525.Az

Mikroavtobusun yük maşını ilə toqquşması zamanı ölənlərin adı məlum oldu - Yenilənib


 

Mikroavtobusun yük maşını ilə toqquşması zamanı ölənlərin adı məlum oldu - <b style="color:red">Yenilənib</b>

Qaradağ rayonunda baş verən avtobus qəzası ilə bağlı cinayət işi başlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən  APA-ya verilən məlumata görə, Bakı-Qazax yolunun 19-cu kilometrliyində 1973-cü il təvəllüdlü  Rafiq Kamran oğlu Səfərəliyevin idarə etdiyi mikroavtobusla, 1954-cü il təvəllüdlü Ələddin Şamil oğlu Allahverdiyevin idarə etdiyi yük avtomobili toqquşub.
 
Qəza zamanı mikroavtobusda olan sərnişinlər - 2009-cu il təvəllüdlü Ağgül Tural qızı Ərşadlı və 1997-ci il təvəllüdlü Veys Abdulla oğlu Abdullayev hadisə yerində ölüblər.
 
Baş verən qəza ilə bağlı 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarını pozma , iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
 
Qəzada xəsarət alan 14 nəfər isə KliniK Tibbi Mərkəzə (KTM) yerləşdirilib.

*** 23.10.14, 15:55

Bakıda sərnişin mikroavtobusunun yük maşını ilə toqquşması nəticəsində 2 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

Hadisə Bakı-Qazax yolunun 16-cı kilometrliyində qeydə alınıb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 90 JB 642 dövlət nömrə nişanlı, “Ford” markalı yük maşını ilə 10 LK 183 dövlət nömrə nişanlı “Ford” markalı sərnişin mikroavtobusu toqquşub. İlkin məlumata görə, qəza zamanı mikroavtobusda olan iki nəfər dünyasını dəyişib, 11 nəfər xəsarət alıb.
 
Meyitlər Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən mikroavtobusdan çıxarılıb.

*** 13:55

Bakıda avtobus qəzası baş verib.

Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, hadisə Qaradağ rayonu ərazisində, Heydər ƏIiyev adına Dərin Özüllər Zavodunun qarşısında qeydə alınıb. Sərnişin avtobusu yük maşını ilə toqquşaraq aşıb. Nəticədə xeyli sayda sərnişin xəsarət alıb.
 
Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, qəza hadisəsi nəticəsində müxtəlif xəsarətlər salan 11 nəfər təcilli tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıb.
 
Hazırda yol polisi hadisə yerində araşdırma aparır.

 





24.10.2014    çap et  çap et