525.Az

“Azərbaycanda siyasi məhbus olmadığından, bu anlayış haqda danışmaq mümkün deyil”


 

“Azərbaycanda siyasi məhbus olmadığından, bu anlayış haqda danışmaq mümkün deyil”<b style="color:red"></b>

Azərbaycanda siyasi məhbus olmadığından, belə bir anlayış haqda danışmaq mümkün deyil. Sadəcə ayrı-ayrı cinayətlər törətmiş şəxslər barəsində məhkəmə hökmləri var”.

Belə bir açıqlama ilə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev çıxış edib.  Onun sözlərinə görə, bir  il bundan əvvəl AŞPA-da iştirak edən məruzəçilərdən biri ölkəmizdə siyasi məhbusun olması ilə bağlı iddia səsləndirmişdi, lakin iddia özünü doğrultmadı: “Yəni məruzəçinin Azərbaycana qarşı qərəzli mövqe göstərdiyi əsas gətirilərək, AŞPA iddianı səs çoxluğu ilə qəbul etmədi. Elə o zaman da Ann Brösser qurumun sədri idi. Digər tərəfdən Azərbaycan prezidenti İlham Əliyev vaxtaşırı humanistliyini göstərərək, öz səhvlərini başa düşmüş məhbuslar barəsində onların müraciətlərinə əsasən əfv fərmanı imzalayır. Məhz bundan sonra Avropada Azərbaycandakı insan haqları barədə qərəzli mövqedən çıxış edənlər dövlət başçısının humanist addımına öz müsbət mövqelərini nümayiş etdirdilər. Bir sözlə, əfv sərəncamı qərəzli mövqedən çıxış edənlərə cavab oldu”. 

Millət vəkili Adil Əliyev isə hesab edir ki, oktyabrın 17- ölkə başçısının məhkum edilmiş şəxslərin əfv olunması haqqında imzaladığı sərəncam nəinki ölkəmizdə, hətta onun hüdudlarından kənarda da yüksək qiymətləndirilir. Millət vəkili qeyd edib ki, prezidentin bütün ictimai-siyasi məsələlərə ədalətli yanaşması hər kəs tərəfindən humanizm prinsiplərinə sədaqət nümunəsi kimi dəyərləndirilir: “Prezidentin imzaladığı sayca 57-ci olan əfv sərəncamının da bu prinsipə əsaslandığını söyləyə bilərik. Məhbusların azad edilməsi onların normal həyata inteqrasiyasına imkan yaradır ki, bu da özlüyündə bir çox məqamları əks etdirir. İstər millət vəkilləri, istərsə ictimaiyyət nümayəndələri dəfələrlə beynəlxalq təşkilatların nəzərinə çatdırıb ki, Azərbaycan müstəqil, hüquqi demokratik dövlət olaraq bütün vətəndaşlarına eyni prizmadan yanaşır. Belə olmasaydı, o zaman radikal müxalifətin təsiri altında ölkədə iğtişaşlar törətməyə cəhd edən, demokratiyanın olmadığını bağıran gənclər məhkumluqdan azad edilməzdi. Kimsə dövlətimizə bu ya digər formada təsir edə bilməz. Hökumətimizin qarşısında yalnız bir vəzifə dayanır, o da dövlət maraqlarından çıxış edərək, vətəndaşının, xalqının rifahının yüksəldilməsi!”

A. Əliyev həmçinin onu da vurğulayıb ki, dövlətimizə qarşı qərəzli mövqedən çıxış edən bəzi beynəlxalq təşkilatlar eləcə onların nümayəndələri gec olsa dərk etdilər ki, digər qonşu dövlətlərin başçılarından fərqli olaraq Azərbaycan prezidenti tam müstəqil siyasət yürüdür: “Belə bir məqamda vaxtilə Azərbaycan hakimiyyətinə qarşı tənqidi fikirlər söyləyən, qərəzli ittihamlar səsləndirən Avropa İttifaqının ali nümayəndəsi olan Ketrin Eşton da nəhayət bu reallığı anlayaraq, həqiqəti dərk etdi. Təbii ki, bütün bunlar həm Azərbaycanın ədalətli mövqeyinin haqq səsinin müəyyən siyasi dairələr tərəfindən qəbul edilməsidir”.

