525.Az

BQXK Azərbaycan vətəndaşının Ermənistan tərəfindən saxlanılması ilə bağlı məlumatlandırılıb


 

BQXK Azərbaycan vətəndaşının Ermənistan tərəfindən saxlanılması ilə bağlı məlumatlandırılıb<b style="color:red"></b>

 “Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) mülki Azərbaycan vətəndaşının Ermənistan tərəfindən saxlanılması ilə bağlı məlumatlandırılıb”.
 
Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
 
Onun sözlərinə görə, tərəflər baş verən hadisə ilə bağlı BQXK-ya məlumat veriblər: “BQXK-nın Azərbaycan nümayəndəliyi Azərbaycanın hökumət orqanları ilə əlaqəli işləyir və saxlanılan mülki şəxslə bağlı mandatına uyğun hərəkətləri həyata keçirəcək”.
 
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Qazax rayonunun Məzəmli kənd sakini, 41 yaşlı Telman Cavanşir oğlu Əliyevin noyabrın 12-də səhər 07.45 radələrində Tavuş vilayəti istiqamətində sərhədi keçdiyini bildirib. İnsidentlə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılıb, hadisənin detalları araşdırılıb.

 





14.11.2012    çap et  çap et