525.Az

Dilqəm Ələsgərovun oğlu atasından danışdı


 

Dilqəm Ələsgərovun oğlu atasından danışdı<b style="color:red"></b>

“Atamla bağlı mənim də bildiklərim sizinki qədərdir. Qızıl Xaç Komitəsindən də yeni bir məlumat almamışıq, heç bir yenilik yoxdur”.

Bu barədə Modern.az-a erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.

O deyib ki, girovlarla görüşdən sonra Qızıl Xaç Komitsinin ailələrə verdiyi məktubları atasının yazdığına əmindir: “Çünki məktubdakı xətt onundur”.

Dilqəm Əsgərovun ailəsi Şəmkirin Çınqıllı qəsəbəsində məskunlaşıb. Onun 2 qızı, 2 oğlu, 2 nəvəsi var.

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev bu il iyunun 29-da yaxınlarının qəbirlərini ziyarət etmək üçün doğma yurdlarına - Kəlbəcərin Şapılar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüblər. Girov götürülərkən onlarla getmiş digər mülki azərbaycanlı Həsən Həsənov öldürülüb, onun meyiti danışıqlardan sonra Azərbaycana qaytarılıb və dəfn olunub.

Ermənilərin təxribatçı adlandırdığı  Şahbaz Quliyev və Dilqəm Əsgərov bir neçə maddə ilə ittiham olunurlar.

Erməni tərəfi azərbaycanlı girovların məhkəməsinin hakim Anatoli Tadevosyan sədrliyi ilə oktyabrın 27-də Xankəndi məhkəməsində baş tutacağını açıqlayıb.

 





21.10.2014    çap et  çap et