PƏRVANƏ

Jurnalistlər cəbhə bölgələrində olublar

Oktyabrın 23- Təhsil Nazirliyinin təşkilatçılığı Müdafiə Nazirliyinin dəstəyi ilə birgə təşkil etdiyi səfər çərçivəsində KİV nümayəndələri Tovuz rayonunun Hacallı kəndindəki Milli Qəhrəman Qasım Rzayev adına tam orta məktəbdə olublar. Qeyd edək ki, ikigünlük səfər çərçivəsində 30-dan çox KİV nümayəndəsi Tovuz rayonunun Hacallı, Qazax rayonunun Aslanbəyli Çaylı kənd tam orta məktəbləri ilə tanış olublar, bölgədəki hərbi hissələrin birində əsgər zabitlərlə görüşüblər. Səfərin təşkilində məqsəd ölkəmizdə informasiya təhlükəsizliyinin qorunması ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdan ibarətdir.

Jurnalistlər Tovuz rayonu Q.Rzayev adına Hacallı kənd tam orta məktəbi ilə tanış olublar. Məktəbdə 48 müəllim 24 texniki işçi çalışır hazırda 437 şagird təhsil alır. Ermənistanla sərhəddə yerləşən Q.Rzayev adına Hacallı kənd tam orta məktəbində 2012-2013- dərs ilində 445 nəfər şagird təhsil alıb, I sinifdə 36 nəfər, XI sinifdə 28 nəfər şagird oxuyub. Onlardan 4 nəfəri ali məktəbə, 3 nəfəri kollecə daxil olub. 2013-2014- dərs ilində məktəbdə ildə 455 şagird oxuyub: 54 nəfər I sinfə qəəbul olunub, 37 nəfər XI sinfi bitirib onların 9 nəfəri ali mıktəbə, 3 nəfəri kollecə daxil olub. Hazırda məktəbin XI sinfində 43 nəfər, I sinfində 37 nəfər təhsil alır. Son 5 il ərzində məktəbin məzunlarından 24 nəfər müxtəlif istiqamətli ali hərbi məktəblərə hərbi liseylərə qəbul olub. Hacalı məktəbinin direktoru Mehriban Rüstəmova qeyd edib ki, erməni postundan atılan qəlpələr lövhəyə dəyib. “Bu hadisə avqust ayında olduğu üçün heç bir fəsad olmayıb. Atışma olduğu müddətdə biz şagirdləri kolidorlarda yerləşdiririk. Onların təhlükəsizliyini təmin edirik. Cəbhə bölgəsində olmağımıza baxmayaraq biz təhsilimizi davam edirik. Hər zaman təhlükədə olsaqda son 5 ildə bizim məktəbin şagirdləri hərbi akademiya, liseylərə başqa ali məktəblərə qəbul yüksəkdir. Hal-hazırda 437 şagird oxuyur. 350 yerlik, 34 sinif otagimiz var. 11-ci siniflərdə 43 şagird təhsil alır”.

Tovuz Rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynova bildirib ki, rayon ümumi təhsil müəssisələrinin 40 faizindən çoxu Ermənistanla sərhəd ərazilərdə yerləşir müntəzəm olaraq düşmən tərəfindən atəşə məruz qalır. Lakin buna baxmayaraq, həmin tədris ocaqlarının normal fəaliyyəti qorunub saxlanılır. Təsadüfi deyil ki, ilbəil rayon məktəbləri nailiyyətlərini artırır məzunların ali məktəblərə qəbulu göstəriciləri yüksəlir.

Daha sonra jurnalistlər Qazax rayonu Aslanbəyli kənd orta məktəbində 2012-2013- dərs ilində 421 nəfər şagird təhsil alıb. Onların təlim-tərbiyəsi ilə 44 nəfər müəllim məşğul olub. Məktəbin direktoru Dilqəm Məmmədovun sözlərinə görə, hazırda məktəbdə 412 nəfər şagird təhsil alir, 44 müəllim fəaliyyət göstərir. Məktəbdə təyinatla 3 nəfər müəllim çalışır. Onlar Ağstafa Qazax rayonlarından ezam olunublar. “Məktəbimizin 28 nəfər yetirməsi müharibədə həlak olub. Daha sonra o deyib ki, bu il məktəbdən 45 məzun olub onlardan 9 nəfər tələbə adını qazanıb. Ali məktəblərə 5 nəfər,kolleclərə isə 4 nəfər daxil olub. Bu il məktəbimizdən bir nəfər 594 balla Neft Akademiyasina 1 nəfər isə 546 bal toplayaraq tehsil alırlar. 2 nəfər isə ali hərbi məktəbdə təhsil alır. 36 hərbiçi 24 şəhid məktəbin məzunları olub. Direktor bildirib ki, gün ərzində mütəmadi olaraq güllə səsləri eşidirik, gecələr atışma daha çox olur. Lakin atışmanın dərsə davamiyyətinə heç bir təsiri olmur. Bütün bunlara baxmayaraq kənd sakinləri düşmənə qarşı əzmkarlıq göstərirlər. Onlar asanlıqla minadan qorunma qaydalarına əməl edirlər.

