525.Az

Şəkidə "Şəhər günü"


 

Şəkidə "Şəhər günü"<b style="color:red"></b>

Şəkidə “Şəhər günü”nə həsr olunmuş bayram tədbiri keçirilib. Dünya memarlığına bir sıra incilər bəxş edən Şəki 2702 yaşını qeyd edir. Respublikanın tanınmış elm və incəsənət xadimlərinin, ziyalıların, Şəki ilə qardaşlaşmış Gürcüstanın Telavi şəhərindən gəlmiş nümayəndə heyətinin də qatıldığı bayram tədbirində musiqi və rəqs kollektivləri maraqlı proqramlarla çıxış edib.

APA TV-nin xəbərinə görə, Telavi şəhər xalq məclisinin sədri Arçil Txlaşidze jurnalistlərə açıqlamasında Şəki və Telavi şəhərləri arasında qardaşlıq münasibətlərinin 2012-ci ilin iyulunda başlandığını bildirib: "Şizin çox gözəl şəhəriniz var, məni heyran etdi. Burada bizi çox mehriban qarşıladılar".
 
Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov gələn ay ölkəmizdə ilk dəfə Şəkidə tanınmış rejissor Rasim Ocaqovun xatirəsinə ənənəvi film festivalının da təşkil olunacağını diqqətə çatdırıb: "2012-ci ildə Şəkinin 2700 illiyini qeyd etdik, ənənəyə çevrildi. Hər il payız aylarında şəhər gününü keçiririk".
 
Şəhər gənclər və idman idarəsinin təşkilatçılığı ilə mərkəzi kitabxanada keçirilən “dəyirmi masa”da gənclər yaşadıqları şəhərin tarixi, mədəniyyəti, adət-ənənələri barədə məlumatlar əldə edib, diskussiya təşkil olunub, onlayn bağlantılar yaradılıb.

 





25.10.2014    çap et  çap et