525.Az

Pensiyaların verilməsində xüsusi bankomatlardan istifadə olunacaq


 

Pensiyaların verilməsində xüsusi bankomatlardan istifadə olunacaq<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiyaların verilməsi prosesini təkmilləşdirmək üçün xüsusi bankomatların tətbiqini nəzərdə tutub.

“APA-Economics"in məlumatına görə, bu haqda Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakıda keçirilən "Sosial müdafiə sahəsində elektron xidmətlər: kəşfiyyat və miqyasın genişləndirilməsi mövzusunda BSTA Avropa Şəbəkəsinin Texniki Seminarı çərçivəsində məlumat verib.
 
S. Müslümov deyib ki, xüsusi bankomatların poçt rabitəsi şöbələrində quraşdırılması planlaşdırılır. Onun sözlərinə görə, bu təkcə pensiyaların alınması üçün nəzərdə tutulan bankomatlar olmayacaq.
 
“Yəni vətəndaşlar pensiyalarını əvvəlki kimi bankların da təqdim etdiyi bankomatlar vasitəsilə də ala biləcəklər. Qeyd edim ki, bu gün ölkədə təxminən 1,28 mln. vətəndaş orta hesabla 300 dollar məbləğində pensiya alır. Habelə 491 min nəfər ünvanlı sosial yardım, 321 min vətəndaş müxtəlif dövlət sosial yardımları alır. Burada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi çox mühüm rol oynayır. Bu gün planet əhalisinin təxminən 4 mlrd. mobil rabitə istifadəçisidir. Azərbaycanda mobil rabitənin nüfuz səviyyəsi 110% təşkil edir. Ölkədə əhalinin 70%-dən çoxu internet xidmətləri ilə əhatə olunub. Bu, vətəndaşların sosial xidmətlərə çıxışını asanlaşdırır”,- deyə S. Müslümov qeyd edib.

 





22.10.2014    çap et  çap et