Jurnalistlər Qazax rayonu Çaylı kənd orta məktəbində olublar. Çaylı kənd 2 saylı tam orta məktəbində 2012-2013- dərs ilində 532 nəfər şagird təhsil alıb. Onların təlim-tərbiyəsi ilə 97 nəfər müəllim məşğul olub. Məktəbin XI sinfini 54 nəfər bitirib. Ali məktəblərə 18 nəfər qəbul olub. Ali Hərbi Akademiyaya 2 nəfər qəbul olub. 2013-2014- dərs ilində məktəbdə 527 şagird təhsil alıb. XI sinfi 49 nəfər bitirib. 17 nəfər ali məktəblərə qəbul olub.

Səfərin məqsədi əhəmiyyəti barədə fikirlərini bildirən Təhsil Nazirliyinin QHT KİV- sektorunun müdiri Cəsarət Valehov Hacallı kənd tam orta məktəbinin nailiyyətləri məzunların ali məktəblərə qəbulu göstəricilərini nəzərə çatdırıb. C.Valehov qeyd edib ki, bu təhsil müəssisəsini bitirən məzunların 30 faizindən çoxu müxtəlif universitetlərə, o cümlədən hərbi ali məktəblərə qəbul olunublar. Daha sonra media nümayəndələri digər qonaqlar Qərb bölgəsindəki hərbi hissədə olub, Hacallı kənd tam orta məktəbinin X XI sinif şagirdlərinin əyani Gənclərin çağırışaqədərki hazırlığı dərsini izləyiblər. Hərbi hissənin zabit əsgərləri döyüş silahları hərbi sursatdan istifadə qaydaları haqqında şagirdlərə məlumat verib, onların tətbiqini əyani şəkildə nümayiş etdiriblər.

Vəfa MƏMMƏDLİ

Mübariz Əhmədoğlu: “Böyük Sülh Sazişindən başqa istənilən variant Azərbaycanın maraqlarına cavab vermir

Hazırda Böyük Sülh Sazişindən başqa istənilən variant Azərbaycanın maraqlarına cavab vermir”.  Belə bir açıqlama ilə Siyasi İnnovasiya Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu Azərbaycan Ermənistan prezidentlərinin Paris görüşündə Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanat imzalayacaqlarına dair yaydığı xəbərləri şərh edərkən deyib. Politoloq vurğulayıb ki, Azərbaycanın imzalayacağı sənəd ya Böyük Sülh Sazişi, ya da bu sazişin hazırlanmasının başlandığını bəyan edən sənəd olmalıdır: “Guya Avropa çalışır ki, Azərbaycan Ermənistan prezidentlərinin Paris görüşündə Dağlıq Qarabağ münaqişəsinə dair sənəd imzalansın bu sənəd 2008-ci ilin payızında Moskvada imzalanmış bəyannamənin statusunda olsun. Bununla da onlar Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki xüsusi rolunu kiçiltmək istəyirlər. Həmin bəyannamə Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində apardığı işlərlə xeyli irəlidədir. Onlar da göstərmək istəyirlər ki, Qərb heç Rusiyadan geridə deyil. Erməni mətbuatının yazdığı birgə bəyanat məsələsi bundan ibarətdir”.

