525.Az

Uğurlarla başlanan yol


 

Uğurlarla başlanan yol<b style="color:red"></b>

Rusiyada yaşayan həmvətənlərimiz, xüsusilə istedadlı gənclər ayrı-ayrı sahələrdə nailiyyətlər qazanmaqla, həm ölkəmizi layiqincə təmsil edirlər. Rusiyanın Saratov şəhərində yaşayan istedadlı soydaşımız Fidan Bəndəlizadə qürur duyulası gənclərimizdəndir.

Fidan Böyükağa qızı Bəndəlizadə 1996- il yanvarın 2- Azərbaycanda doğulub. Kiçik yaşlarından ailəsi ilə Rusiyanın Saratov şəhərinə köçüb 18 ildir ki, orada yaşayır. 2003-2014- illərdə Bələdiyyə ümumtəhsil təsisatı - 23 saylı ümumtəhsil məktəbində orta təhsil alıb. Müəllimləri onu hələ uşaqlıqdan intizamlı, əməksevər, qabiliyyətli, mütaliə həvəskarı məsuliyyətli şagird kimi xarakterizə edirlər. F.Bəndəlizadə sinif məktəb tədbirlərinin hazırlanmasında keçirilməsində fəal iştirak edib, şəhər poeziya festvallarında, rayon şəhər miqyaslı elmi-praktik konfranslarda fəxri yerlərə layiq görülüb. Olimpiadaların ümumrusiya konkurslarının daimi iştirakçısı olub. Humanitar nlərə xüsusi maraq göstərən F.Bəndəlizadə orta məktəbi fərqlənmə attestatı ilə bitirib, qızıl medala layiq görülüb. Uşaq vaxtlarından tarix fənninə xüsusi maraq göstərdiyindən, gələcək peşəsini buna uyğun seçib, N.Q. Çernışevski adına Saratov Dövlət Milli Tədqiqatlar Universiteti Beynəlxalq Münasibətlər Tarix İnstitutunun tarix fakültəsinə daxil olub.

Adıçəkilən
təhsil ocağı Rusiyanın 20 ən yaxşı universitetlərinin sırasındadır. F.Bəndəlizadə iştirak etdiyi elmi-praktik konfranslarda dəfələrlə uğurlara imza atıb: "Gələcəyin intellekti", "Yaradırıq. Tədqiq edirik.

Düşünürük
", "Gənclər elm", "Sivilizasiyaların dialoqu" şəhər elmi-praktik konfranslarında fəxri yerlərə layiq görülüb, "Ədəbiyyat üzrə Ümumrusiya gənclər çempionatı"nda ikinci yerin sahibi olub. Həmyerlimiz həmçinin Pravoslav mədəniyyətinin əsasları üzrə "İnsan. Cəmiyyət. Dünya" humanitar müsabiqəsinin, Asayişi Qoruma İnstitutunun təşkil etdiyi "Qadınlara qarşı zorakılığın aradan qaldırılması uğrunda mübarizə problemləri" adlı dəyirmi masanın iştirakçısı olub. SDU-nun jurnalistika fakültəsinin Filologiya İnstitutunun yaradıcılıq emalatxanasının təşkil etdiyi "Mən öz hüquqlarımı bilirəm!" regional yaradıcılıq müsabiqəsində iştirak edən nominant "Ən yaxşı videoçarx" nominasiyasında 2-ci yeri tutub. "Yaddaş qoruyucusu" adlı məktəb muzeyləri materiallarının baxış-müsabiqəsində "Videosüjet" nominasiyasının 3- olub. Soydaşımızın uğurlarından biri bu yaxınlarda Rusiya Azərbaycanlıları Gənclər təşkilatına üzv qəbul olunmasıdır.

İnanırıq ki, Fidan Bəndəlizadənin uğurları davamlı olacaq, ömür kitabına gələcəkdə daha parlaq səhifələr yazılacaq.

S.ABDULLAYEVA

 





22.10.2014    çap et  çap et