525.Az

"Qarabağ" qayıtdı


 

"Qarabağ" qayıtdı<b style="color:red"></b>

Avropa Liqasının qrup mərhələsinin III turunda səfərdə "Dnepr"ə 1:0 hesabı ilə qalib gələn "Qarabağ" klubu artıq Bakıdadır.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi axşam yenidən yığışacaq.

Azərbaycan Premyer Liqasının 9-cu turunda "Xəzər Lənkəran"la qarşılaşacaq "Qarabağ" dərhal bu oyunun hazırlıqlarına başlayacaq. Komanda sabah keçirəcəyi bir məşqin ardından ölkə çempionatında növbəti oyununa çıxacaq.

Qeyd edək ki, bazar günü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Xəzər Lənkəran" matçının start fiti saat 18:00-da veriləcək.

 





24.10.2014    çap et  çap et