525.Az

Florian Şröder: «Azərbaycan Almaniyaya ixracını genişləndirə bilər»


 

Florian Şröder: «Azərbaycan Almaniyaya ixracını genişləndirə bilər»

Ötən il Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi 1,5 mlrd. avroya bərabər olub. «APA-ECONOMICS»in məlumatına görə, bunu Almaniya-Azərbaycan İqtisadi Birliyinin icraçı direktoru Florian Şröder bəyan edib.

İki ölkə arasında ticarət və iqtisadi əlaqələrin dinamik inkişaf etdiyini bildirən F.Şröder qeyd edib ki, həcminə görə Azərbaycan Almaniyanın 7-ci neft tədarükçüsüdür. Bundan əlavə Azərbaycandan Almaniyaya meyvə və tərəvəz və bir sıra digər mallar ixrac olunur.

F.Şröderin fikrincə, Azərbaycan Almaniyaya ixracatını daha da genişləndirə bilər. Eyni zamanda, Azərbaycan Almaniyadan avtomobil, ehtiyat hissələri, müxtəlif avadanlıqlar, təyyarələr kimi malları idxal edir. Ümumilikdə, F.Şröderin hesablamalarına görə, Azərbaycanın Almaniyadan illik idxalının dəyəri təxminən 900 mln. avroya bərabərdir.

 





27.08.2012    çap et  çap et