək Türkiyə tələbələrinin Azərbaycanda aldıqları diplomlar Türkiyədə tanınmırdı və aparılan danışıqlar nəticəsində belə nəticəyə gəldik”, - deyə rektor bildirib.

S.QARAYEVA
 





14.11.2012    çap et  çap et