525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Bakıda və Abşeron yarımadasında  oktyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, az yağış yağacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, cənub küləyi əsəcək və arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə, sabah cənub rayonlarında yağış yağacaq. Səhər və axşam ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
 





21.10.2014    çap et  çap et