525.Az

ARDNŞ: "Neft meydançasında baş verən qəza nəticəsində dənizə düşən 3 nəfərin meyiti tapılıb" - Yenilənib


 

ARDNŞ: "Neft meydançasında baş verən qəza nəticəsində dənizə düşən 3 nəfərin meyiti tapılıb" - <b style="color:red">Yenilənib</b>

ARDNŞ neft meydançasında baş verən qəza ilə bağlı növbəti məlumat yayıb.
 
ARDNŞ-dən APA-ya verilən məlumatda bildirilir ki, N.Nərimanov adına NQÇİ-də baş vermiş qəza nəticəsində itkin düşmüş 4 nəfər işçidən üçünün cəsədi hadisə yerindən 2 kilometr aralıda ARDNŞ-nin və FHN-in dalğıcları tərəfindən dənizin dibindən tapılaraq, sahilə çıxarlıb.
 
İtkin düşmüş 1 nəfərin axtarışı isə xilasedicilər tərəfindən davam etdirilir.

Nəticə barədə əlavə məlumat veriləcək.

*** 18:00

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) bu gün neft meydançasında baş verən uçqun barədə məlumat yayıb.
 
ARDNŞ-dən Lent.az-a verilən məlumata görə, saat 12.00 radələrində “Azneft” İstehsalat Birliyi N. Nərimanov adına NQCİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən uçqun baş verib. Uçqun nəticəsində meydançada olan vaqon evcik dənizə düşüb, meydançanın üstündən keçən 700 diametrlik boru kəməri qırılıb və yanğın baş verib. Saat 12.45 radələrində yanğın söndürülüb.

Uçqun zamanı ərazidə cəmi 41 nəfər işçi olub. Hadisə baş verəndən dərhal sonra qəza xilasetmə briqadası tərəfindən görülən operativ tədbirlər nəticəsində 37 nəfər ərazidən çıxarılaraq “Orion-15” və “PSK-52” gəmiləri vasitəsi ilə sahilə gətirilib. 

İşçilərin arasında müxtəlif səviyyəli xəsarət alan şəxslərə lazımi tibbi yardım göstərilir. Hazırda dənizə düşməsi ehtimal olunan 4 nəfərin axtarışı davam etdirilir. Nəticə barədə əlavə məlumat veriləcək.

Hadisənin araşdırılması məqsədi ilə xüsusi komissiya yaradılıb.

 





23.10.2014    çap et  çap et