525.Az

"Kənd müəllimlərinin maaşı artacaq"


 

"Kənd müəllimlərinin maaşı artacaq"<b style="color:red"></b>

“Hazırda yeni işə başlayan kənd müəllimlərinin bir stavka (12 saat) dərs yükü üçün aylıq əmək haqqı 155 manat təşkil edir. Kompensasiya və stimullaşdırıcı tədbirlər də əlavə edilərsə, kənddə çalışan müəllimlərin əmək haqqı 315 manat olacaq”.

Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bildirib. O qeyd edib ki, stavka artdıqca, əmək haqqı da müvafiq olaraq artacaq.

“Kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə, həmçinin yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım da ödəniləcək”.

Nazirin sözlərinə görə, 3 illik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 il müddətinə kompensasiya və əməkhaqqına əlavə ödəniləcək.
 
“Müddətin uzadılması gənc mütəxəssislərin işlədikləri kənddə məskunlaşmasının təmin olunmasına xidmət edir. Aparılan təhlillər göstərir ki, gənc mütəxəssislərin bir hissəsi 3 illik müddət ərzində məskunlaşma imkanları yarada bilmədiklərinə görə müddət bitdikdən sonra iş yerlərini tərk edirlər”.

 





24.10.2014    çap et  çap et