525.Az

"BDU dünyanın ən yaxşı 500 universiteti siyahısına düşə bilər"


 

"BDU dünyanın ən yaxşı 500 universiteti siyahısına düşə bilər"<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin (BDU) yataqxanalarında yaşayan 1000-ə yaxın məcburi köçkün ailəsi köçürüləcək.

525.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında BDU rektoru Abel Məhərrəmov bildirib. 

Rektorun sözlərinə görə, onlar Bakının Müşviq qəsəbəsinin yaxınlığında salınan qaçqın şəhərciyinə köçürüləcək:

“Köçürülmə başa çatdıqdan sonra tələbə şəhərciyi söküləcək və onun yerində müasir tipli, Avropa standartlarına uyğun 5 min nəfərlik hündürmərtəbəli yataqxana kompleksi tikiləcək”.

Rektor qeyd edib ki, artıq yeni tikiləcək yataqxana kompleksinin eskiz layihəsi də hazırlanıb və hökumət tərəfindən bəyənilib:

"Növbəti ildən həmin yataqxanaların tikintisinə başlanılacaq. Hər il BDU-da təhsil almaq üçün dünyanın müxtəlif ölkələrindən 20 minə yaxın tələbə müraciət edir, lakin tələbə şəhərciyinin olmaması səbəbindən onların 80 faizi imtina edir. Yataqxana kompleksinin mövcudluğu ali təhsil mərkəzlərinin ümumdünya reytinq cədvəlindəki yerinə də əhəmiyyətli dərəcədə təhsil göstərir. Əgər yataqxana kompleksimiz olarsa, BDU dünyanın ən yaxşı 500 ali təhsil ocağı siyahısına düşə bilər”.

S.QARAYEVA


 

 





14.11.2012    çap et  çap et