525.Az

"Qarabağ" Kiyevdə tarix yazdı


 

"Qarabağ" Kiyevdə tarix yazdı<b style="color:red"></b>

Bu gün Avropa Liqasının qrup mərhələsində III turun növbəti oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, turnirdə yeganə təmsilçimiz olan "Qarabağ" klubu növbəti matçına çıxıb.

Ağdam təmsilçisi üçüncü görüşündə Ukraynada "Dnepr"in qonağı olub. İki oyundan sonra hər iki komandanın aktivində 1 xal olması matça olan marağı bir qədər də artırırdı.

Qarşılaşma komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə xalını 4-ə çatdıran “Qarabağ” turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

Qeyd edək ki, Qurban Qurbanovun komandası Kiyevdəki zəfərlə Azərbaycan futbolunda yeni tarix yazıb. Daha əvvəl - 2012/13 mövsümündə digər komandamız “Neftçi” Avroliqanın qrup mərhələsinə yüksəlsə də, qrupda qələbə qazana bilməmişdi. “Qarabağ” isə Avroliqanın qrupunda qələbə qazanan ilk Azərbaycan klubu oldu.

23 oktyabr

Avropa Liqasının qrup mərhələsi, III tur

00:05. "Dnepr" (Ukrayna) - "Qarabağ" (Azərbaycan) - 0:1
Qol: Muarem Muarem, 21 (0:1)
Hakimlər: Libor Kovarik, Kristof Menkl və Yan Patak (hamısı Çexiyadandır)
Kiyev. "Olimpiyski" stadionu.

 





24.10.2014    çap et  çap et