525.Az

QHT nümayəndələri İşçi Qrupunun tərkibində Xədicə İsmayılı görmək istəmədilər


 

ZAHİD ORUC: "XƏDİCƏ İSMAYILLARIN SIRASI, SAYI AZALDIQCA DÖVLƏTİMİZƏ QARŞI XARİCDƏN VURULAN ZƏRBƏLƏR DƏ AZALACAQ"

QHT nümayəndələri İşçi Qrupunun tərkibində Xədicə İsmayılı görmək istəmədilər<b style="color:red"></b>

Oktyabrın 22- Milli Məclisdə insan haqları pozuntuları siyasi məhbuslarla bağlı işçi qrup bərpa olunub. İşçi qrupa hüquq müdafiəçiləri, deputatlar başqa rəsmilər dəvət olunublar. Dəvətlilər arasında araşdırmaçı jurnalist Xədicə İsmayılın yer almasına baxmayaraq bir sıra QHT nümayəndələri onun iştirak etməsini qəbul etməyiblər. Çünki məqsədi kompramis yollar axtarmaq deyil, əslində közərən odu alışdırmaq olan belə insanların mötəbər tədbirlərdə iştirakını düzgün hesab etmirlər. Xədicə İsmayılı isə arzu- olunmaz şəxsə çevirən onun dövlətçilik əleyhinə fəaliyyəti, xarici qüvvələrin diqtəsi tapşırıqları ilə ictimai fikrə ziyan vurmaq niyyətləri durduğu bildirilir.

Qeyd edək ki, işçi qrup Avropa Şurasının baş katibi Thorbjorn Jaglandin təklifi ilə fəaliyyətini bərpa edir. Hökumət vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət bu qrup 2003- ildə təsis edilib 2008-ci ilə qədər fəaliyyət göstərib.

Millət vəkili Zahid Oruc "525"ə açıqlamasında bildirib ki, işçi qrupun reaksiyası sübut etdi ki, hər hansı bir şəxsin müxtəlif şəkildə Azərbaycanda QHT sektoru dövlət təmsilçiləri ilə birgə işdə əsas məramı ondan ibarət olmayacaq ki, müxtəlif şəxslər üzərində anlaşma yolları axtarılarkən bu insan öz niyyətini, başqa mənafelərini orada həyata keçirməyə çalışsın: "Ona görə ki, Xədicə İsmayılovanın hansı statusda fəaliyyət apardığı məlum deyil. O özünü gah emissar, ikinci planda kəşfiyyat cəsusu, üçüncü halda jurnalist, dördüncüdə QHT təmsilçisi, beşincidə hakimiyyət uğrunda mübarizədə kiçik bir fiqur kimi apara bilir. Belə bir dəyişkən naturaya malik ola bilən şəxsi gətirib mühim bir təşkilatda yer vermək ümumiyyətlə məhbusluq üzrə qurulan struktura qatmaq çox yanlış addım olardı. Düşünürəm ki, o həmin iclasın normal keçirilməsinə mane olacaqdı. Çünki məramı düzgün deyil. Niyyəti kompramislərin tapılması, hüquq müdafiə qurumları ilə dövlətin anlaşmaya gəlib çıxması deyil, əksinə olaraq beynəlxalq dairələrə qarşı təkcə dövlətin təmsil olunduğu qurumlar vasitəsilə deyil, eyni zamanda xarici təşkilatların dili ilə cavab verməklə hər zaman zərbə vurmağa çalışmaqdır. Təsadüfi deyil ki, onun ilk açıqlamaları da ondan ibarət oldu ki, guya müxtəlif sövdələşmələr orada baş verəcəkdir, hər hansı bir dövlətin ssenarisinə qoşulan adamları o bəri başdan tanımayacaqdır s. fikirlərlə ilk addımda da o özünü səmimi maraqlardan təqdim edə bilmədi. Çox mənfur xislət nümayiş etdirdi. Lakin ən önəmli məsələ zənn edirəm ki, həmin işçi qrupun fəaliyyətini daha güclü əsaslarla formalaşdırmaqdır". Bu qrupun fəaliyyət göstərməsində əsas məqsədin Azərbaycanın bütün hüquq azadlıqların təminatı baxımdan keçdiyi yolu beynəlxalq aləmə doğru, düzgün təqdim etmək olduğunu bildirən millət vəkili hesab edir ki, Azərbaycana zərbə vuran, insan hüquqları amilindən öz mənafeləri üçün faydalanan, geopolitikada bunu təzyiq silahına çevirən dairələrin əlindən bu alətləri almaq lazımdır. O, bildirib ki, bu baxımdan hüquq müdafiə təşkilatlarının çox önəmli rolu ola bilər: "Əgər həmin qurumlar dövlət orqanları ilə yaxın əlaqədə olarsa, hər hansı bir kənar dairələr onları öz oyunlarına alət edə bilməyəcəklər. Xədicə İsmayılların sırası, sayı azaldıqca dövlətimizə qarşı xaricdən vurulan zərbələr azalacaq. İddia etmirəm ki, sıfıra enəcək. Əgər bircə məhbus kimlərinsə baxışı ilə dəyərləndirmədə olacaqsa, kimsə onların siyasi məhbus olduğunu qeyd edəcəksə, qara siyahılarla işləməyə öyrənmiş nekroloq komissiyalara çevrilmiş HRW, Freedom House başqa qurumlar Azərbaycan əleyhinə bəyanatlar səsləndirəcəklər".

