525.Az

Emirqanda bir köşk var...


 

Emirqanda bir köşk var...<b style="color:red"></b>

Dördüncü Murat əslində uğursuz bir hökmdar idi. Qardaşı Gənc Osman yeniçərilər tərəfindən vəhşicəsinə öldürüləndən sonra əvvəlcə əmisi Mustafa taxta çıxmış 3 ay hökmdarlıq etmiş, o da taxtdan endirilincə 1623- ildə  11 yaşında taxta çıxmışdı. Amma bütün iplər anası Kösəm Sultanın əlindəydi. Bu durum, yəni qadının dövləti idarə etməsi Osmanlı İmperatorluğunda ilk dəfə görülürdü. Bu səbəblə her yerdə üsyanlar çıxdı, ölkənin müxtəlif yerləri başqa dövlətlər tərəfindən işğal edildi. Əsgərlər, xüsusilə yeniçərilər tamamən azmış, savaşa gedir, İstanbulda rahat dururdular.

Dördüncü Murad qorxular içində böyümüşdü. Qardaşı Gənc Osmanın öz əsgərləri tərəfindən necə rəzilcə alçaldılaraq öldürüldüyünü unutmamışdı.

Güclü təhsil almışdı.Tarixçilər onun fiziki cəhətdən çox güclü olduğunu yazırlar. On səkkiz yaşına gəldiyində bütün gücü öz əlində toplamaq istədi. Bu səbəblə əsgərləri nizama salmağa çalışdı. Özbaşınalığa alışmış yeniçəriləri yoxlamağa gedərkən bir yeniçəri onun yeniyetmə olmasını ələ salıb güldü. Anında qılıncıyla yeniçərini atıyla bərabər ikiyə böldü. Bu hərəkəti gücü əsgərlər arasında qorxuya səbəb oldu. Bütün paşalar əsgərlər çox keçmədən ona baş əymək məcburiyyətində qaldılar.

Ölkədəki qarışıqlığı düzəltdi, rüşvət alanları, tütün spirtli içki yasağını dinləməyənləri dar ağacından asdırdı. Bu cəzalandırmanı birbaşa özünün etdiyini söylərlər. Gecələri qiyafət dəyişdirərək qarışıqlığa səbəb olan qəhvəxanaları, meyxanaları yoxladı. Əmrinə uymayanları anında cəzalandırdı.

Onun dönəmində Hezarfen Əhməd Çələbi, Leqari Həsən Çələbi, Bəkri Mustafa, Övliya Çələbi, Şeyxulislam Yəhya kimi ünlü elm adamları yetişdi. Hezarfen Əhməd Çələbi indi hələ İstanbulda duran Qalata Qülləsindən qanad taxaraq Üsküdara qədər uçan bir elm adamıydı.

Osmanlıların ən ünlü həcv şairi Nəfi onun dönəmində yaşadı. Hər kəsə qorxmadan həcv yazan Nəfi padşahın yasaq etməsinə rəğmən yenidən həcv yazınca Dördüncü Murad onu əfv etmədi öldürtdü.

Dördüncü Muradın qəzəbi gücü Osmanlı tarixçiləri tərəfindən bir az da şişirdilərək qələmə alınır. Məsələn, Bağdad savaşı sırasında yüzlərcə kiloluq topu qaldıraraq Fırat çayına atdığını yazarlar. Bundan başqa yabançı tarixçilər onun fövqəladə gücündən bəhs etmişdilər.

Qanuni Sultan Süleymandan sonra tərk edilən Padşahın özünün savaşa getmə adəti Dördüncü Muradla yenidən canlandı. 28 mart 1635-ci ildə Dördüncü Murad ordunun başına keçərək İrəvan Bağdad səfərlərinə çıxdı.

Ordu yeddinci ayda İrəvana vardı. İrəvan qalasının  komandiri Əmir Mirgün oğlu Yusif idi. Qalanı tam on gün Dördüncü Muradın 200 min nəfərlik ordusuna qarşı qəhrəmanca müdafiə etdi. Ətrafdan yardım ala bilməyincə on gündən sonra avqustun səkkizində qalanı Dördüncü Murada təslim etdi. Dördüncü Murad bu qəhrəman xoş söhbət qala komandirini çox sevdi. Onu yanına aldı. İstanbula dönüncə Əmir Mirgün oğlu Yusifi yanında götürdü. Önündə hər kəsin qorxudan titrədiyi Muradla Yusif ayrılmaz iki dost oldular. Padşah, Yusifə İstanbul boğazının ən gözəl yerlərindən birini hədiyyə etdi. Əmir Mirgün oğlu Yusif o şahanə mənzərəli yerdə özünə gözəl bir köşk tikdirdi. O köşkdə dəfələrcə padşahı digər vəzirləri, paşaları qonaq etdi. İstanbullular Əmir Mirgün adını Əmirqan etdilər bu gözəl səmtə o adı verdilər.

Əmir Mirgün Yusif ölüncə onun varislərinə qalan Əmirqan qoruğu (meşəlik) köşkü zamanla əl dəyişdirdi başqaları tərəfindən satın alındı.

1871 -1878 tarixləri arasında Hıdiv sülaləsindən İsmayıl Paşa tərəfindən qurulan parkın içindəki Sarı köşk Şalə üslubundadır. Bir quş evi görünümündədir.

İstanbulun hələ yaşıl qala bilən bir neçə yerindən biri olan Əmirqan 1943- ildə xalqın ziyarətinə açılıb. Təpədən Boğaza çox gözəl bir mənzərə vardır. Qoruq içində bir neçə yerdə köşklər var. Bunlardan ən önəmlisi gölün tam üstündəki Zərif Ahşab(taxta) köşkdür. Bu son dövr düzənləmələriylə tikdirənin təsiri zamanın tutqusuyla Avropa stili açıq görülməkdədir. Romantik ingilis bağça anlayışı buraya da yol tapıb.

İndi İstanbul Böyük Şəhər Bələdiyyəsi tərəfindən qorunan park halına gətirilən bu gözəl məkanı hər gün minlərcə insan ziyarət etməkdədir.

Osmanlı padşahlarının ov dincəlmək üçün getdikləri Əmirqanda bir azərbaycanlının əməyi ruhu vardır. O yerləri maraqla bilərək gəzdiyinizdə bizdən olan o izləri yaxından görə biləcəksiniz. Mən zaman İstanbula, ordan da Əmirqana getsəm orada həmin an ağlıma Dördüncü Muradın İrəvan səfəri Əmir Mirgün oğlu Yusif gəlir oradakı ağaclara, evlərə daha diqqətlə baxıram.

Unutmadan... Dördüncü Murad sadəcə 28 il yaşadı.1640- ildə anidən öldü. İçkini tütünü yasaq etməsinə rəğmən özünün çox içdiyini yazır tarixçilər. On il içində Osmanlı İmperatorluğunu yenidən dirildən keçmiş gücünə qovuşduran bu hökmdar indi hər gün minlərcə turistin ziyarət etdiyi avropalıların mavi məscid dedikləri Sultan Əhməd Camisinin yanındakı türbəsində qardaşı Gənc Osmanla yan-yana yatmaqdadır.

 





23.10.2014    çap et  çap et