525.Az

Ermənistan müxalifəti: "Mühacirət ölkənin əsas problemidir"


 

Ermənistan müxalifəti: "Mühacirət ölkənin əsas problemidir"<b style="color:red"></b> "Mühacirət Ermənistan üçün əsas problemdir və bunun günahkarı hazırkı hakimiyyətdədir".

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistan parlamentində təmsil olunan “Erməni Milli Konqresi” fraksiyasının katibi, millət vəkili Aram Manukyan deyib. O, statistik nəticələrə toxunaraq hər il 110–120 min arası vətəndaşın Ermənistanı tərk etdiyini  və  təxminən onların 60 000 nəfərinin bir daha Ermənistana qayıtmadığını deyib. Deputat Ermənistanı tərk edənlərin daha sonra öz yaxınlarını ölkədən çıxardığını əlavə edib:

“Bu, bizim ölkəmiz üçün çox ciddi problemdir və bu problem yalnız hakimiyyət dəyişikliyi nəticəsində həll oluna bilər”.
 





24.10.2014    çap et  çap et