525.Az

Qənirə Paşayeva:"Minlərlə ailə mənzil problemindən əziyyət çəkir"


 

 Qənirə Paşayeva:"Minlərlə ailə mənzil problemindən əziyyət çəkir"<b style="color:red"></b>

"Minlərlə ailə mənzil problemindən əziyyət çəkir, ipoteka kreditlərinin həcminin artmasına və şərtləri yumşaldılmasına böyük ehtiyac var"

Millət vəkili Qənirə Paşayeva 2013-cü il üçün dövlət büdcəsinin müzakirələrində ipoteka kreditlərinin həcminin çox az olduğunu vurğulayıb. Lent.az xəbər verir ki, millət vəkili ölkəmizin ipoteka kreditlərinin həcmini artırmaq üçün imkanları olduğunu qeyd edib: “Nə qədər gənc ailələrdə mənzil məsələsinə görə problem yaranır. Jurnalistlər orta təbəqə sayılır, ancaq onlar belə ipoteka kreditlərinin alınmasında çətinlik çəkirlər. Bu insanlar heç nə istəmir, sadəcə, dövlətdən müvəqqəti borc istəyirlər. Hökumətin bu məsələyə aydınlıq gətirməsini istəyirəm. Bu gün minlərlə ailə mənzil problemindən əziyyət çəkir, ipoteka kreditlərinin həcminin artmasına və şərtləri yumşaldılmasına böyük ehtiyac var. Nəzərə almalıyıq ki, yüzlərlə ailədə məhz mənzil problemi, ev problemi üzündən ciddi narazılıqlar, gərginliklər, problemlər yaranır. Biz bu ailələrin problemlərinə biganə qala bilmərik və onların səslərini, təkliflərini eşitməliyik. Bunun üçün ölkəmizin kifayət qədər imkanları da var".

 





14.11.2012    çap et  çap et