525.Az

Elektron Təhlükəsizlik Mərkəzi yeni troyanla bağlı xəbərdarlıq edir


 

Elektron Təhlükəsizlik Mərkəzi yeni troyanla bağlı xəbərdarlıq edir<b style="color:red"></b> “MX Lab” e-poçt vasitəsi ilə yayılan “my new photo ;)” mövzulu yeni troyanı aşkar edib.
 
525.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu troyan antivirus proqramları vasitəsi ilə çox çətin aşkar edilir, saxta e-poçt mesajı vasitəsilə göndərilir.
 
RYTN yanında Elektron Təhlükəsizlik Mərkəzi istifadəçilərə onlara göndərilmiş bu məzmunlu e-poçt mesajlarını açmamağı və e-poçt mesajına əlavə edilmiş faylı kompüterə yükləməməyi tövsiyə edir.
 
Mərkəz bildirir ki, e-poçt mesajına əlavə edilmiş arxiv faylın adı photo.zip-dir, photo.exe fayl genişlənməsi ilə 57 kb həcmindədir. Troyan “HEUR/QVM03.0.Malware.Gen” və ya “Win32:Malware-gen.” zərərli proqram təminatının bir növüdür.
 
Qeyd edək ki, 53 antivirus proqramından yalnız 2-si bu troyanı aşkar edə bilib.
 





22.10.2014    çap et  çap et