525.Az

Qırğızıstan Avrasiya İttifaqına qoşulmaq niyyətindədir


 

Qırğızıstan Avrasiya İttifaqına qoşulmaq niyyətindədir<b style="color:red"></b> Qırğızıstan 2015-ci ilin yanvarın 1-dən Avrasiya İttifaqına qoşulmaq niyyətini açıqlayıb.
 
APA-nın BBC-ya istinadən verdiyi məlumata görə, bununla bağlı ölkə hökuməti bəyanat yayıb.
 
Qeyd edək ki, bu ilin mayın 29-da Astanada Rusiya, Belarus və Qazaxıstan Avrasiya İqtisadi İttifaqının yaradılması haqda saziş imzalayıblar. Saziş 2015-ci ildən qüvvəyə minəcək. Bu ölkələrin ümumu bazarı 170 mln. insanı əhatə edir.

Xatırladaq ki, bir müddət öncə Minskdə Ermənistanın Avrasiya İttifaqına qoşulması haqda müqavilə imzalanıb.
 





21.10.2014    çap et  çap et