525.Az
Kanadada evdən 102 ilan tapıldı
Kanadada maraqlı hadisə yaşanıb.
Lent.az-ın məlumatına görə, bir evin dəhlizi, mətbəxi və yataq otaqlarından ümumilikdə 102 ilan tapılıb.
Saskatkevan əyalətinin paytaxtı Reginadakı evə daxil olan xilasedicilər elə dəhlizdəcə xeyli ilanla qarşılaşıblar. Təbii Həyat Mərkəzinin direktoru Meqan Laurensin fikrincə, daha çox Şimali Amerikada rast gəlinən qarter ilanları insan həyatı üçün qorxulu deyil. Bu səbəbdən bəzi insanlar həmin ilanları evlərində saxlayırlar. Ancaq Kanada sakini özü istəmədən, evi ilanların məskəninə çevrilib. Xilasedicilərin səyi nəticəsində irili-xırdalı 102 ilan tutularaq zərərsizləşdirilib.
Laurensin açıqlamasına görə, bu ilanların ən uzunu 1 metr, ən qısası isə 22 santimetr olur. Payız aylarında ortaya çıxan qarterlər məskən saldıqları evdə illərlə yaşaya bilərlər.
22.10.2014 çap et