525.Az

Gürcüstanda azərbaycanlı tələbə-jurnalist müsabiqə qalibi oldu


 

Gürcüstanda azərbaycanlı tələbə-jurnalist müsabiqə qalibi oldu<b style="color:red"></b> Ivane Cavaxişvili adına Tiflis Dövlət Universitetinin jurnalistika fakültəsinin azərbaycanlı tələbəsi, əslən Marneulidən olan Ceyhun Narzalov İsveç səfirliyinin dəstəyi ilə Tiflisdə fəaliyyət göstərən "Media İnkişaf Fondu"nun təşkil etdiyi yaradıcılıq müsabiqəsində birinci yerə çıxıb.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tələbə-jurnalist müxtəlif milli azlıq nümayəndələri olan 30 nəfər tələbə arasında keçirilən "İctimai jurnalistikanın inkişafı" adlı müsabiqənin qalibi olub.
 
Müsabiqə qalibi Ceyhun Narzalov APA-ya açıqlamasında müsabiqənin şərtlərinə görə, tələbə-jurnalistlərə maraqlı bloqlar yazmaq və ya süjet hazırlayıb nümayiş etdirmək lazım olduğunu bildirib: "Mən süjet seçib çəkməyi qarşıma məqsəd qoydum və son aylar Gürcüstanda aktual bir mövzuya çevrilən "Erkən evlilik" və "Regionda gürcü dilinə maraq" adlı sənədli filmlər çəkdim. Münsiflər heyəti II və III yerləri erməni tələbə-jurnalist qızlara layiq gördülər. Düşünürəm ki, gələcəkdə daha əzmlə çalışacaq və uğurlarımın sayını artıracağam," tələbə-jurnalist vurğulayıb.   
 





24.10.2014    çap et  çap et