525.Az

Azərbaycanda ilk dəfə “İdman, İdman ləvazimatı və geyimi” sərgisi keçiriləcək


 

Azərbaycanda ilk dəfə  “İdman, İdman ləvazimatı və geyimi” sərgisi keçiriləcək<b style="color:red"></b>

Azərbaycanda ilk dəfə “Bakı Ekspo” mərkəzində yeni sərgi layihəsi - “SportExpo-2012” beynəlxalq “İdman, İdman ləvazimatı və geyimi” sərgisi öz işinə başlayacaq.

Sərgi noyabrın 28-də start götürəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, “SportExpo-2012” sərgisi Azərbaycanda idmanın inkişafına artan diqqətin və idman infrastrukturuna irihəcmli investisiyaların yatırılması fonunda keçirilir.

Debüt sərgi idman sahəsində fəaliyyət göstərən 50-dən çox özəl və dövlət sektorunun nümayəndələrini, o cümlədən Azərbaycanın idman federasiyaları və klublarını, idman malları və xidmətlərinin yerli və xarici istehsalçılarını, eləcə də ictimai təşkilatları bir araya gətirəcək.

“SportExpo-2012” sərgisində idman obyektlərinin təchizatı sahəsində idman qurğuları və ləvazimatlarının, trenajorlar və qida məhsullarının istehsalçıları və təchizatçıları ilə kompleks tanışlıq üçün şərait yaradılacaq. Sərgidə Azərbaycanda inkişaf etmiş bütün idman növləri, o cümlədən boks, gimnastika, stolüstü tennis, üzgüçülük, yelkən idman, futbol, taekvondo, stend atıcılığı, eləcə də tennis, qolf, alpinizm və digər idman növləri təqdim ediləcək.

 

 





14.11.2012    çap et  çap et