525.Az

“Ertshersoq İosif” adlı brilyant 21 milyon 500 min dollara satılıb


 

 “Ertshersoq İosif” adlı brilyant 21 milyon 500 min dollara satılıb<b style="color:red"></b>

İsveçrənin Cenevrə şəhərində çəkisi 76,2 karat olan “Ertshersoq İosif” adlı brilyant 21 milyon 500 min dollara satılıb.

Lent.az-ın “Associated Press”ə istinadən verdiyi məlumata görə, brilyantın tarixi 19-cu əsrə, Hindistan ərazisindəki Holkond sultanlığına gedib çıxır.

“Christie” hərracının İnternet saytında deyilir ki, adıgedən brilyant dünyada ən unikal rəngə və çəkiyə malik nadir daşlardandır.

Məlumata görə, brilyantın ilk sahibi avstraliyalı hersoq İosif Avqust olub. Qiymətli daş elə onun şərəfinə də adlanıb.

 





14.11.2012    çap et  çap et