525.Az

Ramil Usubov Birləşmiş Ərəb Əmirliklərinin səfirini qəbul edib


 

Ramil Usubov Birləşmiş Ərəb Əmirliklərinin səfirini qəbul edib<b style="color:red"></b> Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Salem Xəlifə Məhəmməd Əl-Gaflini qəbul edib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, qonağı salamlayan nazir BƏƏ-nin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu, beynəlxalq təşkilatlarda hər zaman Azərbaycanı dəstəklədiyini qeyd edərək iki ölkə arasındakı əlaqələrin uğurla inkişaf etdiyini bildirib.
 
2007-ci ilin sonlarında Birləşmiş Ərəb Əmirliklərinə səfərini xatırladan daxili işlər naziri Azərbaycan tərəfinin iki ölkənin müvafiq strukturları arasında əlaqələrin inkişafında hər zaman maraqlı olduğunu, bu görüşün əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyini vurğulayıb.
 
Səfir Salem Xəlifə Məhəmməd Əl-Gafli səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edib, paytaxt da daxil olmaqla Azərbaycanın bütün bölgələrində yaradılmış təhlükəsiz və əmin-amanlıq şəraitindən məmnunluq duyduğunu, bundan sonrakı fəaliyyəti dövründə də ikitərəfli əlaqələrin dərinləşməsinə öz töhfəsini verəcəyini bildirib.
 





23.10.2014    çap et  çap et