525.Az

Prezidentlərin Paris görüşünün dəqiq yeri və formatı bəlli oldu


 

Prezidentlərin Paris görüşünün dəqiq yeri və formatı bəlli oldu <b style="color:red"></b>

Azərbaycan, Ermənistan və Fransa prezidentlərinin görüşü oktyabrın 27-də Yelisey sarayında baş tutacaq.

APA-nın “Frans Press” Agentliyinə istinadən yaydığı məlumata görə, sammitin məqsədi iki ay əvvəl vəziyyətin ağırlaşmasından sonra Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında dialoqu təmin etməkdir.

Məlumatda bildirilir ki, üçtərəfli görüşdən sonra prezident Fransua Olland Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla təkbətək görüşlər keçirəcək.

Sammit çərçivəsində prezidentlərin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşləri də olacaq.

Prezidentlərin şərəfinə veriləcək rəsmi şam yeməyində Qafqazın gələcəyi ilə bağlı daha dərin mövzuların müzakirəsi gözlənilir.

 





24.10.2014    çap et  çap et