525.Az

Baş Prokurorluq Bakıda baş verən uşaq ölümü ilə bağlı məlumat açıqlayıb


 

Baş Prokurorluq Bakıda baş verən uşaq ölümü ilə bağlı məlumat açıqlayıb<b style="color:red"></b>

Baş Prokurorluq Bakıda baş verən uşaq ölümü ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 22-də saat 14 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən 1 saylı Körpələr Evinin qarşısında yeni doğulmuş qız uşağının aşkarlanması, ona orada təcili tibbi yardım həkimləri tərəfindən müvafiq yardım göstərilməsinə baxmayaraq orada vəfat etməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 





23.10.2014    çap et  çap et