525.Az

Ukrayna məsələsi BMT-də müzakirə olunacaq


 

Ukrayna məsələsi BMT-də müzakirə olunacaq<b style="color:red"></b> BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclası oktyabrın 24-nə planlaşdırılıb.
 
APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın BMT yanında  daimi nümayəndəliyinin mətbuat katibi Aleksey Zaytsev bildirib.  
 
“Ukraynadakı vəziyyətlə bağlı açıq debatlar keçiriləcək”, deyə o qeyd edib.
 
İclasın açıq olacağı bildirilir.
 
Bundan əvvəl Rusiya XİN Ukraynada keçirilmiş etiraz aksiyalarından sonra BMT və ATƏT-i Kiyevə təsir etməyə çağırıb.
 





21.10.2014    çap et  çap et