Z.Oruc bildirib ki, son əfv fərmanının imzalanması nəticəsində 84 insan azadlığa dönüş imkanı qazanıb: "Dövlət humanizmini göstərdi. Cənab prezident mənəvi addımlarla insanların islah ola biləcəyini növbəti dəfə insanlara mesaj etdi. Heç bir  xarici təşkilat bu addımı yaxşı nümunə kimi dilə gətirmədi. Əslində isə bu insan haqlarına verilən böyük önəmdir, hörmətdir, ehtiramdır. Xarici qurumlarla əməkdaşlıq üçün mühüm bir addımdır. Lakin onlar Azərbaycanın atdığı addımları öz biçimində müsbət qiymətləndirmək gücünü ortaya qoymurlar. Azərbaycanı qatı diktotura, avtoritar rejim, heç bir insanların azad danışmaq imkanı olmadığı, alternativ fikirlərin səslənmədiyi, bütün azadlıqların boğulduğu dordüncü-beşinci inkişaf mərhələsində olan geri qalmış ölkələr kimi qiymətləndirmək hansı düzgünlüyə sığır? Bu baxımdan hesab edirəm ki, işçi qrupunun bərpa edilməsi, avropalı rəsmilərlə danışıqların aparıldığı dövrdə konkret bir yol xəritəsini tərtib etmək, Azərbaycan əleyhinə, insan hüquqları sektorunda oynayan daha artıq dərəcədə qara niyyətlərlə fəaliyyət göstərənlərin meydanını daraltmaq, Xədicə İsmayılların müstəvisini balacalaşdırmaq Azərbaycanın QHT sektorunu dövlətin müttəfiqlərinə çevrimək üçündür".

Millət vəkili Musa Quliyev isə qeyd edib ki, Xədicə İsmayılla yanaşı, 2-3 nəfər var ki, onlar konkret olaraq Azərbaycan xalqına düşməndilər, bu düşmənçiliyin böyüməsi üçün müxtəlif üsullara əl atmaqdan belə çəkinmirlər: "Təbii ki, həmin iyrənc üsulların heç biri insanlığa yaraşan hərəkət deyil. Xədicə İsmayıl kimiləri qeyrət, namus, ar, mədəniyyət bilmir. Bu hərəkətlərinin arxasında ilk növbədə pul dayanır. Belə ki, Azərbaycana düşmən olan qüvvələr onları öz əllərində saxlayaraq vaxtaşırı pul verirlər. Digər tərəfdən onların genetik kökünü axtaranda görərik ki, kökləri Azərbaycana düşmən olan millətlərə gedib çıxır. Bu səbəbdən burada izah ediləcək ayrı məntiq yoxdur. Çünki şüurlu düşünən insan heç vaxt öz millətinə qarşı düşmənçilik mövqeyindən çıxış edə bilməz".

M.Quliyev onu da qeyd edib ki, hətta Azərbaycanın açıq düşməni olan ermənilər belə onlar kimi etmir: "Bir sözlə, onların hərəkətlərinin arxasında iki faktor dayanır. İlk növbədə onlar bizə düşmən mövqedən yanaşan dairələrin əlində alətdirlər. Buna görə həmin dairələrin vəsaiti hesabına xidmət göstərirlər. Ya da görünür onların genetik kökləri xarabdır. Bütün bu kimi hərəkətlərin hamısı Dağlıq Qarabağ probleminin həll edilməsinə mane olmaq, eləcə Azərbaycanın regionda artan nüfuzunu kölgə salmaq cəhdlərinin bariz nümunəsidir".

Ceyhun ABASOV

 





24.10.2014    çap et  çap et