525.Az

Minsk Qrupu ömrünü başa vura bilər


 

MÜBARİZ ƏHMƏDOĞLU: "ABŞ VƏ RUSİYA ARASINDA KƏSKİN GEOSİYASİ MÜBARİZƏ GEDİR"

Minsk Qrupu ömrünü başa vura bilər<b style="color:red"></b>

ATƏT-in Minsk Qrupunun vasitəçiliyi iflas mərhələsindədir onun müqəddəratı yalnız Rusiyanın əlindədir.

Bunu
"525"ə Siyasi İnnovasiya Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu  dünən keçirdiyi mətbuat konfransında deyib. Politoloq bildirib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü nəyin kimin hesabına baş tutması hamıya, xüsusilə avropalılara yaxşı bəllidir: "Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sərkisyanı Moskvada bir gecə yubatmasının ardından, səhəri gün erməni prezident özü ölkəsinin Gömrük İttifaqı ya Avrasiya İqtisadi Birliyinə qoşulmasını xahiş etdi. Avropalılar isə Ermənistanın Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramına qoşulacağına, dair assosiativ müqaviləni imzalayacağına hazırlaşmışdı. Belə ki, adı çəkilən müqavilə tam hazırlanıb paraflanmışdı. Müqavilədən son anda imtina edən Ermənistan bununla da "Şərq tərəfdaşlığı" proqramının iflasının təməlini qoydu. Həmin iflas sonda Ukraynanın parçalanması ilə nəticələndi. Ukrayna parçalandıqdan sonra Avropa İttifaqı assosiativ müqavilənin Ukrayna ilə imzalanmış hissəsini dondurdu. Ukrayna yalnız 2016- ilin  yanvarın 1-dən sonra bu mövzuya qayıda bilər".

M.Əhmədoğlunun sözlərinə görə, Ermənistan istənilən anda Rusiyanın əmri ilə Gürcüstana hücum edə bilər: "Əgər öz mənfəətini rəsmi Moskvanın əmri ilə rədd edibsə, demək Rusiyanın istənilən əmrini yerinə yetirməyə məhkumdur. Avrasiya İqtisadi Birliyinə daxil olma barədə müqaviləni Minskdə imzalayarkən S.Sərkisyan şərəfinə and içdi ki, bu müqaviləni olduğu kimi yerinə yetirəcək. Rusiya, Qazaxıstan Belarus liderləri S.Sərkisyanın ikibaşlı oyunlarını, vədə naxələf çıxmasını bildikləri üçün ona and içdirdilər. Elə həmin gün bir az ondan əvvəl MDB sammitinin iclasında S.Sərkisyan Rusiya ilə hərbi əməkdaşlığın Ermənistan üçün vacib olduğunu bildirdi. O, indiki mərhələdə hərbi əməkdaşlığı sərhədlərin təhlükəsizliyi ilə əlaqələndirdi".

Politoloq hesab edir ki, dörd ölkə ilə əhatələnmiş Ermənistanın Türkiyə İranla sərhəddini Rusiya qoruyur: "Rusiya qoşunlarının həmin sərhədlərdə dayanması heç vaxt müzakirə mövzusu olmayıb. Rusiya Ermənistanın sərhəd təhlükəsizliyi dedikdə, bu ölkənin daha iki qonşusu -Gürcüstan Azərbaycan ilə sərhədini öz nəzarətinə almasını nəzərdə tutur. S.Sərkisyan MDB sammitindəki çıxışında ona razılığını verdi. Məsələnin çoxdan gündəlikdə olmasına baxmayaraq, proses yaxın vaxtlar da başlayacaq. Ermənistan Təhlükəsizlik Şurasının sədri A. Baqdasaryan istefa verməsəydi, şimal qonşumuzun "Russərhəd" xidməti may ayında hər şeyi həll edəcəkdi. Deməli, Ermənistanın Gürcüstan sərhəddi vasitəsilə Avropa İttifaqı ilə əlaqələri Rusiya tərəfdən koordinasiya olunacaq. Həmçinin, Ermənistan ilə Dağlıq Qarabağ arasındakı gömrük sərhəd-keçid məntəqəsinə Rusiya hərbçiləri vasitəsilə nəzarət olunacaq. Bütün bunlar göstərir ki, 2013- ilin 3 sentyabrından sonra Ermənistan Rusiyanın qarşısında daha müti sözəbaxan olub. İndi ABŞ Rusiya arasında kəskin geosiyasi mübarizə gedir. Bu mübarizə ATƏT-in Minsk Qrupunun vasitəçiliyinə sirayət edib".

Onun sözlərinə görə, ABŞ Putinin təşəbbüsü ilə keçirilmiş prezidentlərin Soçi görüşünün statusunu əhəmiyyətini aşağıladı. Belə olan təqdirdə Rusiya istənilən vaxt ABŞ-a cavab verə bilər: "Birinci variant Rusiyanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən imtina etməsidir. Bununla da, Minsk Qrupu ömrünü başa vurur. Nəticədə ABŞ-ın Rusiyaya qarşı təzyiq müstəvilərindən biri aradan qalxır. İkinci variant Ermənistanın bu qrupun vasitəçiliyindən imtina etməsidir. Ermənistan bunu könüllü etməyəcək. Belə ki, Minsk Qrupunun konsensus mexanizmi Ermənistanın əlində tənzimləməni tormozlayan ən böyük alətdir. Buna baxmayaraq, Rusiya Ermənistana qrumdan imtina etməyi əmr etsə, Ermənistan bu əmri yerinə yetirməyə məcburdur. İndiki dövrdə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması bu qurum üçün ən böyük rüsvayçılıqdır. Qəribə burasıdır ki, Minsk Qrupu özünü bu rüsvayçılıqdan xilas etmə mexanizminə malik deyil. Xilasetmə mexanizmi Rusiyanın əlindədir".

Ceyhun ABASOV

 





22.10.2014    çap et  çap et