525.Az

Fransada hicabın qadağan edilməsinə aydınlıq gətirilib


 

Fransada hicabın qadağan edilməsinə aydınlıq gətirilib<b style="color:red"></b> Bakıda keçirilən “İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfransında çıxış edən Fransa Dövlət Şurasının kollegiya sədri İv Robino ölkəsində hicaba qadağa qoyulmasının səbəbindən danışıb.
 

APA-nın məlumatına görə, Fransa Dövlət Şurasının kollegiya sədri deyib ki, ictimai yerlərdə hicab taxılıb-taxılmaması məsələsi daha çox cəmiyyətin seçimidir:

“Fundamental insan hüquqları baxımından üzü bağlı şəkildə cəmiyyətdə yaşamaq cəmiyyətdə populyar da ola bilər. Ancaq ictimai yerlərdə hicab taxılıb-taxılmaması hansısa fərdin deyil, daha çox cəmiyyətin seçimidir. Fransada ictimai yerlərdə hicabla bağlı qərar qəbul edilməsi çox vacib idi. Fransa cəmiyyətində də bu qərar müəyyən dağınıqlığa gətirib çıxarmışdı.

Bu mənada vəziyyəti həm mədəniyyət, həm milli-mənəvi dəyərlər baxımdan başa düşmək çox vacibdir”.
 





24.10.2014    çap et  çap et