525.Az

Tarixdə yaşamaq haqqı


 

Tarixdə yaşamaq haqqı <b style="color:red"></b> filologiya elmləri doktoru, professor

 

 

Görkəmli şərqşünas-alim, müəllim Vasim Məmmədəliyevi yaxından tanıyanların təəssüratları belə bir fikri xülasə etməyə əsas verir ki, “o bir sirri-xudadır”. Nədir bunun səbəbi? Nədən Vasim müəllimin kimliyində özünü göstərən şəxsiyyət həqiqətləri bu nəticəyə gəlməyə imkan verir? Zənnimcə hamımızın ehtiram göstərdiyi akademik Vasim Məmmədəliyevin sadəliyi, ünsiyyətcilliyi, insana diqqəti, qayğıkeşliyi ilk yada düşsə , bunu tamamlayan alimin həm heç birimizə bənzəməyən cəhətidir, onun müstəsnalığıdır. Hər birimizi görərkən şirin Bakı ləhcəsi ilə salamlayan, böyük qardaş sevgisi ilə rəğbətini gizlətməyən Vasim Məmmədəliyev ciddi alim, teoloq, ictimai xadim olmaqla yanaşı, bir tanrının ona verdiyi müstəsnalıq taleyini yaşayır. Bunu onun həyat tərzi işi, əməlləri təsdiqləməkdədir. “Qurankimi islam aləminin möhtəşəm abidəsini dilimizə tərcümə etmək, Azərbaycanda ərəb dilçiliyi məktəbini formalaşdırmaq, İlahiyyat fakültəsini yaratmaq yeni ilahiyyatçılar nəslinin yetişdirilməsində elmi-nəzəri əsərləri, təcrübəsi təşkilati bacarığı ilə bilavasitə iştirak etmək onun tərcümeyi-halında müstəsnalıq deyil , nədir? Bu oxşar həqiqətlər başqalarının taleyinə yazılmayıb. Vasim müəllimin ictimai taleyində o da var ki, müqəddəs səmavi kitablarda deyildiyi kimi tanrının buyurduğumissiya yerinə yetirsin. Yəni, Allah kəlamını xalqa söyləsin, onun izahını versin, şərh etsin, özü həmin qeybdən gələn səsin intonasiyası ilə nəfəs alsın, tanrı SÖZ-ünün prinsipləri ilə yaşasın, çevrəsindəkiləri DOĞRU YOL-a səsləsin. Bu hər dəfə gördüyümüzdə uzun illərin doğması kimi salamlaşdığımız, sadə, sakit, rəvan nitqi ilə, eyni zamanda müdrik, məntiqli yumoru ilə feyziyab olduğumuz Vasim müəllimin müstəsnalığı deyil , nədir? Axı, bu hər kəsə, hamıya verilməyib?..

 

Tanrımissiyasından danışmaq öylə yaşamaq, başqalarını da bu yola dəvət etməklə yanaşı Vasim Məmmədəliyevin bir xüsusi cəhəti, hamımızın heyran olduğu, təqdir etdiyi bir müstəsnalığı da onun fenomenal yaddaş sahibi olmasıdır. Bu sadəcə bəzilərinin əzbər gücünə çoxsaylı bədii parçaları, klassik şeir nümunələrini yadda saxlaya bilməsi ilə müqayisəyə gəlməyən həqiqətdir. Vasim müəllimin təhkiyəsindəki aydınlıq məntiq məqamları, onun klassik müasir əsərlər arasında irs-vairlik əlaqələrini qorunması, ərəb-farsdilli ədəbiyyat tariximizi mükəmməl bilməsi, ona aşinalığı həmin fenomenallığı təsdiqləyən keyfiyyətlərdir.

 

