525.Az

Adil Mirseyidin yeni kitabı çapdan çıxıb


 

Adil Mirseyidin yeni kitabı çapdan çıxıb<b style="color:red"></b>

Mərhum şair-rəssam Adil Mirseyidin yeni kitabı işıq üzü görüb. “Ruhlar və insanlar arasında” adlanan kitab Adil Mirseyidin ölümündən sonra çap olunan ilk kitabıdır.

Bu haqda Modern.az-a şairin qızı Ayan Mirseyid məlumat verib. Adil Mirseyidin esselərindən ibarət olan kitabı Vektor Beynəlxal Elmi Mərkəzi tərəfindən çap edilib.

Qeyd edək ki, şair ötən il Mərkəzin təsis etdiyi Şahmar Əkbərzadə mükafatına da layiq görülüb. Kitabın əsas təşəbbüskarı professor-şair Elçin İsgəndərzadədir.

 





23.10.2014    çap et  çap et