525.Az

İlham Əliyev Macarıstan prezidentinə təbrik məktubu göndərib


 

İlham Əliyev Macarıstan prezidentinə təbrik məktubu göndərib<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Macarıstan prezidenti Yanoş Aderə təbrik məktubu göndərib.
 
525.az-ın məlumatına görə, dövlət başçısı məktubunda Macarıstanın milli bayramı münasibətilə Y.Aderi təbrik edib.
 
Qeyd olunub ki, Azərbaycanla Macarıstanı möhkəm dostluq və əməkdaşlıq münasibətləri birləşdirir: “İnanıram ki, ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”.
 





22.10.2014    çap et  çap et