Çoxprofilli fəaliyyəti ilə diqqət mərkəzində olan Vasim Məmmədəliyev yalnız Azərbaycanda deyil, müasir müsəlman aləmində modernist islam filosofu kimi yüksək qiymətləndirilir. Ərəb ölkələrinin ümumislam dünyasının ictimai-mədəni tərəqqisinə dərindən bələd olan, tarix təcrübəsinə istinad etməyi özünəqədərki islamşünasların üsullarından bəhrələnməyi vacib bilən Vasim müəllim əsərləri nitqlərində XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda vüsət alan yeni islam maarifçiliyi həmin miqyasda həyata keçirilən islahatlar- reformizm hərəkatına böyük əhəmiyyət verir. Bu dövrdə M.F.Axundov, Şeyx Əhməd Səlyani Həsən bəy Zərdabi ilə başlayan, “Elmi-Əbdanə elmi-ədyanə bir nəzərmövzusunda mübahisə müzakirələrə səbəb olan, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, M.Hadi, Axund Əbuturab, Axund Molla Ruhulla, Mirməhəmməd Kərim ağa, Axund Yusif Talıbzadə, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ö.F.Nemanzadə, H.Vəzirov başqa bu kimi şəxsiyyətlərin fəaliyyəti ilə davam etdirilən modernizmi yeni müstəqillik illərində Vasim müəllim başda olmaqla onun həmkarları tələbələri əsaslı şəkildə müdafiə etdilər. Bu istiqamətdə aparılan aktiv fəaliyyətin nəticəsidir ki, elmi dini dəyərləri qarşı-qarşıya qoyan, birinin digərindən üstünlüyünüsübuta çalışanlardan fərqli olaraq yeni dövrün modernistləri xürafat, fanatizm mühafizəkarlıq əleyhinə çıxdı, tərəflərin sintezinə əsaslanmaqla dini dəyərləri gerçək həyat hadisələri ilə uzlaşdırmağa, ateizm təbliğatının qərəzli qalıqlarını aradan qaldırmağa nail ola bildilər. Həmin sosial-mədəni hərəkatın elmi-nəzəri axtarışların lideri kimi tanınan Vasim Məmmədəliyev, eyni zamanda islamşünas filosof kimi məşhurlaşdı, xalqın sevdiyi, ehtiram göstərdiyi, sözünə etibar bəslədiyi şəxsiyyət zirvəsinə yüksəldi.

 

İstər klassik, istərsə müasir Şərq müdriklərindən danışsın, fərqi yoxdur, onların hər birinin gerçək yaşam üçün faydasını açıqlayan Vasim Məmmədəliyev səmavi kitablara da, ərəb, fars Avropa dahilərinə , özəlliklə Azərbaycanın tarixi müasir şəxsiyyətlərinə eyni prinsiplərlə yanaşır, onların əsərlərinin bədii-estetik məziyyətləri ilə yanaşı ictimai dəyərlərinə, cəmiyyət quruculuğu işindəki əhəmiyyətinə mühüm yer verir. Çünki özü daha çox inanır ki,

 

Ayinəsi işdir kişinin, lafə baxılmaz,

 

Şəxsin görünür rütbeyi-əqli əməlində.

 

Onun nitqini Azərbaycan divan ədəbiyyatı, poeziyası haqqında fikirlərini dinləyəndən sonra yaddaşa yazılan misralar insanı bir daha tərk etmir elə hesab edirsən ki, haçansa bu misraları bəlkə özün yazmısan. Bu baxımdan yəqin ki, çoxları Vasim müəllimin tələbələrinə həsəd aparır, onun mühazələrini dinləmədiyinə təəssüf hissi keçirir.

 

Bir vaxtlar mən Azərbaycan televiziyasındaQaynaqlaradlı silsilə verilişlərin ssenari müəllifi aparıcısı kimi çalışır, Azərbaycan tarixinə dair fakt, sənəd, hadisə, şəxsiyyət problemlərin işıqlandırılmasına geniş yer ayırır, paralel olaraq eyni televiziya kanalında hər həftə efirdə çıxış edən Vasim Məmmədəliyevin fikir mülahizələrindən bəhrələnir, ona daxili minnətdarlıq duyğularımı  özünə hər görüşdə ifadə edirdim. Çox şükürlər olsun ki, indi özünün müdriklik çağını yaşayan Vasim müəllim haqqında düşüncələrimi yazılı şəkildə həm özünə, həm onun qədrini bilən dostlarına, tələbə, tamaşaçı, oxucu dinləyicilərinə çatdırıram.

 

Vasim müəllim xeyli vaxtdır ki, haqqın dərgahına sığınıb onun auditoriyası yalnız ali məktəb, Bakı Dövlət Universitetinin tədris otaqları deyil, televiziyanın, elektron medianın əhatə edə bildiyi coğrafiyadır. Nitqində, fikrində böyük Azərbaycan həqiqətlərini, onun çağdaş qayğılarını yaşadan Vasim müəllimin SÖZ-ünün nüfuz dairəsi həmin coğrafiya miqyasındadır ona tarixdə yaşamaq haqqını verib. Bu bir tək mənim deyil, akademik Vasim Məmmədəliyevi tanıyan dinləyənlərin birmənalı söylədiyi fikirdir.

 

 





14.11.2012    çap et  çap et