525.Az

Pişiyi xilas etmək istəyən əsgər biabır oldu - Video


 

Pişiyi xilas etmək istəyən əsgər biabır oldu - <b style="color:red">Video</b>

Nijni-Novqorodda ağaca dırmaşan pişiyi xilas etməyə çalışan əsgərin hərəkətləri Rusiyada onu gülüş hədəfinə çevirib.

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, pişiyin xilas edilməsini özündə əks etdirən videonun internetdə yayılması minlərlə insanın diqqətini çəkib.
 
Videoda insanların ağacın altında toplaşdığı görünür. Pişiyin sahibi olan qadın pişiyə müraciətlə “Oğlum, yanıma gəl!” deyərək onu ağacdan düşürmək istəyir. Bu zaman bir əsgər insanlardan ip və su qabı istəyir. Əsgər pişiyin olduğu ağacın düz qarşısında yerləşən binanın dördüncü mərtəbəsinin balkonuna çıxır. İpə bağladığını su qabını fırladaraq ağaca atmaq istəyən əsgər pişiyi düşürməyə çalışsa da, cəhdləri uğursuz alınır. İpin bağlandığı su qabı binanın ikinci mərtəbəsindəki mənzilin şüşələrini sındırır.
 
Çətin vəziyyətə düşən əsgər ipi ağacın budağına keçirən əsgər bütün cəhdlərə baxmayaraq, pişiyi ağacdan aşağı sala bilmir. Binadakı sakinlərdən birinin pişiyə süd təklif etməsi tələbi isə əsgər tərəfindən rədd olunur.
 
Daha sonra əsgər insanlardan balta istəyir. Onun kəsdiyi ağacın qolları elektrik məftillərinin üstünə düşür. Xətdə qısa qapanma baş verir və pişik məftillərin üzərindən keçərək qarın üstünə düşür.
 
Videoda pişiyin sahibinin yanına gedib-getmədiyi dəqiq görünmür. 



 





22.10.2014    çap et  çap et