525.Az

Allahşükür Paşazadə: "Dini azadlıq sərhədi keçəndə..."


 

Allahşükür Paşazadə: "Dini azadlıq sərhədi keçəndə..."<b style="color:red"></b>

Azərbaycanda dövlət-din münasibətləri çox yaxşı inkişaf edir. Bu, beynəlxalq aləmdə də öz təsdiqini tapır.
 
Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda "Din və etiqad azadlığı: hüquqi, siyasi və ictimai aspektlər" mövzusunda beynəlxalq konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

"Hər bir millətin öz adət-ənənəsi olduğuna görə buna uyğun şəkildə hərəkət edilməlidir. Vicdan və din azadlığının da öz sərhəd və hədləri var. Bu sərhədləri keçəndə cəmiyyətdə digər insanların haqlarının pozulması baş verir. Bu səbəbdən dini cərəyanlar bu qaydalara uyğun olaraq fəaliyyət göstərməlidir. Biz başqa dinlərin əleyhinə deyilik və onlarla bizim çox gözəl münasibətlərimiz var", - QMİ sədri əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan bütün sahələrdə olduğu kimi, dini etiqad azadlığı sahəsində də inkişaf prosesini yaşayır. Ümumiyyətlə, Azərbaycan dünyaya tolerantlığın nümunəsi ola bilər.

 





14.11.2012    çap et  çap et