M. Əhmədoğlu deyib ki, Paris görüşü ərəfəsində vəziyyət xeyli mürəkkəbdir: “Hesab edirəm ki, bütün mürəkkəb məqamlar ermənilər üçündür. Ermənilərin Paris görüşü üçün ssenarisi var idi. İstəyirdilər ki, Paris görüşündə Helsinki Yekun Aktının prinsipləri, snayperlərin təmas xəttindən geri çəkilməsi müzakirə olunsun bununla bağlı hər hansı bir sənəd imzalansın. Qeyd olunan məsələlərin müzakirə olunması üçün Ermənistan xarici işlər naziri Edvard Nalbandyan fransalı həmkarı Paris görüşünün gündəliyini razılaşdıraraq, demək olar ki, formalaşdırmışdılar. Paris görüşünün ermənipərəst gündəliyinin hazırlanmasında Fransanın bu ölkədəki səfiri Anri Renonun da müstəsna rolu olub. Eləcə Anri Reno son dövrlərdə Fransadan Dağlıq Qarabağa səfər edən nümayəndə heyətlərinin səfərlərinin təşkilində vacib rol oynayıb. Amma Fransa Xarici İşlər Nazirliyi son anda vəziyyəti öyrəndi gözlənilmədən Anri Renonu vəzifəsindən azad etdilər. Görüşə sayılı günlər qalmış Fransa işğalçı ölkədəki səfirini vəzifədən çıxarmaqla Ermənistanın Xarici İşlər Nazirliyi Anri Renonun birgə hazırladığı erməni ssenarisini ləğv etdi”.

Onun sözlərinə görə, Almaniyanın n xarici işlər naziri Frank-Valter Ştaynmayerin ABŞ dövlət katibi Con Kerri ilə görüşdən sonra Azərbaycan gəlməsi, artıq erməni ssenarisinin irəliləmədiyini göstərir: “Çünki, Avropa da Paris görüşünün uğurla nəticələnməsi üçün ciddi diqqət göstərir”.

M. Əhmədoğlu vurğulayıb ki, Paris görüşü öncəsi Ermənistan daxilində ciddi çaxnaşma var: “Bunun bariz sübutudur ki, hakim Respublika Partiyasının toplantısında əsas müzakirə mövzusu Serj Sarkisyanın Paris görüşündə iştirakı olub. Proqnozlaşdırılması mürəkkəb bir görüşdür. Ancaq məlum olan bir həqiqət var ki, bu da görüş həftəsinin ilk günlərindən bəri baş verənlərin ermənilərin ziyanına, Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqq mövqeyinin irəliləməsidir”.

Politoloq ermənlərin Rusiyaya münasibətlərinə toxunub deyib ki, bu münasibətlərin tarixi xəyanət xronologiyasından ibarətdir: “Çox azsaylı olsa da müəyyən bir qrup Rusiya siyasiləri bu məsələdən xəbərdardırlar. Rusiya ermənilərə hamilik edəndən bəri ermənilər Rusiyaya xəyanət edib. Ermənistan təxminən Baltikyanı dövlətlərlə eyni vaxtda SSRİ-nin tərkibindən çıxmaqla bağlı qərar qəbul etdi. Keçmiş SSRİ məkanında sovet qoşunlarının çıxarılması prosesi Ermənistandan başladı”.

Onun sözlərinə görə, indi Ermənistan hər an Qərbə tərəf keçməyə hazırdır: “Hazırlıq prosesi bir an dayanmayıb. Sarkisyan bir tərəfdən Avropa İqtisadi İttifaqına sadiq qalacağına şərəfinə and içir, Ermənistanın ilə əlaqələrini intensivləşdirilməsinin yollarını müzakirə edir. ABŞ Avropa dövlətlərinin Ermənistana münasibəti xüsusi diqqət çəkir. Qərb Ermənistanın Rusiyanın əmrindən tam asılı olduğunu bildiyi halda Ermənistandan əl çəkmirsə, bu, artıq çox şey deməkdir. ABŞ Avropa dövlətlərinin siyasətini informasiya strateji təhlil dəstəyindən məhrum hesab etmirik. Buna görə fikrimizcə, Qərb antirusiya alət kimi Ermənistanı itirmək istəmir. Birbaşa dolayısı yolla Ermənistana dəstək verir. “Baş verən bütün dəyişikliklər Dağlıq Qarabağ tənzimlənməsinin vaxtını uzadırkimi tezislər Qərbin Ermənistana dolayı dəstəklərindəndir. Bu tezislərin icraçılarının hansı ölkənin vətəndaşı olması onlar üçün o qədər maraqlı deyil.

Ermənipərəst Rusiya ekspertlərinin ideyaları Ermənistanın, Rusiyanın maraqlarına Ermənistanın AİB üzvü kimi fəaliyyətinə zərər verir”.

PƏRVANƏ

 





25.10.2014    çap et  çap et