525.Az

"QHT qanunvericiliyinə edilən dəyişikliklər milli maraqların qorunması ilə bağlıdır"


 

"QHT qanunvericiliyinə edilən dəyişikliklər milli maraqların qorunması ilə bağlıdır"<b style="color:red"></b>

"Dəfələrlə ictimai müzakirələrdə, diskussiyalarda söyləyirəm ki, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliklər şəffaflığın təmin edilməsi ölkənin milli maraqlarının qorunması ilə bağlıdır. Bundan narahat olmasınlar".
 
Bu açıqlamanı mətbuata millət vəkili Çingiz Qənizadə QHT-lərə dair Qanuna edilən dəyişikliklərə bəzi qeyri-hökumət təşkilatlarının etiraz etməsinə münasibət bildirərkən verib. Onun sözlərinə görə, QHT-nin fəaliyyəti hər zaman mətbuat üçün açıq olmalıdır. Millət vəkili eyni zamanda bildirib ki, uzun illər fəaliyyəti dövründə heç vaxt qeyri-şəffaflığa yol verməyib: "On beş  ildir ki, QHT rəhbəri olaraq fəaliyyətimi mətbuatdan gizlətmirəm daim onlarla sıx əməkdaşlıq edirəm. Təəssüf ki, bəzi həmkarlarımız bundan çəkinirlər. Hansı beynəlxalq təşkilatlar Azərbaycanda şəffaf normal fəaliyyət göstərmək istəyirsə, o zaman fəaliyyət göstərəcək. Amma əvvəlki illərdə olduğu kimi, ölkəmizdə qarışıqlıq yaratmaq məqsədi ilə bəzi QHT-lərə maliyyə dəstəyi verənlərin fəaliyyəti dayandırılacaq".

Ç. Qənizadə xarici donor təşkilatlarının ölkə daxilində fəaliyyətlərinin birdəfəlik dondurulmadığını da bildirib: "Biz xarici donorların ölkədə fəaliyyətinə tamamilə məhdudiyyət qoymamışıq. Sadəcə keçiriləcək layihələrin müvafiq İcra Hakimiyyətlərinə təqdimini müvafiq ondan Azərbaycanda layihənin reallaşmasına ehtiyacın olub-olmamağı ilə bağlı rəyin alınmasını istəyirik. Amma biz razı ola bilmərik ki, hansısa qurum hər hansı bir layihənin formal olaraq adını göstərməklə, müəyyən tapşırıqlarla QHT-lərlə əlaqə yaratsın, onlara maliyyə dəstəyi versin bu maliyyə ölkədə müəyyən xarici təşkilatların marağına xidmət edən fəaliyyətə yönəlsin. Bu baxımdan da yaxın zamanda sağlam QHT-lər beynəlxalq təşkilatlarla əməkdaşlıq qurmağa çalışacaqlar".

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov isə bildirib ki, "Qrant haqqında" "Qeyri-hökumət təşkilatları (ictimai birliklər fondlar) haqqında" qanunlara edilən əlavə dəyişikliklər ilk növbədə QHT-lərin işinin səmərəli, şəffaf qanunvericiliyə uyğun təşkilini təmin etmək məqsədilə həyata keçirilib. Onun sözlərinə görə, bəzi QHT-lər yeni çağırışlarla bağlı dəyişiklikləri qəbul etməkdə bir qədər çətinlik çəkirlər: "Burada söhbət ondan gedir ki, Azərbaycana müxtəlif fond donor təşkilatlardan milyonlarla dollar həcmində vəsait daxil olur, lakin bu layihələr ölkəmizdə qeydə alınmır. Bu səbəbdən layihələrin qeydə alınmasını sistemləşdirmək, eləcə ölkəyə daxil olan vəsaitin ümumi dövriyyəsinə nəzarət etmək üçün dövlət belə bir addım atıb. Odur ki, dəyişikliklərdə donorçuluq fəaliyyətini, eləcə xarici QHT-lərdən qrant almağı məhdudlaşdıran heç bir əməl yoxdur. Burada sadəcə xarici QHT-lərin qrantları verməzdən əvvəl ölkəmizdə qeydiyyatdan keçmələri müvafiq icra hakimiyyəti ilə saziş imzalamaqları tələb olunur". O bildirib ki, QHT-ləri əsas narahat edən məsələ ondan ibarətdir ki, onlar Bakıda yalnız elektron formada ərizə yazaraq xaricdə fəaliyyət göstərən ayrı-ayrı donorlardan qrantlar alırlar. F.Qurbanov onların qrantları alarkən müxtəlif fəaliyyətlərə sahib olduğunu diqqətə çatdırıb. Eyni zamanda onların öz əməllərini humanitar fəaliyyət kimi analiz etdiklərini vurğulayıb: "Lakin bu fəaliyyətin arxasında nələrin dayandığı maliyyənin hansı mənbələrdən cəmləşdiyindən xəbərsiz olurlar. Hətta bəzi hallarda özləri bilmədən xarici kəşfiyyat orqanlarının, eləcə arzuolunmaz fondların təsirinə düşürlər. Dövlətimiz onları əlavə təsirlərdən qorumaq üçün belə bir addım atır".

Şura rəsmisi onu da əlavə edib ki, qanuna edilən mövcud dəyişiklikləri siyasiləşdirmək bunu QHT-lərə təzyiq kimi qəbul etmək absurddur: "Digər tərəfdən belə bir sual ortaya çıxır ki, xarici donorlardan qrant alan QHT-lərin sayı qədərdir? Bu rəqəm təxminən 15-20 nəfər ola bilər. Hər kəsə məlumdur ki, xarici donorlar da həmişə məhz onları dəstəkləyir, eləcə eyni mövzular üzrə həmin QHT-lər maliyyələşir. İstərdim ki, həmin 15-20 nəfər dəyişikliklərdən narahat olmasınlar. Çünki dövlətimiz xarici donorların ölkəmizə gəlməsinin qarşısını almaq niyyətində deyil, əksinə bu məsələdə ciddi nizam-intizam qoruyub saxlamaq istəyir".

PƏRVANƏ

 





22.10.2014    çap et  çap et